Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı.
Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.
Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir.
Ölkə başçısının Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı