Kremlin Avropaya yeganə "qapı"sı bağlanır: NATO Rusiya ərazisinə qoşun yeritməyi planlaşdırır
Siyaset
Oxunub: 193
28 iy 2025 | 10:06
Kremlin Avropaya yeganə "qapı"sı bağlanır: NATO Rusiya ərazisinə qoşun yeritməyi planlaşdırır


NATO-Rusiya hərbi-strateji qarşıdurmanın daha da kəskinləşdiyi bu dövrdə Kalininqrad ətrafında yaranan geopolitik situasiya Avropanın təhlükəsizliyi üçün ən həssas testlərdən birinə çevrilməkdədir... Əgər, Qərbin strateji xarakterli "məhdud ərazidə qələbə" planı reallaşarsa, bu, Rusiyanın yalnız ərazi itkiləri deyil, həm də müqavimət göstərə bilməyəcək səviyyədə zəifləmiş olduğu anlamını da daşıyacaq.
"Yeni Müsavat" xəbər verir ki, ABŞ və Qərbin Rusiya ilə kəskin qarşıdurması yeni və daha təhlükəli mərhələyə keçid etməyə başlayıb. Belə ki, son vaxtlar Qərbin siyasi və strateji çevrələrində Rusiyaya qarşı yeni bir konsepsiya formalaşdırılmaqdadır. Bu yeni konsepsiya hələlik “məhdud sahədə qələbə” məzmunludur. Onun əsas məqsədi Rusiyaya qarşı birbaşa genişmiqyaslı müharibəyə girmədən, məhdud coğrafi ərazidə simvolik hərbi qələbə əldə etməkdir. Və bununla da, Rusiya daxilində mərkəzdənqaçma və siyasi parçalanma proseslərini stimullaşdırmaq niyyəti güdülür.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi-strayeji dairələri bu strategiyanı tətbiq etmək üçün ən uyğun məkan olaraq, Rusiyanın anklav xarakterli Kalininqrad vilayətini seçmiş kimi görünürlər. Əsas səbəb isə Kalininqrad anklavı Rusiya üçün geosiyasi zəif nöqtə hesab olunur. Belə ki, Kalininqrad vilayəti Rusiyanın əsas ərazisindən ayrı düşmüş, Litva və Polşa arasında yerləşən bölgədir.

Məsələ ondadır ki, bu regionda eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin Baltik donanmasının əsas bazası yerləşir. Üstəlik, Rusiyanın Avropadakı hərbi mövcudluğunun strateji səviyyədə vacib dayağıdır. Və NATO ilə tam şəkildə əhatədə olan bu vilayət həm Rusiya, həm də Qərb üçün strateji cəhətdən son dərəcə həssas ərazidir.

Məhz bu səbəbdən də bəzi Qərb analitikləri Kalininqradın təcrid olunmasının və ya hərbi yollarla nəzarətə alınmasının Rusiyaya sarsıdıcı psixoloji və siyasi zərbələr vura biləcəyinə əmindirlər. Ancaq Kremlin nüvə silahına əl atmadan bu təhlükəli vəziyyətlə barışmaq məcburiyyətində qalacağını da qətiyyən istisna etmirlər.

Maraqlıdır ki, Qərbdə “məhdud sahədə qələbə” konsepsiyasını dəstəkləyənlər arasında bəzi tanınmış strateqlər və keçmiş nüfuzlu hərbiçilər də yer alır. Məsələn, NATO-nun Avropadakı keçmiş ali komandanı Philip Breedlove, Kalininqradı “Rusiya üçün strateji, lakin müdafiə baxımından, zəif bənd” hesab edir. Onun fikrincə, regionun təcrid olunması və logistik imkanlarının kəsilməsi Kremlə qarşı “ağrılı, ancaq idarəolunan” bir ssenari olardı.

"Carnegie Endowment"in analitiki Michael Kofman isə daha ehtiyatlı mövqe tutur. O, bildirir ki, Qərbin Kalininqrad ssenarisi Rusiyanı nüvə hətta əvvəlcədən xəbərdarlıqla, nüvə eskalasiyasına sövq edə bilər. Digər tərəfdən, "RAND Corporation"un 2022-ci ildə yayımladığı hesabatda deyilir ki, “məhdud ərazilərdə lokal qələbələr" Rusiya elitasında parçalanma effekti yarada bilər. Eyni zamanda, bu, Rusiyada ölkədaxili siyasi qeyri-sabitliyi də ciddi şəkildə stimullaşdırar. Ancaq bu proses yalnız informasiya və siyasi-diplomatik təzyiqlərlə müşayiət edilərsə, effektiv olar.

Ancaq bütün bunlara baxmayaraq, bəzi nüfuzlu Qərb mütəxəssisləri Kalininqradla bağlı istənilən eskalasiya planının əslində, tərs effekt verə biləcəyini də qətiyyən istisna etmirlər. Məsələn, Lauvrence Freedman (King's College London) qeyd edir ki, belə ssenari Rusiya əhalisi və elitası arasında Qərb əleyhinə birləşmə effekti yarada və mərkəzdənqaçma yox, əksinə, avtoritar mobilizasiya ilə də nəticələnə bilər.

Təbii ki, Rusiya siyasi dairələrində Qərbin "məhdud ərazidə simvolik qələbə" strategiyasından ciddi şəkildə narahatdırlar. Rusiyanın strateji təhlükəsizlik elitası bu strategiyaları aqressiv reaksiya ilə qarşılayır. Xüsusilə də, Rusiya prezidentinin köməkçisi və Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevin bu barədə açıqlamaları göstərir ki, Qərbin Kalininqradı hərbi yolla təhdid edilməsi Kremldə birbaşa dövlətin mövcudluğuna təhlükə kimi dəyərləndirilir.

Kreml təmsilçisi belə təhlükəli vəziyyətdə Rusiyanın bütün imkanlardan, o cümlədən də nüvə silahından istifadəni istisna etmir. Nikolay Patruşevin son açıqlamalarında vurğulanan bəzi məqamlar, xüsusilə də, Rusiya Hərbi Dəniz Qüvvələrinin sərt reaksiya hazırlığının, NATO-nun dənizdən gələn təhdidlərinə qarşı müqavimətin göstəriləcəyinin və Kalininqradın strateji əhəmiyyətinin qabardılması Kremldə cavab mexanizminin artıq fəal şəkildə formalaşdırıldığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlara əlavə olaraq, Rusiya Belarusu da öz hərbi strategiyasında getdikcə ön plana çıxarır. Belə ki, Belarus ərazisində yerləşdirilən taktiki nüvə silahları və iki ölkə arasında artan hərbi inteqrasiya, Kalininqradın mümkün blokadası halında, Suvalki dəhlizi vasitəsilə qurudan əlaqənin təmin olunmasını gündəmə gətirir. Bu dəhliz Litva ilə Polşa arasında yerləşən və Belarusdan Kalininqradadək 70 kilometrlik torpaq zolağıdır. Və NATO ilə Rusiya arasında ehtimal olunan ən potensial təhlükəli toqquşma nöqtəsi kimi qiymətləndirilir.

Təbii ki, Qərbin hazırladığı “məhdud ərazidə qələbə” strategiyası nəzəri cəhətdən Kremli tammiqyaslı müharibəyə sürükləmədən uğur qazanmağı hədəfləsə də, praktikada bu yanaşma yüksək hərbi risklər də daşıyır. Çünki bu, Kreml tərəfindən ekzistensial təhlükə kimi qiymətləndirilməklə yanaşı, Rusiyanın nüvə zərbəsi ilə cavab vermə riskini artırır. Üstəlik, Rusiyanın yeganə müttəfiqi olan Belarusun da hərbi qarşıdurmaya cəlb olunması ehtimalını yüksəldir. Və ən əsasısa, NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma ehtimalını yüksəldir.

Ona görə də, əksər Qərb analitikləri bu risklərə diqqət çəkərək, siyasi-diplomatik kanalların bağlanmamasının və eskalasiyanın psixoloji idarəçiliyinin vacibliyini qeyd edirlər. Çünki Kreml Qərbin Kalininqrad ssenarisini ciddi şəkildə izləyir və nüvə faktoru üzərindən psixoloji çəkindirmə siyasəti yürüdür. Hər halda, Nikolay Patruşevin Rusiya hərbi donanmasının döyüş hazırlığına dair mesajı, eləcə də, Belarusun müttəfiqlik rolunun qabardılması Kremlin Qərbə hər hansı “məhdud qələbə” planının qeyri-məhdud nəticələrə yol aça biləcəyi barədə açıq xəbərdarlığı hesab oluna bilər.

Belə anlaşılır ki, hazırda Rusiya ilə NATO arasında hərbi-strateji qarşıdurmanın daha da kəskinləşdiyi bu dövrdə Kalininqrad ətrafında formalaşan geopolitik situasiya Avropanın təhlükəsizlik arxitekturası üçün ən həssas testlərdən birinə çevrilməkdədir. Bu isə yalnız hərbi deyil, siyasi-diplomatik səviyyədə də strateji ayıqlıq və soyuqqanlılıq tələb edir. Və əgər, Qərbin strateji planı reallaşarsa, bu, ilk növbədə Rusiyanın yalnız ərazi itkiləri deyil, həm də müqavimət göstərə bilməyəcək səviyyədə zəifləmiş olduğu anlamı da daşıyacaq.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı