Nəqliyyat Nazirliyi ləğv edilir, Ziya Məmmədovun erası bitir
Xəbər verdiyimiz kimi, Azərbaycanda Nəqliyyat Nazirliyinin səlahiyyətli azaldılıb
Daha öncə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsi, o cümlədən, bu sahədə Azərbaycan qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilib.
Lakin artıq Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik etməsi ilə yuxarıda sadaladıqlarımız Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində tətbiq ediləcək.
Əgər indiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının lisenziya (lisenziya kartı) olmadan və ya lisenziyalaşdırma şərtlərinin pozulması ilə yerinə yetirilməsi aşkar edildikdə Nəqliyyat Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edibsə, bundan sonra bu sahədə Nəqliyyat Nazirliyi deyil, Daxili İşlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görəcək.
Məsələ ilə bağlı musavat.com-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, əslində bu, texniki məsələ idi: “Hələ səlahiyyətlər Nəqliyyat Nazirliyindən ötən ilin noyabr ayında alınaraq, Dövlət Yol Polisinə verilmişdi. Səlahiyyətlər Nəqliyyat Nazirliyində olduğu zaman insanlardan çoxlu şikayətlər olurdu. Hətta bir neçə dəfə nazirliyin əməkdaşları ilə vətəndaşlar arasında davalar da olub. Ancaq dəyişikliyi təsdiq edənlər yenə də səhvə yol veriblər, çünki daşıma şərtlərini pozan taksi və ya avtobus cərimə meydançasına aparıla bilməz. Cərimə meydançasına aparılma halları İnzibati Xətalar Məcəlləsinin 96-97-ci (köhnədə 406-407-ci) maddələrində sadalanır və orada daşıma şərtlərini pozma yoxdur. Əslində buna ehtiyac da yoxdur. Normal məntiq və sağlam təfəkkür də deyir ki, avtobus və ya taksi sürücüsü sərnişindaşıma şərtlərini pozarsa, ona cərimə yazılmalı və deyilməlidir ki, sərnişinləri düşür, avtobusunla (taksinlə) çıx get evinə (və ya qarajına), bu işlə məşğul olma. Cərimə meydançası sərnişindaşıma şərtlərini bərpa edəsi deyil”.
Bu kimi səlahiyyətlərin alınması nəticəsində Nəqliyyat Nazirliyinin bir qurum kimi ləğvinə gəlincə ekspert aşağıdakıları bildirib:
“Nəqliyyat Nazirliyində xeyli səlahiyyətlər var. Nazirlik hələ ki, mövcuddur və fəaliyyət göstərir. Gələcəyi isə dövlət başçısından asılı olan bir məsələdir. Əgər məqsədəuyğun olarsa, qurum kimi fəaliyyətini davam etdirəcək. Olmayacaqsa, sturuktur dəyişiklikləri aparılacaq”.
Bu gün, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı