Zəngəzur dəhlizi üçün son tarix - İrəvanın qərar anı

Bu layihənin işə düşəcəyi zaman açıqlandı, Qriqoryan yenə destruktiv mövqe qoydu; Ermənistan hara qədər dirənəcək?
“Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”. “Yeni Müsavat” bildirir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib. Nazir qeyd edib ki, Zəngəzur dəhlizi layihəsinin 3-4 il ərzində həyata keçirilməsi planlaşdırılır. Türkiyəli rəsminin dediyi bir ehtimaldır, yoxsa informasiyaya əsaslanan proqnoz?
Qeyd edək ki, Azərbaycan dəhlizin özünə aid hissəsində infrastruktur işlərini bu il tam yekunlaşdıracaq. Təəssüf ki, Ermənistan hələ də özünə adi seqmentdə heç bir iş görməyib. Bunun əvəzinə İrəvan Bakıya reallığa dəxli olmayan, yəni maneəsiz keçid rejimi ilə uzlaşmayan qeyri-real təkliflər (“yumşaq rejim”, “sadələşdirilmiş keçid” və s.) verməyə davam edir. Az öncə İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bu xüsusda bildirib ki, “İrəvanın leksikonunda Zəngəzur dəhlizi anlayışı yoxdur”.
Bəs nə vaxt olacaq? Kapitulyant ölkənin dirənişi hara kimi sürəcək?
Yada salaq ki, Azərbaycan lideri İlham Əliyev bu ilin yanvarında yerli telekanallara müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır” deyib.
Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts isə söyləyib ki, Zəngəzur dəhlizini açmaq üçün Azərbaycanın qarşısında duran əsas maneə Rusiyadır. “Rusiya hələ də həm Əliyevə, həm də Türkiyəyə Türkiyənin xarici siyasət doktrinasında yazılanları, yəni Ermənistanın dövlət olmamasını həyata keçirməyə mane olur”.
“Son zamanlar ABŞ da müəyyən qədər "Zəngəzur dəhlizi" ifadəsi və ümumilikdə dəhlizin məntiqini gündəmə gətirib". Bu sözlərin müəllifi politoloq Qrant Mikaelyandır. O iddia edib ki, Azərbaycan heç bir öhdəlik götürmək istəmir.
Əslində Rusiya, Türkiyə, bir sıra Qərb ölkələri və Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsini yaxına buraxmır. Bu ifadə erməni ictimaiyyətində böyük narazılıqla qarşılanır. Digər tərəfdən, Qriqoryanın bunu İranda dilə gətirməsi də təsadüfi deyil. Çünki İran da bu dəhlizin açılmasına qarşıdır.
Ermənistan Zəngəzur dəhlizi layihəsinə qarşı alternativ kimi “sülh yollarının kəsişməsi” layihəsini irəli sürür. Ermənistan hakimiyyətinin təqdim etdiyi bu layihə regional kommunikasiyaların açılması məsələsində Zəngəzur dəhlizinə qarşı alternativ layihədir. Bununla Ermənistan həm regional kommunikasiyaların açılmasına, həm də Azərbaycana dəhliz verməməyə nail olmaq niyyətindədir. Bu layihə həm də Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlı olan qüvvələrə təklif kimi irəli sürülüb. Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini bildirərək əvəzində bu layihə ilə alternativ yaratmaq istəyir. Ancaq rəsmi Bakının sülhə gedən yolda ən başlıca tələblərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır.
Ölkə.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın suverenliyini təhdid etmir. Onun fikrincə, buna baxmayaraq rəsmi İrəvan hələ də bu logistikanın açılmasını özünün ərazi bütövlüyünə qarşı addım kimi qələmə verir: “Halbuki heç bir dəhliz bir ölkənin suverenliyini poza bilməz. Azərbaycanla İran da Araz dəhlizini reallaşdırır və burada hər hansı beynəlxalq hüquqa zidd hərəkət yoxdur. Ermənistan isə yalana söykənən təbliğat kampaniyası qurub. Bu piar beynəlxalq ictimaiyyəti inandırmağa hesablanıb. Guya dəhlizin açılması ilə Ermənistanın suverenliyi əldən gedir. İran da öz iqtisadi maraqlarından irəli gələrək Zəngəzur dəhlizinə qarşı çıxdığı üçün İrəvana şərik olub, onu öz yalanlarına inanmaqda dəstəkləyir”.
Ç.Qənizadə vurğuladı ki, Zəngəzur dəhlizi Orta dəhlizin bir parçasıdır və dünyanın marağında olan layihədir: “Ermənistan bu prosesi uzun illər yubada bilməyəcək. Çindən Avropaya uzanan bir marşrutun açılmasına Ermənistan kimi kiçik dövlət əngəl ola bilməz. Doğrudur, heç bir tikinti işi həyata keçirməyiblər. Amma bu işin sürətlənməsi üçün təzyiqləri artırmaq lazımdır. Xüsusən də Türkiyə bu məsələdə Ermənistana diplomatik təzyiqlərini artıra bilər. Paşinyan yaxşı başa düşür ki, ölkəsinin nicatı Türkiyə ilə quru sərhədlərin açılmasından asılıdır. Ona görə də Ankara İrəvana bu kontekstdə təzyiqləri işə sala bilər. Eyni zamanda söhbət yolun dəhliz statusu daşıması üstündə olan mübahisədir. Ermənistan maneəsiz keçidə razıdır, dəhliz statusu daşımasına etiraz edir. Məncə, bu məsələdə də müəyyən razılaşmalar mümkündür”.
Hüquq müdafiəçisi əlavə etdi ki, sadəcə, dəhlizin açılmasında çözülməyən düyün nəzarətin kimdə olacağı məsələsidir: “Rusiya israr edir ki, özü kontrol etsin. Bunun üçün 10 noyabr bəyanatına istinad yer alır. Ermənistan isə üçtərəfli razılaşmadan çıxmaqdadır. İrəvan özü yola nəzarəti təmin etmək istəyir. Burada Qərbin də maraqları nəzərə alınmalıdır. Bəli, Avropa və ABŞ da dəhlizə nəzarətin Rusiyada olmasının əleyhinədir. Bütün hallarda, türkiyəli nazir 3-4 ilin proqnozunu veribsə, deməli, yekun sülh müqaviləsi imzalandıqdan sonra reallaşa bilər”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Ermənistan dəhlizə “hücum” olacağı barədə saxta təbliğatı davam etdirir: “Guya Ordumuz Zəngəzura daxil olacaq və güc yolu ilə koridor açılacaq. Bu bəyanatlar cəfəngiyyatdır. Azərbaycan Prezidenti bəyan edib ki, Zəngəzura avtomobillərlə qayıdacağıq. Yəni tankla, topla olmayacaq. Ortada bir yol layihəsi var və onun gerçəkləşməsini tələb edirik. Ümumiyyətlə, nəqliyyat kommunikasiyalarının blokadadan çıxması ilk növbədə Ermənistan iqtisadiyyatı üçün nəfəslik olacaq. Sadəcə, İrəvanın dəhliz statusundan imtina etməsi problem yaradır. Azərbaycan da bu məsələdə maneə görmür. Əgər dəhliz statusu olmadan açılacaqsa, hər hansı problem olmamalıdır. Yetər ki, bu logistika işə düşsün. Ermənistan isə əlini ağdan qaraya vurmayıb”.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı