Biabırçılıq
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev noyabrın 4-də Şəki məhkəmə kompleksinin yeni binasının açılışı zamanı Azərbaycanda korrupsiya, rüşvətxorluq və sahibkarları sıxışdıran məmurlara qarşı amansız mübarizə başladığını bəyan edib
Prezidentin həmin çıxışında MTN-in keçmiş rəhbərliyinin əməllərinə də qiymət verilib və Eldar Mahmudovun qruplaşmasının sahibkarlara qarşı törətdiyi əməllərə dair ortaya çıxan “dəhşətli faktlar” barədə danışılıb.
Dövlət başçısı deyib ki, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün ilk növbədə məhkəmə sistemində korrupsiyaya yol verilməməlidir: “Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir”.
Prezident çıxışında yenidən məmur özbaşınalığından da danışıb: “Vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik”.
İlham Əliyev sahibkarlarla bağlı üzə çıxan faktları dəhşətli adlandırıb: “Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nəsə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.
Prezident ad çəkməsə də bu deyilənlərin keçmiş milli təhlükəsizlik nazirinə və onun dəstəsinə aid olduğu aydındır.
Eldar Mahmudovun işdən çıxarılmasından sonra mətbuatda sahibkarların başına MTN-də açılan dəhşətli oyunlar, onlardan yüz minlərlə, milyonlarla dollar rüşvət alınması, quldurluq əməlləri barədə doğrudan da dəhşətli faktlar açıqlanmaqdadır. Eldar Mahmudovun vəzifədə olduğu dövrdə başlarına gələnlər barədə danışmağa belə qorxan sahibkarlar indi prezidentə müraciət edərək bu əməlləri törədənlərin cəzalandırılmasını xahiş edir.
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Dünən, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Dünən, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Dünən, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Dünən, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri