Kahramanmaraşda Azərbaycan Məhəlləsinin Açılışı – Tarixi Qardaşlığın Yeni Səhifəsi
Siyaset
Oxunub: 280
19 in 2025 | 20:41
Kahramanmaraşda Azərbaycan Məhəlləsinin Açılışı – Tarixi Qardaşlığın Yeni Səhifəsi


Müəllif: Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev

Tarix bir daha yazıldı. Zaman və məkan fərqi olmadan bir-birinə dayaq olan, eyni ağrını bölüşən, eyni sevincə sevinən iki dövlət – Azərbaycan və Türkiyə, bu dəfə Kahramanmaraşda qürurverici bir tabloya imza atdı. 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra qardaş Türkiyəyə ilk dəstək verən ölkələrdən biri olan Azərbaycan, sadəcə yardım göstərməklə kifayətlənmədi, həm də daimi iz qoyacaq bir yaşayış məhəlləsi – “Azərbaycan Məhəlləsi”ni inşa etdi.

Qardaşlığın daşdan salınmış simvolu

Kahramanmaraşda tikilən Azərbaycan Məhəlləsi yüzlərlə ailənin isti ocağına çevrilməklə yanaşı, iki dövlət arasındakı əbədi qardaşlığın simvoluna çevrildi. Yaşayış kompleksindəki binaların üzərində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Binaların girişində “Azərbaycan xalqından Türkiyə xalqına sevgi ilə” mesajı yazılıb.

Bu açılış mərasimi sadəcə rəsmi bir tədbir deyildi. Bu, bir millətin iki dövlət olaraq yaşamasının canlı sübutu idi. Burada verilən hər çıxış, səslənən hər çağırış, çəkilən hər bayraq qürurun, sevginin və həmrəyliyin dilində danışırdı.

Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev, qardaşlıq mesajını bir cümlə ilə bütün dünyaya çatdırdı:

“Sizin 10 milyon, bizim də 80 milyonluq qardaşımız var. Yaşasın Türkiyə-Azərbaycan Birliyi, Qardaşlığı!”
Bu sözlər tədbirdə iştirak edən Türkiyə vətəndaşları tərəfindən ayaqüstə, alqışlarla qarşılandı. İzdiham arasından yüksələn səslər isə bu birliyi daha da gücləndirdi:

“Qarabağ Fatehi!” – Türkiyəli vətəndaşların Prezident Əliyevə səmimi müraciəti qürur dolu anlar yaşatdı.
Ardınca çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu birliyi sözün əsl mənasında əfsanəyə çevirdi:

“Eyni bayrağın kölgəsində dua edən, eyni namazlıqda göz yaşı tökən, eyni istiqlal üçün can verən bir millətin iki dövləti, tək ürək daşıyan övladlarıyıq!”
Bu ifadə yalnız siyasi ritorika deyildi – bu, bir taleyin, bir tarixə yazılmış vəhdətin cümləyə çevrilmiş halı idi.

Ərdoğan eyni zamanda Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü də çatdıraraq bildirdi:

“Azərbaycanlı qardaşlarımız zəlzələ günü bizə necə könül qapılarını açdısa, bu gün də Kahramanmaraşda bizə ev tikərək qəlblərinə buyur etdilər. Prezident İlham Əliyevə və Azərbaycan xalqına xüsusi təşəkkür edirəm. Bu qardaşlıq tarixə yazıldı!”

Açılış mərasimi zamanı yaşanan duyğulu anlar sosial şəbəkələrdə sürətlə yayıldı. “Qarabağ Fatehi” deyə səslənən insanlar, Kahramanmaraş torpağında Qarabağ zəfərinin ruhunu yaşatdı. Türk xalqı Azərbaycan Prezidentini təkcə bir lider olaraq yox, Qafqazda haqqa imza atan bir qəhrəman kimi qəbul etdiyini göstərdi.

Qardaşlıq təkcə siyasət deyil – ruh məsələsidir.
Azərbaycan Məhəlləsi fiziki bir layihə olsa da, onun daşıdığı mənəvi dəyər ölçülə bilməz. Bu, can verən, dua edən, gözyaşı tökən və birlikdə ayağa qalxan bir millətin yaşadığı ruh halıdır. Kahramanmaraşda tikilən hər evdə, quraşdırılan hər divarda Azərbaycanın ürəyi döyünür.

Biz – Türk milləti olaraq hər zaman eyni taleyi paylaşmışıq. Kahramanmaraşda salınan bu məhəllə, iki dövlət arasında deyil, iki qəlb arasında körpü olmuşdur.

Türk dünyasına xidmət edən Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri olaraq qürurla deyə bilərəm ki, biz bu birliyin davamçılarıyıq. Bu gün Kahramanmaraşda açılan Azərbaycan Məhəlləsi sabah Türk dünyasının hər guşəsində ucalacaq qardaşlıq abidələrinin xəbərçisidir.

Bir millət, iki dövlət yox, sonsuz ürək – tək ruh!

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Yaşasın Türk dünyasının əbədi birliyi!

Kahramanmaraşda Azərbaycan Məhəlləsinin Açılışı – Tarixi Qardaşlığın Yeni Səhifəsi
Kahramanmaraşda Azərbaycan Məhəlləsinin Açılışı – Tarixi Qardaşlığın Yeni Səhifəsi
Kahramanmaraşda Azərbaycan Məhəlləsinin Açılışı – Tarixi Qardaşlığın Yeni Səhifəsi
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı