Yol polisinin işi cərimə yazmaqdan ibarətdir - Deputatdan sərt tənqid
Siyaset
Oxunub: 1 184
5 mar 2016 | 12:16
Yol polisinin işi cərimə yazmaqdan ibarətdir - Deputatdan sərt tənqid










“Yol hərəkəti qaydalarının pozulması hallarının texniki vasitələr tərəfindən qeydə alınması, bu barədə sürücünün iştirakı olmadan elektron protokolun tərtib edilməsi, habelə müvafiq inzibati məsuliyyətə cəlbetmə barədə mükəmməl qanunvericilik bazamız var. Bu hal elmi-texniki inkişafın nəticəsidir ki, onun nailiyyətlərindən qanunvericilikdə özünəməxsus şəkildə istifadə edir”

Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğulu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl «Yol hərəkəti haqqında» qanun və inzibati qanunvericilik yalnız maksimum sürət həddinin aşılmasının radarlar tərəfindən qeydə alınmasına əsaslanaraq sürücünün iştirakı olmadan elektron protokol tərtib edilməsinə icazə verirdi. Bundan sonra isə texniki vasitələrin imkanlarından qanunvericilkdə daha geniş istifadə edilməyə başlanıldı ki, bunun da nəticəsində yol hərəkətinin digər pozuntularının da texniki vasitələr tərfindən qeydə alınması və bu barədə sürücünün iştirakı olmadan elektron protokolun tərtib olunması qanunvericilikdə təsbit olundu: «Martın 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsi çoxlu sayda yol hərəkəti qaydalarının pozulması hallarına dair sürücünün iştirakı olmadan elektron protokol tərtib edilməsi və müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi hüququnu yol polisinə verir. Yeni inzibati məcəlləyə görə, bura təklükəsizlik kəmərindən istifadə etməməyə, nəqliyyat vasitəsinin icbari sığortasından yayınmağa və s. kimi qanun pozuntuları da daxildir. Bəzi vətəndaşlarımızın fikrincə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı xüsusi maddə əlavə etmək və yaxud xüsusi bir qanun qəbul etmək lazımdır. Əsas istinaq olunan məqam isə radardan öncə məlumatverici yol nişanın olmaması və “İ-Patrul” sisteminin işə düşməsidir. Amma nəzərə almaq lazımdır ki, bu hal şəhərdaxili yollara aid deyil. Digər hallar isə hazırda qüvvədə olan «Yol hərəkəti haqqında» qanun və İnzibati Xətalar Məcəlləsiilə tənzimlədiyi üçün yeni bir qanuna və qeyd etdiyim qanunlara dəyişiklik etməyə ehtiyac yoxdur. Belə ki, qanunda açıq şəkildə texniki vasitələr tərəfindən aşkarlanan və elektron protokol tərtib olunan qayda pozuntuları qeyd olunur».

Bütün bunlara baxmayaraq deputatın fikrincə, təbii ki, sürücülərin mövqeyini də subuta yetirmək hüquqları var. Yəni, sürücünün iştirakı olmadan tərtib olunmuş elektron protokolları məhkəmə qaydasında mübahisələndirmək, habelə yol polisi əməkdaşının qanunsuz hərəkətlərindən yuxarı orqana və ya məhkəməyə müraciət etmək barədə hüquqları qanunvericilikdə təsbit edilib: «Təbii ki, hər bir sürücü bu hüququndan istifadə edə bilər».

Rafael Cəbrayılov təəssüflə bildirib ki, «Yol hərəkəti haqqında» qanun və bununla bağlı inzibati qanunvericiliyin tələbləri ilə əlaqədar yol polisi tərəfindən hüquqi maarifləndirmə işi çox zəif aparılır: «Məsələn, texniki vasitələrin, radarların görünmə məhdud olan vaxtlarda və gecə saatlarında necə işlədiyini və qayda pozuntusunu necə qeydə alacağı, habelə yol hərəkətinin pozulması ilə bağlı martın 1-dən qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin müddəaları haqqında ictimaiyyətdə müfəssəl məlumat yoxdur. Nəzəzrə alsaq ki, İnzibati Xətalar Məcəlləsində «Yol hərəkəti haqqında» qanunlara mütamadi olaraq əlavə və dəyişikliklər olunur. Təbii ki, yeni qanunlar haqqında cəmiyyət sistematik olaraq maarifləndirilməlidir. Doğrudur, müxtəlif vaxtlarda bəzi KİV-də bu yeniliklər haqqında malumatlar verilir, amma bu işlə birbaşa əlaqəsi olan yol polisinin peşakar izahı və cəmiyyəti məmaarifləndirməsi daha məqsədəuyğundur. Amma təəassüflər olsun ki, deputatlar və ekspertlərdən başqa maarifləndirmə işində yol polisinin məsul şəxslərini görmək olmur. Sanki yol polisinin işi yalnız qayda pozmuş sürücünü aşkar edib, ona cərimə yazmaqdan ibarətdir. Mən yol polisinin rəhbərliyinə tövsiyyə edirəm ki, «Yol hərəkəti haqqında» qanuna edilmiş əlavə və dəyişikliklər barədə, habelə müvafiq inzibati məsuliyyət nəzərdə tutan yeni İnzibati Xətalar Məcəlləsinin normalarının cəmiyyətə açıqlanması və maarifləndirməsi işini cəmiyyətimizin tələbləri səviyyəsində qursunlar».

Rafael Cəbrayılov: « Sanki yol polisinin işi yalnız cərimə yazmaqdan ibarətdir»
Yol hərəkəti qaydalarının pozulması hallarının texniki vasitələr tərəfindən qeydə alınması, bu barədə sürücünün iştirakı olmadan elektron protokolun tərtib edilməsi, habelə müvafiq inzibati məsuliyyətə cəlbetmə barədə mükəmməl qanunvericilik bazamız var. Bu hal elmi-texniki inkişafın nəticəsidir ki, onun nailiyyətlərindən qanunvericilikdə özünəməxsus şəkildə istifadə edir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğulu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov Avtosfer.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl «Yol hərəkəti haqqında» qanun və inzibati qanunvericilik yalnız maksimum sürət həddinin aşılmasının radarlar tərəfindən qeydə alınmasına əsaslanaraq sürücünün iştirakı olmadan elektron protokol tərtib edilməsinə icazə verirdi. Bundan sonra isə texniki vasitələrin imkanlarından qanunvericilkdə daha geniş istifadə edilməyə başlanıldı ki, bunun da nəticəsində yol hərəkətinin digər pozuntularının da texniki vasitələr tərfindən qeydə alınması və bu barədə sürücünün iştirakı olmadan elektron protokolun tərtib olunması qanunvericilikdə təsbit olundu: «Martın 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsi çoxlu sayda yol hərəkəti qaydalarının pozulması hallarına dair sürücünün iştirakı olmadan elektron protokol tərtib edilməsi və müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi hüququnu yol polisinə verir. Yeni inzibati məcəlləyə görə, bura təklükəsizlik kəmərindən istifadə etməməyə, nəqliyyat vasitəsinin icbari sığortasından yayınmağa və s. kimi qanun pozuntuları da daxildir. Bəzi vətəndaşlarımızın fikrincə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı xüsusi maddə əlavə etmək və yaxud xüsusi bir qanun qəbul etmək lazımdır. Əsas istinaq olunan məqam isə radardan öncə məlumatverici yol nişanın olmaması və “İ-Patrul” sisteminin işə düşməsidir. Amma nəzərə almaq lazımdır ki, bu hal şəhərdaxili yollara aid deyil. Digər hallar isə hazırda qüvvədə olan «Yol hərəkəti haqqında» qanun və İnzibati Xətalar Məcəlləsiilə tənzimlədiyi üçün yeni bir qanuna və qeyd etdiyim qanunlara dəyişiklik etməyə ehtiyac yoxdur. Belə ki, qanunda açıq şəkildə texniki vasitələr tərəfindən aşkarlanan və elektron protokol tərtib olunan qayda pozuntuları qeyd olunur».

Bütün bunlara baxmayaraq deputatın fikrincə, təbii ki, sürücülərin mövqeyini də subuta yetirmək hüquqları var. Yəni, sürücünün iştirakı olmadan tərtib olunmuş elektron protokolları məhkəmə qaydasında mübahisələndirmək, habelə yol polisi əməkdaşının qanunsuz hərəkətlərindən yuxarı orqana və ya məhkəməyə müraciət etmək barədə hüquqları qanunvericilikdə təsbit edilib: «Təbii ki, hər bir sürücü bu hüququndan istifadə edə bilər».

Rafael Cəbrayılov təəssüflə bildirib ki, «Yol hərəkəti haqqında» qanun və bununla bağlı inzibati qanunvericiliyin tələbləri ilə əlaqədar yol polisi tərəfindən hüquqi maarifləndirmə işi çox zəif aparılır: «Məsələn, texniki vasitələrin, radarların görünmə məhdud olan vaxtlarda və gecə saatlarında necə işlədiyini və qayda pozuntusunu necə qeydə alacağı, habelə yol hərəkətinin pozulması ilə bağlı martın 1-dən qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin müddəaları haqqında ictimaiyyətdə müfəssəl məlumat yoxdur. Nəzəzrə alsaq ki, İnzibati Xətalar Məcəlləsində «Yol hərəkəti haqqında» qanunlara mütamadi olaraq əlavə və dəyişikliklər olunur. Təbii ki, yeni qanunlar haqqında cəmiyyət sistematik olaraq maarifləndirilməlidir. Doğrudur, müxtəlif vaxtlarda bəzi KİV-də bu yeniliklər haqqında malumatlar verilir, amma bu işlə birbaşa əlaqəsi olan yol polisinin peşakar izahı və cəmiyyəti məmaarifləndirməsi daha məqsədəuyğundur. Amma təəassüflər olsun ki, deputatlar və ekspertlərdən başqa maarifləndirmə işində yol polisinin məsul şəxslərini görmək olmur. Sanki yol polisinin işi yalnız qayda pozmuş sürücünü aşkar edib, ona cərimə yazmaqdan ibarətdir. Mən yol polisinin rəhbərliyinə tövsiyyə edirəm ki, «Yol hərəkəti haqqında» qanuna edilmiş əlavə və dəyişikliklər barədə, habelə müvafiq inzibati məsuliyyət nəzərdə tutan yeni İnzibati Xətalar Məcəlləsinin normalarının cəmiyyətə açıqlanması və maarifləndirməsi işini cəmiyyətimizin tələbləri səviyyəsində qursunlar».
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi