Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
Siyaset
Oxunub: 211
13 may 2025 | 14:22
Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”


İrəvanın “siçan-pişik” oyunu davam edir, amma nə vaxtadək? - iki fərqli proqnoz

Bakının İrəvanla sülh müqaviləsinin imzalanması üçün iki legitim şərti bəlli: ATƏT-in Minsk Qrupu de-yure ləğv olunmalı, Ermənistan Konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılmalıdır. Bunun xaricində yazılı anlaşma məntiqdən kənar görünür. Lakin ötən həftəsonu qonşu ölkənin xarici işlər naziri Ararat Mirzoyan yerli mediaya açıqlamasında “sülh müqaviləsinin imzalanması məsələsində tezliklə yaxşı xəbərlərin olacağını” mümkün sayıb. Hansı xəbərlərin? Ermənistanın baş diplomatı nəyə əsasən belə nikbindir?

Bu arada kapitulyant ölkənin ədliyyə naziri Srbuhi Qaloyan Ermənistanın yeni konstitusiya layihəsi üzərində işlədiyini və layihənin 10 aya hazır olacağını deyib. Nazir həmçinin konstitusiyanın yeni mətnində müstəqillik bəyannaməsinin xaric edilib-edilməməsi məsələsinin hələ müzakirə olunduğunu söyləyib. “Biz müxtəlif variantları müzakirə edirik, amma mətn hələ də hazırlanır. Konsepsiya eynidir, bu konsepsiya çərçivəsində müxtəlif normalar üzrə müzakirələr aparılır”, - Qaloyan vurğulayıb.

O, habelə məsələnin referendumda müzakirəyə çıxarılma vaxtı ilə bağlı hələlik dəqiq bir məlumatın olmadığını söyləyib. “Mətn hazır olduqdan sonra şübhəsiz, konseptual mövqeləri ictimaiyyətə təqdim edəcəyik və bu barədə geniş müzakirələr aparacağıq”, - nazir əlavə edib.

Beləcə, sülh sənədi əsasında İrəvanın “siçan-pişik” oyunu davam edir. Nə vaxtadək? 10 ay sonra o deməkdir ki, Bakının konstitusiya tələbi ən yaxşı halda gələn ilin martında reallaşa bilər. O da əgər reallaşsa. Gec deyilmi? Kim zəmanət verə bilər ki, ona qədər Paşinyan hökuməti qalacaq, yaxud radikal qüvvələrin iqtidara gəlişi ilə Ermənistan simvolik müstəqilliyini də itirməyəcək?

Bəs Ermənistanın ərazi iddialarından əl çəkməməsi yeni müharibəyə səbəb ola bilərmi? Bu arada Ermənistan Silahlı Qüvvələrinin bölmələri şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini vaxtaşırı atıcı silahlardan atəşə tutmaqdadır.

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Onun fikrincə, Paşinyan müharibədə məğlub olub və ona görə belə deyir: “Ancaq Paşinyana müxalif olanlar "Azərbaycanla müharibə olmayacaq" və ya “biz hakimiyyətə gəlsək, Azərbaycanla müharibə etməyəcəyik” açıqlamasını səsləndirmirlər. Digər tərəfdən, gələn il Ermənistanda keçilməsi planlaşdırılan parlament seçkilərində kimin qələbə çalacağı - Paşinyanın və ya onun rəqiblərinin üstünlük qazanacağı bəlli deyil. Paşinyanın “müharibə olmayacaq, sülh olacaq” açıqlamasının dəyəri o zaman olardı ki, baş nazir Ermənistan Konstitusiyasında dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalasın".

Politoloq hesab edir ki, bu halda o, hakimiyyətini nə zamansa itirsə belə, Paşinyanın yerinə gələn şəxs Bakı ilə imzalanan sazişin şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq: “Əslində bu yeni baş nazirin xilası olacaq, çünki Paşinyanın imzaladığı sazişdən imtina edərsə, nəticəsi Ermənistan üçün ağır olan müharibə ilə üzləşəcək”.

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bu il saziş imzalanmasını gözləmir. Onun fikrincə, Ermənistan hakimiyyəti gələn il seçkiləri udmamış hər hansı müqaviləni risk hesab edir: “Çünki rəqibin bundan istifadə etməsindən qorxur. Sülh sənədi müxalifət tərəfindən təslimçilik aktı, yaxud ikinci kapitulyasiya kimi təbliğ oluna bilər. Bu da xalqı küçələrə çıxarmağa və hakimiyyəti dəyişməyə yönəlik siyasətdir”.

Onun zənnincə, Paşinyan parlament seçkilərini udmaq, növbəti dəfə baş nazir kimi təsdiqlənmək istəyir: “Bununla cəmiyyəti ram etmiş, yormuş və müxalifəti tam taqətdən salmış olacaq. Onda ictimai rəyə sənədi həzm etdirə biləcək. Düşünürəm ki, ədliyyə nazirinin nə deməsindən asılı olmayaraq, Paşinyan deklorasiyaya istinadı çıxaracaq, yeni konstitusiyada ərazi iddiası olmayacaq. Hazırda isə hakimiyyət oynayır, onun nümayəndələri ikibaşlı bəyanatlar verir, daxili auditoriyanı nəzərə alır”.

S.Əsədli hesab edir ki, Paşinyan “real Ermənistan” ideyasını xalqa qəbul etdirəcək, amma indi ölkə buna hazır deyil: “İqtidar üçün çətin mərhələdir. Paşinyan Rusiya problemini həll edə bilməyib. Bu böyük təhlükəni də seçki dövründə neytrallaşdırmalıdır. Onun Moskvaya son səfəri həm də özünü Rusiyaya yaxın göstərmək hiyləsidir. Paşinyan seçkini udmaq üçün Putinin də razılığını almaq istəyir. Yalnız bu proseslərdən sonra referenduma gediləcək. Deməli, 2027-ci ilədək danışıqlar uzana bilər”.

Partiya funksionerinin sözlərinə görə, Ermənistan yeni konstitusiya üzərində işləyir: “Yəni onlar da yeni bir mərhələyə daxil olur və ağrılı prosesdir. Gəlin unutmayaq ki, 200 il bu xalqın beyni zəhərlənib, indi Paşinyan yavaş-yavaş onları yeni reallıqla hesablaşmağa hazırlayır”.

VHP rəsmisi hesab edir ki, Azərbaycan tələsmir: “Qarabağı azad etmişik, içəridəki problem həll olub. İndi sərhəddəki məsələlər yoluna qoyulmalıdır. Bakı da İrəvandan götürdüyü öhdəliklərin icrasını gözləyir. Olmayacaqsa, sülh sənədi də olmayacaq. Qoy Ermənistan daha çox narahat olsun. Dünyada sülh müqaviləsi olmadan da yaşayan ölkələr var. Ermənistan özü başa düşməlidir ki, yekun sülh sənədi ən çox hansı tərəfə lazımdır... ”
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü