Regionda üç paytaxtın güclənən ittifaqı
Siyaset
Oxunub: 169
24 iy 2025 | 15:30
Regionda üç paytaxtın güclənən ittifaqı


Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadi, siyasi və hərbi sahədə genişlənən əməkdaşlığı sayəsində Cənubi Qafqazda ciddi rol almağa iddialıdır
Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir. Bunu Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə açıqlamasında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib. “Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsinə böyük əhəmiyyət verir”, - gürcü nazir qeyd edib.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərdən bəhs edərkən, ilk növbədə, siyasi dialoqun yüksək səviyyəsinə diqqət çəkmək lazımdır. Üç ölkə arasında siyasi dialoq prezidentlər və parlament rəhbərləri, həmçinin digər səviyyələrdə birmənalı şəkildə dəstəklənir. Qonşu dövlətlər müxtəlif beynəlxalq platformalarda əksər hallarda bir-birilərinin maraqlarını müdafiə edirlər. Üçtərəfli iqtisadi əlaqələr də siyasi dialoqun yüksək səviyyəsinə adekvat qurulub. Deyə bilərik ki, Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağı formalaşıb.

Regional təhlükəsizliyin möhkəmləndirilməsi və silahlı qüvvələr arasında sıx əlaqələrin qurulması məqsədi daşıyan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurla fəaliyyət göstərir.

Son olaraq Gürcüstan Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə və “Eternity” üçtərəfli təliminə ev sahibliyi edib.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri isə Bakı bəyannaməsi qəbul ediblər. Bəyannamədə tərəflər təkcə artan regional təhdidlərə deyil, hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla nəqliyyat, ticarət, yaşıl enerji, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara alıb, enerji sahəsində strateji tərəfdaşlığı vurğulayıblar. Strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayıb, regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq niyyətlərini vurğulayıblar.

Aydındır ki, Türkiyənin regionda mövqelərinin güclənməsi indi təkcə Bakının deyil, həm də Gürcüstanın milli maraqlarına tam uyğundur. Şimaldan, cənubdan və ya istənilən istiqamətdən Cənubi Qafqaza yönələn təhdidlərin qarşısını yalnız burada xüsusi çəkiyə malik olan Türkiyənin sayəsində neytrallaşdırmaq mümkündür. Türkiyənin Ermənistanla da münasibətlərinin normallaşma mərhələsində olduğu nəzərə alınarsa, Ankaranın bütövlükdə Qafqazda, onun hər üç paytaxtında böyük siyasi nüfuza malik qonşu və tərəf müqabili kimi daha da möhkəmlənəcəyi gözləniləndir.

Vüqar İskəndərov: BQXK humanizm prinsipləri ilə pərdələnərək səlibçilik missiyası həyata keçirir

Vüqar İskəndərov

Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçilərindən olan Vüqar İskəndərov “Yeni Müsavat”a açıqlamasında artıq Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağının formalaşdığını və bu üçbucağın region üçün olduqca mühüm birlik nümunəsi olduğunu diqqətə çatdırdı: “Hazırda üçtərəfli formatda Azərbaycan-Türkiyə- Gürcüstan münasibətləri yüksək səviyyədədir. Bu 3 ölkənin belə sıx münasibəti, əlbəttə, Cənubi Qafqazda Türkiyənin nüfuzunun artmasına, həmçinin istər cənubdan, istərsə də şimaldan təhdidlərin azalmasına səbəb ola bilər. Üçlüyün region üçün lazımi işlərdə birlik nümayiş etdirməsi müsbət bir haldır. Bu baxımdan Ermənistan da sülh müqaviləsi imzalamaqla revanşist düşüncələrdən yan keçməklə bu üçlüyün Cənubi Qafqaz üçün xidmətlərindən yararlana bilər. Artıq əminliklə deyə bilərik ki, Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağı formalaşıb. Bu üçbucaq isə region üçün olduqca mühüm birlik nümunəsidir”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ceyhun Bayramovun Gürcüstana səfəri son aylarda Rusiyanın regiona aqressiyası fonunda reallaşır: “Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni siyasi konfiqurasiya qurur. Bu istiqamətdə siyasi fəaliyyəti genişləndirib. Qeyd edim ki, Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. Hər iki ölkə regionda çox ciddi müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı da uzun müddətdir ki, davam edir. Hazırkı siyasi proseslərə uyğun olaraq bu formatın inkişaf etdirilməsi əsas müzakirə predmetidir. Rusiya Gürcüstan hökuməti ilə problem yaşamır. Baxmayaraq ki, Rusiya Gürcüstanın ərazisini işğalda saxlayır. Abxaziyada artıq Rusiya pasportları paylanır. Buna baxmayaraq, rəsmi Tiflis Kremlə etiraz etməkdən çəkinir. Gürcüstan hökuməti regionda aktiv siyasət aparmır. Müəyyən müddətdən sonra Rusiya Gürcüstanda Azərbaycanın tranzit xətlərinə qarşı təxribatlar həyata keçirə bilər. Azərbaycan Gürcüstanla yeni müstəvidə əməkdaşlığı inkişaf etdirmək və Türkiyə ilə birgə sıx hərbi və təhlükəsizlik əlaqələrini yeni müstəviyə qaldırmaqdır. Rəsmi Tiflis Kremldən çəkinir. Ona görə də Gürcüstana ciddi dəstək verməklə Cənubi Qafqazda konfiqurasiyanın inkişaf etdirilməsi nəzərdə tutulub. Çünki hazırkı formatla gələcək əməkdaşlıqda çətinliklər yarana bilər. Gürcüstana Türkiyənin hərbi və siyasi dəstəyi var. Düşünürəm ki, birgə çevik qüvvələr yaradılmalı və ümumi təhlükəsizliyə qarşı birgə əməkdaşlıq həyata keçirilməlidir. Bir də GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Türkiyənin də bu təşkilatda yer alması mümkündür. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra Cənubi Qafqaz Evinin formalaşdırılması mümkündür. Ümumi götürdükdə Türkiyə, Gürcüstan və Azərbaycan üçtərəfli formatı digər ölkələr üçün presedent ola bilər. Gürcüstan, Azərbaycan və Türkiyə liderlərinin birgə konfransına ehtiyac var. Region ölkələri sıx əməkdaşlıq etməzsə, Rusiyanın aqressiv siyasəti ilə üzləşə bilərlər. Ona görə də bu müstəvidə əməkdaşlığı Azərbaycan inkişaf etdirmək istəyir. ABŞ da regiona dəstək verir. Hazırda Gürcüstan hökuməti ilə Avropa İttifaqı və ABŞ arasında dərin siyasi böhran var. Azərbaycan ABŞ-la Gürcüstan arasında vasitəçi ola bilər. Ağ Evin Tiflisə qarşı sərt xətt siyasətini normallaşdıra bilər. Ona görə də Gürcüstanın da atacağı addımlar var. Azərbaycan bu istiqamətdə Gürcüstanı təcriddən çıxara bilər. ABŞ-Azərbaycan əlaqələri dinamik inkişaf edir. Ona görə də regiona baxış çərçivəsində Gürcüstan-Azərbaycan əlaqələrinə Ağ Ev dəstək verməlidir”.
Bu gün, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Bu gün, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Bu gün, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Bu gün, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Bu gün, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Bu gün, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Bu gün, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Bu gün, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Bu gün, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Bu gün, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Bu gün, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Bu gün, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Bu gün, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Bu gün, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Bu gün, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Bu gün, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Bu gün, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Bu gün, 09:40
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Bu gün, 09:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Bu gün, 09:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 09:24
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Bu gün, 09:20
Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Bu gün, 09:16
Yutubda artıq bu da mümkündür
Bu gün, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN