Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj - sülh, inkişaf və strateji liderliyin zirvəsi
3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Təsadüfi deyil ki, bu mövzu Qarabağ reallıqları ilə üst-üstə düşür. Azərbaycanın regionda apardığı bərpa-quruculuq işləri, yaşıl enerji zonası yaratmaq planları, “ağıllı şəhər” layihələri və yaşıl diplomatiya təşəbbüsləri həm bu zirvənin mahiyyətinə, həm də bölgənin yeni strategiyasına uyğundur.
Zirvə görüşündə təşkilata üzv 13 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Təbii ki, belə miqyaslı beynəlxalq toplantının Xankəndidə baş tutması təkcə coğrafi deyil, həm də siyasi, iqtisadi və strateji baxımdan ciddi əhəmiyyət kəsb edir. İllərlə separatizm və işğalın qaranlığında qalan bu şəhər artıq inkişaf, əməkdaşlıq və sabitlik gündəminin mərkəzinə çevrilir.
Əsas məqsəd təkcə regional əlaqələrin inkişafı deyil, həm də İƏT-ə üzv ölkələrin Qarabağda baş verən müsbət dəyişikliklərə daha sıx cəlb olunmasıdır. Hazırda Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu prosesə artıq öz töhfələrini veriblər. Zirvə görüşü isə bu iştirakçılığı daha da genişləndirmək üçün əlverişli platforma rolunu oynayır.
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ərsin Tatar zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. 2012-ci ildən İƏT-də müşahidəçi statusuna malik olan KKTC son illərdə beynəlxalq təşkilatlarda - o cümlədən Türk Dövlətləri Təşkilatında (TDT) - təmsilçiliyini gücləndirib. Bu səfər bir tərəfdən Azərbaycanın KKTC-yə verdiyi dəstəyi göstərir, digər tərəfdən isə təşkilat daxilində yeni güc balanslarının yaranmasından xəbər verir.
Ərsin Tatarın səfər proqramına fəxri doktorluq diplomunun təqdim edilməsi, ikitərəfli görüşlər və müxtəlif tədbirlər daxildir. Bu addımlar KKTC-nin beynəlxalq hüquqi statusunun tanınması prosesində mühüm mərhələlərdən biri kimi qiymətləndirilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB/FOTO - "İki sahil"
İyulun 2-də zirvə toplantısı çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də ölkəmizə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev ali qonağı şəxsən qarşılayıb və liderlərin təkbətək görüşləri baş tutub. Təkcə paytaxtda deyil, Şavkat Mirziyoyevin Xankəndi, Şuşa və Ağdama səfər planları da onun səfərinin strateji mahiyyətini göstərir.
Prezidentlərin birgə tədbirlər çərçivəsində “Özbəkistan” parkının təməlini qoyması, Ali Dövlətlərarası Şuranın iclası və iqtisadi əməkdaşlıq üzrə sənədlərin imzalanması regional inteqrasiyanın real nəticələrindən xəbər verir. Bu səfər eyni zamanda Qarabağın nəinki Azərbaycanın daxili inkişaf gündəminin, həm də beynəlxalq əməkdaşlıq strategiyasının əsas həlqəsinə çevrildiyini göstərir.
Zirvədə iştirak edəcək daha bir mühüm lider - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Türkiyənin İƏT-in qurucu üzvlərindən biri olaraq tədbirə qatılması təkcə diplomatik deyil, həm də simvolik önəm daşıyır. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən əsası qoyulmuş İqtisadi Əməkdaşlıq Təşkilatı (o dövrdə İRƏ kimi tanınırdı), 1985-ci ildən bəri ECO adı ilə fəaliyyətini genişləndirib.
Azərbaycan 1992-ci ildən bu təşkilatın tamhüquqlu üzvüdür. Hazırda İƏT-ə 10 dövlət daxildir: Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan. Bu ölkələrdə ümumilikdə 550 milyondan çox insan yaşayır ki, bu da təşkilatın potensialını iqtisadi, demoqrafik və strateji baxımdan son dərəcə cəlbedici edir.
Zirvənin Xankəndidə keçirilməsi İƏT-in həm Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin, həm də Qarabağın beynəlxalq əməkdaşlıq məkanına çevrildiyinin göstəricisidir. Bu, həm də dünyanın diqqətini bölgədə gedən dəyişikliklərə yönəltmək, yanlış təəssüratları dağıtmaq baxımından mühüm addımdır. Qarabağ artıq münaqişə yox, sülh, sabitlik və iqtisadi dirçəliş məkanıdır.
Bu toplantıda qəbul olunacaq qərarlar, başlanacaq layihələr və veriləcək mesajlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji nəticələr doğura bilər. Zirvə həm də Azərbaycanın beynəlxalq diplomatiyada fəal və müəyyənedici aktor kimi rolunun daha da möhkəmləndiyini nümayiş etdirəcək.
Xankəndi sammiti yalnız İƏT-in illik forumu deyil. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə irəli sürdüyü yeni strategiyanın canlı nümunəsidir. Bu strategiyanın əsas xəttini sülh vasitəsilə inkişaf, infrastrukturla diplomatiya və dayanıqlı gələcəklə kimlik quruculuğu təşkil edir.
Zirvə görüşü Azərbaycanın beynəlxalq arenada artan rolunu və Qarabağın regional əməkdaşlıq mərkəzinə çevrilməsinin real təsdiqini ifadə edir. Bu sammit sübut edir ki, Azərbaycan artıq yalnız münaqişə sonrası bərpa edən ölkə deyil, həm də əməkdaşlıq qurucu, liderlik daşıyıcısı və diplomatik balans yaradan gücdür.
Bir sözlə, Xankəndi sammiti regionda yeni bir dövrün başlanğıcıdır - sülh, rifah və məsuliyyətli liderliyin dövrü.
14-03-2026, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
14-03-2026, 10:41
Azərbaycan nefti bahalaşdı
14-03-2026, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
14-03-2026, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
14-03-2026, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
14-03-2026, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
14-03-2026, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
13-03-2026, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
13-03-2026, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
13-03-2026, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
13-03-2026, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
13-03-2026, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
13-03-2026, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
13-03-2026, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
13-03-2026, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
13-03-2026, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
13-03-2026, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
13-03-2026, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
13-03-2026, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
13-03-2026, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
13-03-2026, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
13-03-2026, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
13-03-2026, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
13-03-2026, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
13-03-2026, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
13-03-2026, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
13-03-2026, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi