Kremlin Qafqazı itirməsi "rus divarı"nı dağıdır: Xəzəryanı və Orta Asiya regionları da Rusiyanın əlindən alınır
Siyaset
Oxunub: 173
18 iy 2025 | 09:00
Kremlin Qafqazı itirməsi "rus divarı"nı dağıdır: Xəzəryanı və Orta Asiya regionları da Rusiyanın əlindən alınır


Cənubi Qafqazda dərinləşən Qərb-Rusiya rəqabəti indi yalnız bu regionla məhdudlaşmayıb, daha geniş geopolitik areala yayılmağa başlayıb... ABŞ və Qərb üçün Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları enerji təhlükəsizliyi, geoiqtisadi diversifikasiya, eləcə də, Rusiya təsirinə qarşı alternativ geopolitik "cəbhə xətti" kimi böyük əhəmiyyət daşıyır...

"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı üzərindən Rusiya və Qərb arasında baş verən geosiyasi qarşıdurma təkcə Avropa məkanı ilə məhdudlaşmır. Bu qarşıdurmanın önəmli tərkib hissəsinə çevrilən Cənubi Qafqazda baş verənlər Xəzəryanı və Orta Asiya regionları üçün də ciddi strateji nəticələr doğurur. Əsas geopolitik oyunçuların – ABŞ, Avropa Birliyi, Rusiya, Çin və Türkiyənin – maraqları bu bölgədə kəskin şəkildə toqquşur. Və bütün bunların nəticəsində regional güc balansları da ciddi şəkildə dəyişməyə başlayıb.

Avropa Birliyinin Rusiya təbii qazından asılılığı azaltmaq strategiyası enerji siyasətində kəskin dönüş nöqtəsinə səbəb olub. Bu kontekstdə Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə keçən alternativ marşrutlar ön plana çıxır. Xüsusilə də Transxəzər qaz kəməri layihəsi – Türkmənistan qazının Xəzərdən keçərək, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarına çatdırılması yenidən gündəmə gəlib.

Azərbaycan bu kontekstdə kritik tranzit ölkəsi kimi ön plana çıxır. 2022-ci ilin yayında Avropa Birliyi ilə imzalanan strateji enerji tərəfdaşlığı memorandumu, Bakı-Brüssel xəttində yaxınlaşmanın bariz nümunəsidir. Türkmənistan isə uzun illər tərəddüd etdiyi Transxəzər layihəsinə Qərbin təzyiqləri və yeni geosiyasi reallıqlar fonunda daha açıq yanaşmağa başlayıb.

Rusiya üzərindən keçən Şimal marşrutlarının Qərb tərəfindən sanksiyalara məruz qalması ilə “Orta Dəhliz” adlanan Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə marşrutu ön plana çıxıb. Avropa və Asiya arasında alternativ bir logistika arteriyası kimi nəzərdə tutulan bu yol, Qərbin strateji hədəfləri sırasına daxildir.

Türkiyə bu dəhlizin əsas qovşağına çevrilmək istəyir. Azərbaycan və Qazaxıstan isə həm iqtisadi, həm də geosiyasi mənfəətlər baxımından, bu təşəbbüsə genişmiqyaslı dəstək verirlər. Bu marşrut yalnız ticarət və tranzit imkanlarını genişləndirməklə qalmayıb, eyni zamanda, Rusiya və Çinin regional iqtisadi monopoliyasını da sarsıda bilər.

Rusiya son illərdə KTMT və Avrasiya İqtisadi İttifaqı vasitəsilə postsovet məkanında öz təsirini qorumağa çalışırdı. Ancaq hazırda Cənubi Qafqazda bu təsirin artıq ciddi şəkildə zəifləməkdə olduğu müşahidə edilir. Və üstəlik, Rusiya əleyhinə yönəlmiş bu proses son vaxtlar Orta Asiya regionuna da sıçramağa başlayıb.

2022-ci ilin payızında Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayevin Avropa Birliyi ölkələrinə səfərləri, eyni zamanda, Astanada keçirilən “Orta Asiya–Avropa Birliyi” sammiti, region ölkələrinin Kremllə münasibətlərini balanslaşdıraraq, Qərblə yaxınlaşmaq cəhdlərinin önünü açmış oldu. Bununla yanaşı, Özbəkistan da artıq suveren inkişaf yolunu Qərb dövlətləri ilə əməkdaşlıq üzərindən möhkəmləndirməyə çalışır.

Beləliklə, Rusiya üçün ənənəvi təhlükəsizlik zonası sayılan Cənubi Qafqaz və Orta Asiyada hazırda yeni geopolitik oyunçuların fəallaşdığı müşahidə olunur. ABŞ, NATO və Avropa Birliyi bu bölgədə hərbi əməkdaşlıq proqramlarını genişləndirir. Azərbaycan və Gürcüstanla aparılan birgə hərbi təlimlər, Qazaxıstanla təhlükəsizlik dialoqları, bölgədə yeni geostrateji balansın ilkin əlamətləri sayıla bilər.

Belə amansız geopolitik rəqabətə paralel olaraq, Rusiya Ukraynada tükənən hərbi resurslarını bərpa etməkdə çətinlik çəkir. Bu isə öz növbəsində Kremlin Cənubi Qafqaz və Orta Asiyadakı hərbi nüfuzunu da zəiflədir. Ermənistanla kəskin ziddiyyətlər KTMT-nin etibarına və nüfuzuna sarsıdıcı zərbə vurmaqdadır. Ona görə də, indi digər üzv ölkələr – xüsusilə də Qazaxıstan və Qırğızıstan öz gələcək təhlükəsizlik modellərinə yenidən baxmağa başlayıblar.

Rusiya postsovet məkanına “ənənəvi neoimperialist dəyərlər”ini və suverenlik üzərində qurulan avtoritar təzyiq modelini ixrac etməyə çalışır. Qərb isə insan hüquqları, demokratik idarəetmə və hüququn aliliyi kimi dəyərləri önə çəkir. Bu ideoloji qarşıdurma informasiya müstəvisində də gedir. Regional informasiya məkanı – xüsusilə də sosial şəbəkələr və media sahəsi Rusiya və Qərbin təsirinin kəsişdiyi areala çevrilib. Qazaxıstanda rusdilli medianın təsirinə qarşı dövlətin milli kontent siyasəti, Özbəkistanda Qərb fondları ilə əməkdaşlıq edən QHT-lərin fəallaşması bu mübarizənin praktik təzahürləridir.

Göründüyü kimi, Cənubi Qafqazda dərinləşən Qərb-Rusiya rəqabəti, yalnız bu regionla məhdudlaşmır. Xəzəryanı və Orta Asiya ölkələri üçün bu qarşıdurma həm çağırış, həm də yeni fürsətlər yaradır. Qərb üçün bu regionlar enerji təhlükəsizliyi, geoiqtisadi diversifikasiya və Rusiya təsirinə qarşı alternativ cəbhə kimi əhəmiyyətlidir. Rusiya üçün isə bu coğrafiya imperativ təhlükəsizlik buferi və tarixi təsir dairəsidir.

Ancaq artıq aydındır ki, bu regionlarda geopolitik status-kvo artıq ciddi şəkildə pozulub. Cənubi Qafqazda baş verən dəyişikliklər Xəzəryanı və Orta Asiyada yeni geostrateji rəqabət modellərinin yaranmasına təkan verir. Bu dəyişikliklərin dərinliyi və davamlılığı, əsasən yerli siyasi-iqtisadi elitaların hansı geopolitik tərəfi seçəcəyindən və beynəlxalq güclərin bunu necə formalaşdıracağından birbaşa asılı olacaq.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı