İlham Əliyevdən böyük dəstək
Siyaset
Oxunub: 1 131
2 mar 2016 | 23:23
İlham Əliyevdən böyük dəstək









Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

Fərmanə əsasən Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.

Fərmanla müəyyən edilib ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

Prezidentin İlham Əliyevin inqilabi addımı kimi qiymətləndirilən bu fərman qeyri-neft sektorunun inkişafına və ixracın stimullaşdırılmasına necə təsir edəcək?

İqtisadçı Samir Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, prezidentin imzaladığı fərman Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Ekspertin sözlərinə görə, yeni qərara əsaəsn ölkədə qeyri-neft sektorunun ixracı ilə bağlı mövcud olan müəyyən problemlər öz həllini tapacaq.

“Bildiyimiz kimi, ötən il Azərbaycan manatı iki dəfə dəyərini itirdi. Bundan sonra ixracda müsbət dəyişiklik olmadı. Başqa ölkələrdə milli valyutanın dəyərdən düşməsi ixracı gücləndirirsə, Azərbaycanda bunun heç bir müsbət təsiri olmadı. Bu baxımdan qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. Bu addımlar davam etdirilməlidir. Bunun da öz mexanizmləri var. Hansı mexanizm seçilməsindən asılı olmayaraq, sahibkarlara, iş adamlarına dövlət dəstəyi mütləq lazımdır. Ötən gün imzalanan fərmanı dövlət dəstəyinin bir forması kimi qiymətləndirmək olar.

Fərmana əsasən ixrac edilən məhsulun gömrük bəyannaməsində göstərilən dəyərinin 3 faizi dövlət büdcəsi tərəfindən qarşılanacaq. Bu, bir baza göstəricisidir. Burada ayrı-ayrı məhsullar üçün əmsallar tətbiq ediləcək. Elə məhsul var ki, onun ixracı daha əhəmiyyətlidir, bu zaman həmin məhsulun əmsalı daha yüksək olacaq. Bu əmsalları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”.

Ekspert qeyd edib ki, ixrac edilən məhsuldan asılı olaraq dövlət büdcəsindən edilən dəstəyin faizi dəyişəcək: “Elə bir məhsul olacaq ki, 10 faiz dəstək veriləcək. Nə qədər çox məhsul ixrac edilsə, dövlətdən bir o qədər çox dəstək almaq imkanı yaranacaq. Nə qədər çox məhsul ixrac edilərsə, ölkə üçün faydası daha çox olacaq. Burada həm sahibkar, həm də dövlət qazanır. Hansı sahəyə maraq olacaqsa, ora daha çox əmsal qoyulacaq. Ola bilər ki, hansısa sahədə ixracda zəifləmə var. Həmin sahənin ixracını artırmaq üçün daha çox əmsal tətbiq ediləcək. Bu güzəşt sahibkarları stimullaşdıracaq. Sahibkarların məhsul ixrac etməsi ölkəmizə əlavə valyutalar gətirəcək.

Ölkənin valyuta təminatını artırmaq, milli valyutanın sabitliyini təmin etmək üçün ixracı stimullaşdırmaq çox vacibdir. İndiki zamanda sahibkarlar üçün belə bir dəstək vacibdir. Düşünürəm ki, prezidentin bu qərarı müəyyən dəyişikliklərə gətirib çıxaracaq”.

S.Əliyev ixracın inkişaf etdirilməsi üçün ixraca dəstək bankının yaradılmasını təklif edib: “Eyni zamanda ixracyönümlü şirkətlərin kreditləşməsi sahəsində addımlar atılmalıdır. Bu fərman hazır qurulmuş məhsul üzərində dəstəkdir. İxracyönümlü sahibkarları ucuz kreditlə təmin etmək lazımdır ki, o məhsulu ixrac edə bilsin. Bunun üçün də ixraca dəstək bankı yaratmaq olar. Bu bank ixracla məşğul olan şirkətlərə çox aşağı faizlə kreditlər verir. Bir neçə ölkədə belə ixtisaslaşmış banklar var. Ölkəmizdə də bu barədə düşünmək lazımdır və ixrac bankının yaradılması lazımdır. Bütün yanaşmalar kompleks şəkildə olmalıdır. Ümid edirəm ki, bu sahədə də müvafiq addımlar atılacaq”.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi