Qarabağın dirçəlişində strateji güc - Azərbaycan gəncliyi

Deputat: “Tikinti, mühəndislik, biznes işində əsas qüvvə yenə də gənclərdir”
“Qarabağın işğaldan azad olunmasından 4 ildən çox vaxt keçir. Bu müddət ərzində azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri ardıcıl davam edir. Şəhər və kəndlərin yenidən dirçəldilməsi, yaşayış üçün uyğun infrastrukturun yaradılması istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Qarabağın bərpası, təbii ki, təkcə fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Bu proses uzun zaman, böyük enerji və ciddi maliyyə vəsaiti tələb edir”.
Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Deputatın sözlərinə görə, bu vəzifənin əsas və aparıcı hissəsini insan kapitalının, xüsusilə gənclərin fəal iştirakı təşkil edir: “Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində müxtəlif sahələr üzrə minlərlə yeni iş yeri yaradılır ki, bu da bölgənin sosial-iqtisadi inkişafı üçün uzunmüddətli perspektivlər vəd edir. Gənclərin intellektual potensialı və Vətənə münasibəti dövlətin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Hər bir dövlətin tərəqqisi və ya zəifləməsində əsas rolu gənc nəsil oynayır. Əgər hansısa qüvvələr bir ölkədə xaos yaratmaq, milli genefondu zəiflətmək niyyətindədirsə, onların diqqət mərkəzində olan əsas yaş qrupu gənclərdir. Bu səbəbdən də sağlam milli şüura, vətənpərvər ruha sahib, təhsilli və bilikli gəncliyin formalaşdırılması dövlətlər üçün prioritet məsələyə çevrilir.
Azərbaycan bu sahədə mühüm və uğurlu yol keçmiş dövlətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə hakimiyyətə gəlişindən sonra təsis etdiyi ilk qurumlardan biri Gənclər və İdman Nazirliyi olub. Bu addım onun gəncliyə verdiyi yüksək dəyərin, eləcə də dövlətin gələcəyini təmin edəcək əsas qüvvənin məhz gənclər olduğunu dərindən dərk etməsinin bariz nümunəsidir. O dövrdə formalaşan gənc nəslin bu gün müxtəlif sahələrdə-siyasətdə, iqtisadiyyatda, elmdə və ictimai həyatda mühüm rol oynaması birbaşa həmin strateji yanaşmanın nəticəsidir.
Xalqın inkişafı və özünü cəmiyyət daxilində realizə etməsində gənclərin milli kimlik şüuruna, mənəvi dəyərlərə hörmətinə, vətənpərvərlik ruhuna, eləcə də savad və bacarığa malik olmalarına xüsusi önəm verilir. Bu prinsiplərlə yetişən gənclərin Vətənə olan münasibəti də ona uyğun formalaşır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, onun hakimiyyətə gəldiyi vaxt hələ uşaqlıq çağında olan nəsil 2020-ci ildə artıq yetkin və əsl vətənpərvər Azərbaycan gənci kimi yetişmiş, Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirib. Azərbaycan gəncliyi Vətənə sevgi, fədakarlıq və qoruma hisslərini parlaq şəkildə nümayiş etdirdi. Azərbaycan gəncləri elə qəhrəmanlıqlar göstərdi ki, hər biri bir film ssenarisinə, kitaba və ya dastana çevrilə bilər".
Deputat eyni zamanda “Böyük Qayıdış” Proqramına da toxunaraq vurğulayıb ki, artıq azad olunmuş bir çox əraziyə mərhələli şəkildə köç həyata keçirilir. Deputat həmçinin vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarda irimiqyaslı bərpa və yenidənqurma işləri sürətlə aparılır: “Bu ərazilərdə infrastruktur yenilənir, yaşayış məntəqələri bərpa olunur. Sevindirici haldır ki, Azərbaycan gəncliyi bu mühüm prosesdə də fəal iştirak edir. Müharibədən sonrakı dövrdə və hazırda həmin bölgələrdə aparılan tikinti, mühəndislik işlərində, eləcə də biznesin formalaşmasında əsas güc məhz gənclərin üzərinə düşür. ”Böyük Qayıdış" konsepsiyasında prioritet məsələlərdən biri də bölgələrdə məşğulluğun təmin olunması, yeni əmək bazarının formalaşdırılması və insanların doğma yurdlarında layiqli həyat sürməsi üçün şəraitin yaradılmasıdır. Bu baxımdan əsas məqsədlərdən biri yeni yaradılacaq iş yerlərində gənclərin dayanıqlı məşğulluğunu təmin etməkdir. Doğma torpağını canı qədər sevən gənclərimiz bu bərpa və quruculuq prosesində də öz sözlərini deməli, bacarıq və enerjilərini səfərbər etməlidirlər.
Hesab edirəm ki, yerli və savadlı gənclərdən maksimum faydalanmaq lazımdır. Gənclərin bölgələrə inteqrasiyası yalnız məşğulluq baxımından deyil, həm də urbanizasiya probleminin qarşısının alınması üçün mühüm vasitədir. Ucqar kəndlərdən böyük şəhərlərə axının qarşısını almağın effektiv yolu, məhz həmin bölgələrdə dayanıqlı iş yerlərinin yaradılmasıdır. Bu istiqamətdə isə sahibkarların, yerli iş adamlarının üzərinə ciddi məsuliyyət düşür. Onlar doğma kəndlərində və rayonlarında yeni iqtisadi imkanlar formalaşdıraraq, cəmiyyətə və dövlətə əhəmiyyətli töhfə verməlidirlər. Xüsusilə işğaldan azad olunmuş ərazilərə qayıdan gənclər həm doğma torpaqlarında işləyib uğur qazanmaları, həm də bölgələrin sosial-iqtisadi inkişafına dəstək vermələri baxımından nümunə olmalıdırlar.
Dövlət bu məqsədlə hər cür şərait yaratmağa çalışır. Lakin burada özəl sektorun, biznes strukturlarının və sahibkarların təşəbbüskar və məsuliyyətli yanaşması da vacib rol oynayır. Qarşılıqlı əməkdaşlıq və yeni iş yerlərinin yaradılması sayəsində məşğulluq səviyyəsinin artırılması Azərbaycanın gələcək inkişafında həlledici faktor olacaq".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü