Zəngəzur dəhlizi yeni Qafqaz düzənində həlledici faktora çevrilir: Azərbaycan ABŞ-ın strateji maraqlarının mərkəzinə yerləşir

Baş nazir Nikol Paşinyan son açıqlamaları ilə Ermənistanı artıq Qərbin nəhəng strateji layihələrinin tərkib hissəsi kimi təqdim etməyə çalışır... Rəsmi Bakı isə öz geopolitik hədəfinin reallaşmasından - Azərbaycanın Cənubi Qafqazda əsas strateji oyunçuya çevrilməsindən tamamilə məmnundur...
"Yeni Müsavat" xəbər verir ki, ABŞ-da prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında imzalanmış anlaşmalardan sonra Cənubi Qafqazda yeni situasiya yaranmağa başlayıb. Belə ki, bu regionda geopolitik, geoiqtisadi və geostrateji proseslər əvvəlkindən daha fərqli istiqamətlərə yönəlməkdədir. Xüsusilə də, Ağ Evdə imzalanmış Zəngəzur razılaşması indi bu regionun yaxın 99 il üçün gələcək taleyini təyin edə biləcək məzmun və hədəflər daşıyır. Və ən əsasısa, bütün bunlar ABŞ-ın Cənubi Qafqaz siyasətini yenidən formalaşdırmağa da başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Bayden administrasiyası dönəmində ABŞ-ın bu regionla bağlı siyasəti birmənalı şəkildə ermənipərəst narrativlər üzərində indeksləşmişdi. Tramp administrasiyası isə həmin narrativləri sıfırlayaraq, Cənubi Qafqazda iqtisadi-ticari və geostrateji faktorları ön plana keçirtməyə üstünlük verir. Nəticədə ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanın strateji əhəmiyyəti artır. Və bu, Ermənistanın xarici siyasət kursunda da dəyişikliklər məcburiyyəti yaradır.
Məsələ ondadır ki, rəsmi İrəvan da bu teallığı tədricən etiraf etməyə başlayıb. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə imzalanan Azərbaycan–Ermənistan sazişini “tarixi dönüş nöqtəsi” hesab etdiyini açıq mətnlə bəyan edib. Onun fikrincə, məhz Azərbaycanla imzalanmış sazişin sayəsində Ermənistanın xarici siyasəti ilk dəfə qlobal proseslərlə üst-üstə düşməyə başlayıb. Erməni baş nazir əmindir ki, buna qədər uzun illər ölkənin xarici siyasəti “elitaların diktəsi” ilə formalaşırdısa, indi həmin yanaşmalar birbaşa Ermənistan cəmiyyətinin mövqeyinə bağlıdır. Və baş nazir Nikol Paşinyanın bu açıqlaması Ermənistanın geosiyasi kursunda Rusiya asılılığından uzaqlaşaraq, Qərblə inteqrasiyaya yönələn siyasi kursun geriyədönməz xarakter daşıdığını biruzə verir.
Maraqlıdır ki, Azərbaycan və Ermənstan arasında razılaşdırılmış yekun sülh sazişinin rəsmən paraflanmasının təşəbbüskarı olan prezident Donald Trampın Zəngəzur manevri Cənubi Qafqaz və onun ətrafında yaranmış situasiyanın gələcək inkişaf istiqamətlərini də təyin edə bilər. Çünki bütün bunların nəticələri yalnız Ermənistanın siyasətindəki dəyişikliklə məhdudlaşmır. Belə ki, ABŞ mediası elə indidən prezident Donald Trampın vasitəçiliyi ilə imzalanan həmin sazişləri Cənubi Qafqazda “Rusiya və İrana ən ağır zərbə” kimi təqdim edir.
Ağ Evdə imzalanmış razılaşmaya əsasən, ABŞ Zəngəzur dəhlizini 99 illiyə icarəyə götürür. Bu dəhliz fəaliyyətə başladıqdan sonra Avropa və Asiya arasında ən mühüm ticarət və enerji marşrutuna çevriləcək. Marşrut Rusiya və İranın təsir dairəsindən tamamilə kənarda olacaq. Qərb mətbuatının iddialarında ABŞ-ın yaxın gələcəkdə dəhliz boyunca hərbi bazalar yerləşdirə biləcəyi də qətiyyən istisna edilmir. Zəngəzur dəhlizi sayəsində Avropa həm Rusiyanın enerji şantajından, həm də İranın tranzit üstünlüyündən xilas olacaq. Və Qərb ekspertləri bu yeni layihəni “Trampın Sülh və Çiçəklənmə Yolu” (TRIPP) adlandırırlar və onu müasir “İpək Yolu” ilə müqayisə edirlər.
d23e6153a7fff950ac3141c534ea6312.jpg (85 KB)
Digər tərəfdən, ABŞ-da imzalanmış sazişlər Azərbaycan və Ermənistana yeni inkişaf imkanları vəd edir. Belə ki, Azərbaycan üçün bu razılaşmalar yalnız siyasi uğur deyil, həm də iqtisadi və strateji dividendlərin başlanğıcıdır. Çünki rəsmi Bakı Avrasiyanın enerji və ticarət xəritəsində artıq mərkəzi oyunçuya çevrilir. Ermənistan isə uzun illər regional blokadadan sonra ilk dəfə “tranzit ölkə” statusu qazanmaq şansına malikdir. Və əslində, Ermənistan baş naziri Nikol Paşinyanın vurğuladığı “ölkə siyasətinin qlobal proseslərlə üst-üstə düşmə” məqamı da məhz bu yeni şansın dolayısı ifadəsidir.
Ancaq bütün bunları Cənubi Qafqaza təsir göstərmək iddiasında olan Rusiya və İran haqqında iddia etmək hazırda qətiyyən mümkün deyil. Çünki bu regiondakı dəyişikliklər Rusiya və İranın geopolitik maraqları ilə kəskin ziddiyyət təşkil edir. İran üçün Zəngəzur dəhlizi həm iqtisadi, həm də strateji təcrid olaraq, dəyərləndirilir. Bu, rəsmi Tehranın xarici siyasətində təsir imkanlarının daralması ilə nəticələnə bilər. Rusiya isə Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı mövqelərini sürətlə itirir. ABŞ-ın bu bölgədə uzunmüddətli infrastruktur və hərbi mövcudluğu Rusiya üçün “yeni qapalı zona” anlamına gəlir.
Göründüyü kimi, prezident Donald Trampın təşəbbüsü ilə Ağ Evdə imzalanan üçtərəfli sazişin əsas nəticələrindən biri də Cənubi Qafqazda yalnız regional sabitlik deyil, həm də məhz qlobal güc balansının da dəyişməsi deməkdir. ABŞ yeni qitələrarası tranzit arteriyasına nəzarət etməklə, həm Avropanın enerji təhlükəsizliyini gücləndirəcək, həm də Rusiya və İranın regional təsirini kəskin şəkildə zəiflədəcək.
Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan son açıqlamaları ilə Ermənistanı artıq Qərbin nəhəng strateji layihələrinin tərkib hissəsi kimi təqdim etməyə çalışır. Rəsmi Bakı isə öz geopolitik hədəfinin reallaşmasından - Azərbaycanın Cənubi Qafqazda əsas strateji oyunçuya çevrilməsindən tamamilə məmnundur. Buradan çıxan əsas nəticə odur ki, Cənubi Qafqazda artıq yeni mərhələ başlayıb. ABŞ-ın bu regiona yerləşməsi ilə qurulmaqda olan yeni Cənubi Qafqaz düzəni Rusiya və İranın təsir dairəsini daha da daraldır, Azərbaycan və Ermənistanı isə Qərbin əsas tərəfdaşlarına çevirir.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü