Zəfər Günü Azərbaycan tarixinə əbədi həkk olundu - Qalib və qürurlu xalqıq!
Medeniyyet
Oxunub: 64
8 noy 2024 | 19:36
Zəfər Günü Azərbaycan tarixinə əbədi həkk olundu - Qalib və qürurlu xalqıq!


Şanlı Qələbəmizin dördüncü ildönümünü böyük qürurla, sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edirik.

Dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, "döyükən erməni hərbiçisi" mifini fərari erməni hərbiçisi reallığı ilə dəyişdirdi, işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu bu şanlı Zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!

Bu Qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi böyüdü, qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.

Haqqın təntənəsi, ədalətin zəfəri olan bu tarixi Qələbə həm də bəşəriyyəti "əzabkeş erməni xalqı" maskası arxasında gizlənmiş erməni faşizmindən xilas etdi.

Bu Qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi.

Bu Qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü. Bu Qələbə nəticəsində beynəlxalq nüfuzumuz daha da yüksəldi, şöhrətimiz, hörmətimiz artdı. Bu Qələbə işğalçı Ermənistana və onun havadarlarına dərs verməklə yanaşı, dünya hərb sənətinə yeni töhfələr verdi. Şuşanın işğaldan azad edilməsi isə müharibələr tarixində nadir uğurlu əməliyyat kimi hərb dərsliklərinə yazıldı. Bu Qələbənin davamı və məntiqi nəticəsi olaraq 2022- ci ilin 12- 13 sentyabrında qəhrəman Milli Ordumuz düşmən nəzarətində olan bütün yüksəklikləri fəth edrək sərhədlərimizi bərpa etdi, 2023- cü il sentyabrın 19- da isə 23 saatlıq antiterror əməliyyatı nəticəsində milli suverenliyimizi təmin etdi. 44 günlük Vətən müharibəsi və postmüharibə dövrü bizə bir daha dostlarımızı da, bədxahlarımızı da tanıtdı.

Postmüharibə dövründə şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi təmin olunmuş, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə 4 ildə dövlət büdcəsindən 20 milyard manata yaxın vəsait ayrılmışdır. İşğaldan azad olunmuş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, tikilir, məcburi köçkün soydaşlarımız uzun illər həsrət qaldıqları ata-baba yurdlarına dönürlər. Bu ilin sonuna 25 min soydaşımız Qarabağa və Şərqi Zəngəzura qayıdıb məskunlaşacaqdır.

Bu Qələbə, bu əzəmət, bu qürur, qayıdış sevinci üçün qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq. Bədxahlarımızın, xüsusi ilə Fransanın terrorçu Ermənistana patoloji tərəfkeşliyinə rəğmən , biz məğlub Ermənistanı sülh müqaviləsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun planlaşdırdığı, lakin həyata keçirməyə imkan tapa bilmədiyi bütün işləri, xüsusən torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması problemini oğlu və siyasi varisi Prezident İlham Əliyev böyük uğurla həyata keçirmişdir və bu siyasət davam etməkdədir. Cənab İlham Əliyev tarixi Qələbə əldə etməklə həm də regionun reallığını və taleyini dəyişdi, yeni çağırışlara imza atdı.

Bu çağırış işıqlı sabahların, tərəqqinin, rifahın təntənəsi, güdrətli dövləti olan xoşbəxt və qürurlu xalqın səsidir!

Bu gün Azərbaycan bölgənin titul dövləti və söz sahibidir. Azərbaycanın Prezidenti təkcə bölgə ilə bağlı deyil, dünyanın siyasət müstəvisində müxtəlif platformalarda qarşıya real məqsədlər qoyur və həll edir. Bu gün Cənubi Qafqazda zaman Azərbaycan saatı ilə işləyir. Mən qəti əminəm ki, cənab Prezident İlham Əliyevin səyləri ilə bölgədə ədalətli və əbədi sülh bərqərar olacaq, əməkdaşlıq və tərəqqi başlayacaqdır. Bütün kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi də işə düşəcək və biz Zəngəzurdan keçərək tarixi mədəniyyət və dövlətçilik paytaxtımız olan gözəl İrəvan şəhərimizə və digər yurdlarımıza gedəcəyik.

Bayramımız mübarək olsun!

Zəfərimiz mübarək və davamlı olsun!

Mayıl Məmmədov,
Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi

Dünən, 09:14
Üçüncü Dünya Müharibəsi "qoca qitə"də baş verəcək: Avropa ölkələri tezliklə bir-birinə qarşı savaş açacaq
Dünən, 09:00
Ərdoğan yenidən prezident olacaq? - Rəsmi açıqlama
30-11-2024, 13:02
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
30-11-2024, 12:30
Gürcüstan QARIŞDI: Ordu və səfirlər də xalqa QOŞULDU...
30-11-2024, 12:19
Dekabrın ilk gününə olan hava proqnozu açıqlandı
30-11-2024, 12:13
Hakan Fidandan Suriya açıqlaması: Buna icazə verməyəcəyik
30-11-2024, 12:06
Rusiyadakı Azərbaycanlıların nəzərinə! - Bundan sonra xüsusi vəsiqələr...
30-11-2024, 11:12
ABŞ-də qara cümədə alış-veriş üstündə atışma olub - yaralılar var - FOTO
30-11-2024, 11:07
Zelenski DÜNYANI ŞOKA saldı: Torpaqları almadan müharibəni DAYANDIRIRIQ!
30-11-2024, 11:00
Rusiya Yaxın Şərqdə yeni savaşa başladı
30-11-2024, 10:37
DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var
30-11-2024, 10:30
Ermənistanda partlayış baş verdi
30-11-2024, 09:00
Qərbin Fransa agenti ilə Tiflisə hücum planı: Ermənistan kəşfiyyatı da fəal dəstək verir
29-11-2024, 16:00
Rusiya kəşfiyyatı: Qərb Ukraynanı işğal etməyi planlaşdırır! 100 minlik ordu müdaxiləyə hazırdır
29-11-2024, 15:30
Bu ölkələrə vizasız gedəcəyik
29-11-2024, 14:02
Onları 5 ilədək həbs gözləyir
29-11-2024, 13:02
Məktəbə Natiq Qasımovun adı verildi
29-11-2024, 12:52
86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR
29-11-2024, 12:49
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29-11-2024, 12:26
Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
29-11-2024, 12:03
Parlamentin iclası başladı
29-11-2024, 11:59
Zelenskidən XALQA kritik SON DƏQİQƏ çağırışı: HAZIRLAŞIN, Putin BAŞLAYIR!
29-11-2024, 11:35
Juninyo "Lion"la oyun haqda DANIŞDI
29-11-2024, 11:27
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib
29-11-2024, 11:16
Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb?
29-11-2024, 11:07
Ali Məhkəmədən mirasla bağlı yeni qərar
29-11-2024, 11:02
Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?