İran Suriya prezidentinin Bakı səfərindən “sancılandı”
Siyaset
Oxunub: 146
16 iy 2025 | 15:30
İran Suriya prezidentinin Bakı səfərindən “sancılandı”


Xamneyinin müşaviri pakistanlı nazirə Azərbaycandan şikayətləndi və sərsəm ittihamlar səsləndirdi - reaksiya
“Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan İslam dünyasının xeyrinə olmayan hərəkətlər edir”.

“Bunu İran rəhbəri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə deyib.

“Azərbaycan Əhməd əş-Şaraa və sionist rejimin nümayəndələrinin görüşünü təşkil edir, İsrailin fələstinlilərə qarşı cinayətləri ilə eyni vaxtda İsrailə neft göndərir”, - o, Azərbaycan Respublikası barədə ənənəvi iddialarını təkrar edib.

Vilayəti buna görə Pakistanı Azərbaycan Respublikasından hesabat istəməyə dəvət edib: “Siz onlardan müsəlmanların və İslam dünyasının mənafeyinə zidd olan hərəkətləri niyə etdikləri barədə soruşmalısız”.

Qeyd edək ki, uzun illər İran XİN rəhbəri olan Əli Əkbər Vilayəti Azərbaycana qarşı xüsusi mövqeyi ilə seçilib və İranda qatı antitürk şəxs hesab edilir. O, 90-cı illərdə Azərbaycan torpaqlarının işğal olunmasında və Ermənistanın iqtisadi-siyasi baxımdan ayaqda qalmasında xüsusi rol oynayıb. Vilayəti Zəngəzur dəhlizinin açılmasına qarşı ən kəskin çıxış edənlərdəndir.

İndi isə ali rəhbərin müşaviri Azərbaycanı İslam əleyhinə addımlar atmaqda ittiham edir. Bununla Azərbaycanın İsraillə əlaqələrinə açıq eyham vurur. Yəni İsrail Qəzzada müsəlmanları öldürür və Azərbaycan da bu ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə sahibdir. Halbuki rəsmi Bakının Fələstin probleminə yanaşması bəllidir və BMT-nin mövqeyinə söykənir.

İkincisi, Vətən müharibəsində Azərbaycana İslam respublikası İran deyil, yəhudi dövləti İsrail dəstək olub. Əksinə, İslam respublikası xristian və işğalçı Ermənistana qahmar çıxıb, Zəngilan istiqamətində qoşun yeridib, zamanında Xankəndinə terrorçu qruplar göndərib, indi də Zəngəzur dəhlizinə qarşıdır və Ermənistanın təhlükəsizliyini özü üçün “qırmızı xətt” sayır.

CROSSMEDIA - Suriya lideri Azərbaycan Prezidentinə təşəkkür edib

Belə bir dövlətin ali şəxsinin müşaviri bizi İslam əleyhinə hərəkətlərdə əsassız yerə günahlandırır. Görünür, məscidləri, qəbirləri dağıdan, donuz saxlayan Ermənistanı müdafiə etmək İslam respublikası olan İran üçün şəriət əleyhinə fəaliyyət deyilmiş...

Eyni zamanda Azərbaycanın İslam əleyhinə hər hansı fəaliyyətini göstərmək mümkün deyil və bu ölkədə bütün dinlərə tolerant münasibət var. Ən nəhayət, son dövrlər Bakı-Tehran əlaqələrində bir ilıqlaşma var.

Həm İran Prezidenti Pezeşkian, həm Pakistanın baş naziri Şərif Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak ediblər. Yəni Vilayətinin tutduğu mövqe fitnə salmaq, ixtilaf yaratmaq məqsədi daşıyan təxribatçılıqdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və müsəlman ölkələri bizim siyasətimizə bələddir. Amma qabarıq şəkildə görünür ki, Suriya liderinin Bakı səfəri İranı ciddi şəkildə qəzəbləndirib. Çünki Əsəd rejiminin devrilməsi ilə İranın Suriyadakı mövqeləri sarsıldı, hərbi kontingentini mühasirədən rus qoşunları çıxardı.

Bununla belə, baş verənlər Azərbaycanın günahı deyil və Bakı ermənipərəst Əsəd rejiminin çöküşündən sonra Dəməşqin yeni idarəçiliyi ilə əməkdaşlığa üstünlük verir.

Xamneyinin müşavirini yandıran, özündən çıxaran səbəblər yalnız bunlardırmı? Niyə İranın ali dini rəhbərliyində olan şəxslər hökumətlərarası münasibətlərin normal olmasına imkan vermirlər?

Üstəlik, az əvvəl Vilayəti bildirmişdi ki, məhz İran Zəngəzur dəhlizi yaratmaq cəhdinin qarşısını alıb. Onun sözlərinə görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Hərçənd dəhlizlə bağlı yeni bir dinamika müşahidə olunmaqdadır və İranın müqaviməti bu prosesdə təsiredici olmaya bilər. Çünki Ermənistan dəhlizin hansı mexanizmdə açılması ilə bağlı razılaşmaya yaxın görünür. Yəni Vilayətinin Azərbaycanla bağlı “sancı”larına baxmayaraq, proseslərin gedişinə təsir edə bilmir - İsraillə müttəfiqliyimiz, Suriya ilə İsrail arasında görüşdə vasitəçiliyimiz, Zəngəzurla bağlı aparılan siyasət və s.

Deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, İran totalitar dövlətdir və əsas ideologiyası insanlığa qarşı yönəlib. Onun sözlərinə görə, İran guya Azərbaycanla münasibəti yaxşılaşdırır, amma ölkəmizin dünyəvi dövlət kimi inkişafı onu qıcıqlandırır: “İranın imkanı olsaydı, Azərbaycana daha böyük pisliklər edərdi. 44 günlük müharibədə də ordumuzun qarşısını kəsməyə cəhd etmişdilər. Çünki İran Ermənistanın hərbi müttəfiqi olub”.

A.Mollazadə vurğuladı ki, Azərbaycanın hazırkı xarici siyasət modeli İran tərəfindən qısqanclıqla qarşılanır və bu da özünü büruzə verir: “Çünki rejimi qorxudur. Sadəcə, deməliyəm ki, İranda mövcud rejimlə münasibətlərimiz heç zaman normal olmayacaq. Onların "dəyərləri" fərqlidir. Rejimin ənənəvi siyasəti göz qabağındadır. Ona görə də yanaşma dəyişməyəcək. Ümumiyyətlə, Azərbaycanın təkcə İsrail, indi də Suriya ilə yeni bərpa olunan əlaqələri deyil, hər bir addımımız, elə Pakistanla müttəfiqliyimiz, Türkiyə ilə qardaşlığımız, bizə olan hörmət İranı narahat edir. Odur ki, hər dəfə ittiham xarakterli bəyanatlar eşidilir".
Bu gün, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Bu gün, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Bu gün, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Bu gün, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Bu gün, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Bu gün, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Bu gün, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Bu gün, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Bu gün, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Bu gün, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Bu gün, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Bu gün, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Bu gün, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Bu gün, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Bu gün, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Bu gün, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Bu gün, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Bu gün, 09:40
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Bu gün, 09:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Bu gün, 09:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 09:24
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Bu gün, 09:20
Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Bu gün, 09:16
Yutubda artıq bu da mümkündür
Bu gün, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN