Ermənistanda panika: azərbaycanlılar qayıdır, qoşunlar çəkilir

Basarkeçərin qubernatoru birgəyaşayışın anonsunu verdi; ermənilər düşmənçilik səhifəsini çevirməyə hazırdırmı...
Ermənistanın Qeqarkunik əyalətinin (Basarkeçər) qubernatoru Karen Sarkisyan maraqlı açıqlama verib. O, azərbaycanlılarla birlikdə yaşamağa hazır olduqlarını bildirib. Sarkisyan deyib ki, yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi baş verəcək. O düşünür ki, bu razılaşmadan sonra ərazidəki Azərbaycan qoşunu geri çəkiləcək.
Qubernator onu da bildirib ki, sərhədlərin demarkasiyasından sonra azərbaycanlılar geri qayıdacaq. “Biz onlarla birlikdə dinc həyat yaşamağa qarşı deyilik. Şübhəsiz ki, azərbaycanlılar gələrsə, onlarla birgə yaşamağa hazırıq”.
Bir müddət əvvəl spiker Alen Simonyan demişdi ki, vaxt gələcək, azərbaycanlılarla ermənilər ticarətlə məşğul olacaq, gediş-gəliş olacaq. Sitat: “Vaxt gələcək, ermənilər Azərbaycana, azərbaycanlılar isə Ermənistana yaşamağa gedəcəklər, bir-biri ilə alver edəcəklər. Biz buna gedirik. Sülh elə budur”.
Basarkeçər qubernatorunun sözlərini anons kimi qəbul etmək olarmı? Yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi başlayarsa, sonrakı mərhələdə gediş-gəliş mümkündürmü? Doğrudanmı ermənilər özlərinin səbəb olduğu düşmənçilik səhifəsini çevirməyə hazırdır? Bu da faktdır ki, erməni cəmiyyətində türkofobiya hələ də güclü olaraq qalır...
siyasi ekspert Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, birgəyaşayış hələlik real görünmür. Onun sözlərinə görə, azərbaycanlılarla ermənilərin birgə yaşadığı başqa coğrafiyalar, şəhərlər var: “Biz Gürcüstanın bəzi kəndlərini qeyd edə bilərik, həmçinin Rusiyada, Avropada və bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər bir ərazidə yaşayırlar. Amma münasibətlər, təmaslar olduqca məsafəlidir. Burada siyasi səbəblərdən daha çox mənəvi, psixoloji, toplumların qarşılıqlı nifrəti problemləri mövcuddur. Gəlin razılaşaq ki, ermənilər azərbaycanlılara, bütövlükdə türk etnosuna nifrət edir, düşmən kimi baxır. Əgər onların gücü çatsaydı, yenə əsrlər boyu başımıza gətirdikləri müsibətləri yaşadar, qətliamlar törədərdi. Bu baxımdan Ermənistanda türkofobiya qalır. Son dövrlər nifrət daha da körüklənir”.
Siyasi təhlilçinin fikrincə, 44 günlük müharibədən sonra Ermənistanda revanşistlər təbliğatı gücləndirib: “Onlar qisasdan danışırlar, "artsax" deyirlər, Qarabağa nə zamansa qayıtmaqdan dəm vururlar. Belə bir toplumla birgə yaşamaq olduqca çətindir. Üstəlik, yaralar sağalmayıb. Hər iki tərəfin müharibədə həlak olanları var. İndi biz azərbaycanlı və erməni analarına birgə yaşamağı təklif etsək, təbii ki, etirazla qarşılanacaq. Ona görə də siyasi amillərdən daha dərin məsələlər var. Çünki Azərbaycanla Ermənistan sülh sənədi imzalaya bilər, amma xalqların barışması bir kağızla, sənədlə olmur. Bunun üçün illər lazımdır. Yəni yaralar qaysaq bağlamalıdır, bölgədə dayanıqlı sülh, təhlükəszilik təmin edilməlidir, hər iki tərəfin ziyalıları görüşməlidirlər, təmaslar artmalıdır, gediş-gəliş olmalıdır, etimad mühiti formalaşmalıdır. Bu da çox mürəkkəb mövzulardır. O baxımdan erməni qubernatorun verdiyi anonsu hələlik daxili auditoriyaya hesablanmış sözlər kimi qəbul etmək lazımdır. Ancaq sərhədlərin dəqiqləşməsi istiqamətində addımların atılması mümkündür. Əgər Basarkeçərin nümayəndəsi bu açıqlamanı veribsə, görünür, hansısa məlumatlara malikdir. Əlbəttə, Azərbaycan da sərhədlərin delimitasiyasının sürətlənməsində maraqlıdır".
Ekspert hesab edir ki, azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı əsas hədəflərdən biridir: “Erməni cəmiyyətində bununla bağlı təbliğat aparılmalı, ictimai rəy hazırlanmalıdır. Bu da Paşinyan hakimiyyətinin üzərinə düşən missiyadır. Artıq Qərbi Zəngəzurda bu söhbətlər çox danışılır. Erməni camaatına deyirlər ki, azərbaycanlılar qayıdacaqlar. Bu da ciddi təşvişə səbəb olur. Ermənilər fikirləşirlər ki, Şərqi Zəngəzurdan sonra Qərbi Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək. Bu da bizim haqqımızdır. Rəsmi şəxslər deməyə bilər, lakin biz dədə-baba torpaqlarımıza, ermənilərə peşkəş edilmiş tarixi ərazilərimizə iddialarımızı dilə gətirməliyik. Xalqımız 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza atdı. Bu zəfərdən sonra əsas hədəf Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Qərbi Zəngəzura qayıdış mövzusunda bu fikirləri səsləndirib: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.
Erməni diplomat Edqar Qazaryan isə deyib ki, müstəqillik bəyannaməsinin konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir: “Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Zəngəzur, Dərələyəz, Vedi və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır”. Qazaryan iddia edir ki, hazırda Göyçədə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir: “Göyçədə mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO