Trampın gizli "Zəngəzur planı" ilə bağlı sensasion iddialar: İrəvan ərazisini ABŞ-yə təhvil verir?
Siyaset
Oxunub: 172
24 iy 2025 | 10:28
Trampın gizli "Zəngəzur planı" ilə bağlı sensasion iddialar: İrəvan ərazisini ABŞ-yə təhvil verir?


Azərbaycanın rəsmi mövqeyi ilə hələlik ziddiyyət təşkil edən "üçtərəfli gizli anlaşma" barədə iddiaların Qərb mətbuatı tərəfindən Cənubi Qafqazda növbəti informasiya xaosu yaratmaq cəhdi ola biləcəyi də istisna deyil... Əks halda, Ağ Evin belə məlumatları məqsədyönlü şəkildə dövriyyəyə buraxmarla, ABŞ-ın Cənubi Qafqaz planlarına əvvəlcədən propoqanda məkanı qazanmağı hədəflədiyini də düşünmək olar...

Ölkə.Az xəbər verir ki, bu barədə "Yeni Müsavat"ın yazdığı analitik məqalədə deyilir.

Bildirilir ki, Cənubi Qafqaz ətrafında gərginləşən geopolitik savaş indi əsasən Zəngəzur dəhlizi üzərində indeksləşib. Belə ki, dünya nəhəngləri eyni vaxtda bu dəhlizə yerləşməyə can atırlar. Halbuki, bu, qətiyyən mümkün deyil. Yəni əgər, Zəngəzur dəhlizində hansısa regiondan kənar iştirakçı olacaqsa, bu, onlardan yalnız biri ola bilər. Üstəlik, həmin dünya nəhəngi Azərbaycan və Ermənistanın maraqlarına eyni vaxtda uyğun gəlməyə borcludur. Və bu baxımdan, Zəngəzur dəhlizinin hazırda əsl "nifaq alması"na çevrilməyə başlaması qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, İspaniyanın "Periodista Digital" nəşri bu önəmli geoiqtisadi layihə ilə bağlı Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış gizli memorandumun detallarını açıqlayıb. Halbuki, rəsmi Bakının belə bir gizli sənədə imza atma ehtimalı kifayət qədər ciddi şübhələr doğurur. Bununla belə, İspaniya nəşrinin təsdiqlənməmiş iddialarına görə, gizli razılaşma Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçəcək strateji bir dəhlizin – “Tramp Körpüsü”nün yaradılmasını nəzərdə tutur. Bu dəhliz vasitəsilə Azərbaycanla onun eksklavı Naxçıvan arasında birbaşa quru bağlantısı təmin ediləcək.

hq7220.jpg (76 KB)

İspaniya nəşrinin iddiasında yer alan və böyük maraq doğuran əsas məqamlardan biri odur ki, Zəngəzur dəhlizi adı hələlik bəlli olmayan ABŞ şirkəti tərəfindən idarə olunacaq. Ermənistan isə bu dəhlizin gəlirdən yalnız 30 faiz pay ala biləcək. Digər tərəfdən, Zəngəzur dəhlizi ərazisində 1000 nəfərlik ABŞ-a bağlı özəl hərbi kontingentin yerləşdirilməsi planlaşdırılır. Və həmin hərbi kontingentə güc tətbiqi səlahiyyətinə malik olacaqlar.

Əgər, məlumatda yer alan iddialar təsdiqini taparsa, bu, Cənubi Qafqazda geosiyasi tarazlığın köklü şəkildə dəyişməsinə səbəb ola bilər. Belə ki, Zəngəzur bölgəsi Ermənistanla İranı birləşdirən yeganə keçiddir. Bu bölgədə ABŞ hərbi kontingentinin nəzarətində geoiqtisadi dəhlizin yaradılması İranın şimaldan təcrid olunmasına yol aça biləcək önəmli prosesin başlanmasına da səbəb ola bilər.

Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Türkiyə-Azərbaycan əlaqəsinin möhkəmlənməsi ilə yanaşı, həm də Ermənistanın üzünü Rusiyadan Qərbə doğru çevirməsi prosesinin böyük ölçüdə tamamlanması demək olacaq. Bu vəziyyət həm İranın, həm də Rusiyanın narahatlığını artırır. Və bu baxımdan, Zəngəzur dəhlizi artıq təkcə tranzit marşrutu deyil, həm də böyük güclərin qarşıdurmasında əsas təmas nöqtəsinə çevrilməkdədir.

hq-7200-images.jpg (11 KB)

Üçtərəfli memorandum barədə iddialar doğrudursa, onda bu, həm də o deməkdir ki, ABŞ bölgəyə özəl hərbi şirkət üzərindən yerləşmiş olacaq. Bu model ABŞ-a rəsmi hərbi baza qurmadan regionda geopolitik təsir imkanları açacaq. Yəni, Ağ Ev regiondakı geoiqtisadi layihələrin təhlükəsizliyini təmin etmək adı altında ABŞ-ın Cənubi Qafqazda hərbi iştirakını legitimləşdirəcək.

Təbii ki, bütün bunlar eyni zamanda, İrana və Rusiyaya qarşı təzyiq alətinə çevrilərək, geostrateji manevr mexanizmi rolunu da oynayacaq. Əgər, bu iddiaları ifadə edən variant baş tutarsa, Cənubi Qafqazda ABŞ-ın yeni geopolitik fəaliyyət taktikasının ilkin təzahürləri artıq ən yaxın vaxtlarda müşahidə olunmağa başlaya bilər. Və əslində, bu, ABŞ-ın ilk baxışdan yumuşaq görünən, ancaq olduqca sərt nəticələr doğura biləcək strategiyasından xəbər verir.

Onu da qeyd etmək lazımdır ki, İran üçün Ermənistan uzun illərdən bəri strateji tampon bölgə rolunu oynayırdı. ABŞ-a bağlı silahlı kontingentin sərhəddə yerləşdirilməsi İran tərəfindən açıq təhdid kimi qiymətləndirilə bilər. Ancaq İranın indiki situasiyada ehtimal edilən reaksiyalarının Ermənistanla ikitərəfli münasibətlərin gərginləşdirilməsi ilə məhdudlaşacağını elə indidən təxmin etmək olar.

Rusiyaya gəldikdə isə Kremlin Ermənistandakı təsir mexanizmləri onsuz da zəifləməyə başlamışdı. Çünki Ermənistanın KTMT üzvlüyü hazu formal xarakter daşıyır və rəsmi İrəvan bu ilin sonuna doğru qurumu tərk edəcəyini sezdirir. Digər tərəfdən, Azərbaycanın Qarabağ bölgəsindən də rus sülhməramlıları artıq çıxarılıb. Bu baxımdan, Rusiya artıq Cənubi Qafqazda fəal oyunçu deyil. Ağ Evin “Tramp Körpüsü” planı teallaşarsa, bu prosesin yekun mərhələyə keçidi qaçılmaz olacaq. Və Kreml üçün bu, yalnız nüfuz itkisi deyil, ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazdan geopolitik izlərinin böyük ölçüdə silinməsi anlamı daşıyacaq.

9c3c8ce05e545c785a9045cf6fb7588e.jpg (477 KB)

Maraqlıdır ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi qətiyyətli və prinsipial xarakter daşıyır. Belə ki, rəsmi Bakı Zəngəzur dəhlizinin regional geoiqtisadi layihə olduğunu və bu regiondan kənar güclərin iştirakında qətiyyən maraqlı deyil. Və ABŞ şirkətinin Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürmək planı barədə mövqeyini açıqlayan prezident İlham Əliyev birmənalı şəkildə bildirib ki, Azərbaycan ərazisində heç bir xarici ölkənin operatoru fəaliyyət göstərməyəcək.

Ona görə də, Azərbaycanın İspaniya nəşrinin iddia etdiyi gizli memoranduma imza atmış ola biləcəyi o qədər də inandırıcı görünmür. Ola bilsin ki, bu məsələ hazırda ABŞ və Ermənistan arasında müzakirə edilir, Azərbaycan isə bu prosesdə iştirak etməyə ehtiyac duymur. Və böyük ehtimalla gündəmə gətirilmiş bu iddiaların reallıqla hansı səviyyədə əlaqəli olduğu tezliklə aydınlaşmağa başlayaraq.

Bu baxımdan, hesab etmək olar ki, ya bu iddialar Qərb mətbuatının növbəti informasiya xaosu yaratmaq cəhdidir. Ya da ola bilər ki, Ağ Ev belə məlumatları Qərb mətbuatı üzərindən dövriyyəyə buraxmarla, ABŞ-ın Cənubi Qafqaz planlarına propoqanda dəstəyi qazanmağı hədəfləyir. Və bu baxımdan, mövcud iddialar nə qədər sensasiyalı xarakter daşısa da, olduqca ciddi suallar da doğurur.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı