Prezident məmur qarşıdurması
Siyaset
Oxunub: 3 526
5 mar 2016 | 00:59
Prezident məmur qarşıdurması








Ölkə başçısı tərəfindən bir sıra rayonlarının icra hakimiyyəti başçılarının işdən azad edilməsi son aylarda aparılan struktur islahatlarının davamıdır

Millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Anspress-ə müsahibəsində bunu sistem xarakterli islahatlar prosesinin tərkib hissəsi kimi dəyərləndirib. Millət vəkilinin fikrincə, ölkə başçısı MTN, RİTN və başqa qurumlarda aparılmış islahatların məntiqi davamı kimi bəzi rayonların icra hakimiyyətlərinin başçılarını da dəyişir: "Vəzifələrə xalqa və dövlətə təmənnasız xidmət edən, dövrün çağırışlarına cavab verməyi bacaran adamlar gətirilməlidir”.

Yəni məsələ aydındır. Rayon icra hakimiyyəti başçıları öz davranışları ilə ictimaiyyətə nümunə olmalıdırlar. Həmçinin rayonlarda kiçik və orta biznesin inkişafına dəstək verməli, sahikarlıq subyektləri şərati yaratmalıdır.

Amma təəssüflə qeyd etmək lazımdır ki, işdən çıxarılan bəzi məmurlar bu keyfiyyətlərə cavab vermirdilər. Bəziləri hətta mətbuatın gündəmini Şimali Koreya lideri Kim Çen Ina xas olan xəbərlərlə zəbt etmişdilər.

Məsələn, Salyan rayon İcra Hakimiyyətinin bu gün işdən çıxarılmış keçmiş başçısı Tahir Kərimov iyirmiyə yaxın məktəblinin «zorən könüllü» yaratdığı gül xiyabanından keçməklə sosial medianın baş xəbərinə çevrilmişdi. İcra hakimiyyətinin bu addımı hətta stalinçi sovet reciminin inzibati amirliyindən çıxmış insanların belə təəccübünə səbəb olmuşdu və bir anlığa feodal dərəbəylik dövrünü xatırlatmışdı.

Prezident məmur qarşıdurması










Tahir Kərimov - Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı

Cəbrayıl rayon İcra Hakimiyyətinin dünən işdən çıxarılmış keçmiş başçısı Mahmud Quliyev isə yanvar ayında sosial şəbəkədə videosu ilə «məşhurlaşmışdı». Mahmud Quliyev şikayətə gəlmiş vətəndaşı ata söyüşü ilə təhqir etmişdi. Daha sonra özünə bəraət qazandırmağa çalışan sabiq İH başçısı həmin şikayətçinin qohumu olduğunu, buna görə də onu söymyə ərki çatdığını bildirmişdi. Amma anlaya bilməmişdi ki, həmin vəzifədə ol tayfasını və ya mənsub olduğu ailəni deyil, Azərbaycan dövlətini təmsil edir. Dövlətin təmsilçisi isə vətəndaşı söyə bilməz. Çünki o, vətəndaşın ödədiyi vergilərdən, o vətəndaşların hamısına məxsus olan yeraltı sərvətlərin hesabına formalaşan büdcədən maaş alır ki, pulu ona verən vətəndaşlara qulluq etsin.

Çox təəssüf ki, Mahmud Quliyev kimi bəzi İH başçıları bu gerçəyi anlamaqda çətinlik çəkirlər. Sakinlərdən ANS PRESS-ə gələn şikayətlər göstərir ki, bu cür düşünən bir sıra İH başçıları da vəzifələri ilə vidalaşmalıdırlar. Bəzi rayonlarda yerli icra nümayəndələrini hər gün saatlarla mənasız iclaslarda saxlayan, yerli bələdiyyələrə ayrılmış vəsaitləri təyinatdan kənar xərclədən, örüşləri özbaşına tutaraq əyləncə məkanlarına çevirən. Məmurlardan mütəmadi olaraq kütləvi şəkildə işdən çıxma ərizəsi alan və sonra kefi istədiyini işə qaytaran İH başçıları hələ də iş başındadır.

Prezident məmur qarşıdurması











Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyev

İnşallah, bu rayonların sakinləri də boğazlarına kal armud kimi keçmiş bu yaramazlardan xilas olacaqlar. Bunun üçün millət olaraq çox çalışmalıyıq, bəlkə də məmurları konfutsi təlimlərindən imtahanla işə götürən çinlilər kimi dövlət qulluğuna götürülənlər üçün əlahiddə sınaqlar tətbiq etməliyik. Əks halda çinlilərimiz gənc Azərbaycanın da Çin kimi əbədi dövlətə çevrilməsin mane olacaqlar. Bu bəladan xilas olmaq üçün elliklə səy göstərməliyik.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi