Şərəfli ömür yolu
Medeniyyet
Oxunub: 1 522
20 sen 2023 | 19:30
Şərəfli ömür yolu


Qədim və humanist peşə olan həkimlik sənəti insanların səhhətinin qorunmasına,onların sağlamlığının keşiyində durmasına xidmət edən çətin,məsuliyyətli və şərəfli bir peşədir. İnsanların ayrılmaz dostu olan bu peşə sahibləri daim bəşəriyyətin keşiyində vüqarla -iftixarla dayanmışlar.
Hipokrat və İbn-Sinanın fəaliyyətləri bu sahənin inkişafına ciddi təkan vermişdir. Onların etdiyi dərin tibbi təcrübələr və nail olduqları kəşflər tibb elminin inkişafında əvəzolunmaz töhfələr vermişdir. Müasir dövrdə Azərbaycan səhiyyəsi daha sürətlə inkişaf edərək bacarıqlı,savadlı,təcrübəli həkimləri ilə dünyanın aparıcı dövlətlərinin səhiyyəsi ,həkimləri,tibb mütəxəssisləri ilə bərabər tibbin bütün sahələrində yeni-yeni nailiyyətləri ilə öz uğurlarını göstərə bilirlər.

Bəli həkimlik sənəti olduqca çətin və məsuliyyətlidir.Bu peşəni seçən hər bir insan daim fövqaladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət,mərhəmət tələb edir.
Sevindirici haldır ki,bizim səhiyyə işçiləri,həkimlərimiz hər zaman belə bir stuasiyalarda hər zaman xəstələrin yanında olaraq zəruri tibbi yardımlarını göstərmişlər.
Azərbaycan həkimləri dinindən-irqindən,milliyətindən, siyasi əqidəsindən ,hansı mövqedə olmasından asılı olmayaraq hər zaman öz vicdanlarına,Hipokrat andına sadik olmuşlar. İstər sovetlər dönəmində,istər-1-ci və-2-ci Qarabağ müharibəsində, bəşəri təhlükə olan pandemiya dövründə,qardaş Türkiyə dövlətində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş insanlara yardım göstərərək öz həyatlarını təhlükə altına qoyub lazımı tibbi prosedurları həyata keçirmişlər. Qonşu dövlətlərimiz olan Rusiya,İran,Gürcüstan və hətta hal hazırda münaqişədə olduğumuz Ermənistan variantında da bunu göstərmək olar. Yaşlı və orta nəsl Ermənistanda-1980- cı illərin sonlarında baş vermiş zəlzələni yaxşı xatırlayır.

Xalqın tarixən ən ülvi,ən müqəddəs insan saydığı şəxsdir həkim.Sənətini yaxşı bilən,xalqın sağlamlığının keşiyində ləyaqətlə dayanan həkimlərə vaxtı ilə"el anası" da deyirmişlər. Həqiqətən həyatımızın xilaskarı olan həkimlər Həkim-tibb sahəsində yüksək səviyyədə elmi biliklərə və bacarığa malik olan ən ləyaqətli insanlardır. Xalqın müqəddəs saydığı,inanıb etibar etdiyi həkim adını-andını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Belə ləyaqətli həkimlərimizdən biridə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Həkim Radioloq Eksperti Rəhiməxanım Nadir qızı Nəsrull
ayevadır.Qayğıkeş insan,gözəl həkim, savadlı -təcrübəli bir tibb işçisi kimi hər zaman öz sevimli peşəsinin öhdəsindən layiqincə gəlir. Rəhimə xanım neçə-neçə insanlara şəfa verərək onların xilaskarına çevrilmişdir. Onun yanına pənah gətirmiş hər bir xəstəyə daim diqqət və qayğı göstərərək öz biliyini-bacarığını əsirgəməmişdir.
Rəhimə xanım o ülvi peşəyə əsl sahib olan ən ləyaqətli həkim kimi onun yanına ümidlə gələn ,onun yolunu ümidlə gözləyən xəstələrinə qayğı göstərərək onları sevinclə qarşılayıb və sevindirə-sevindirə yola salıb.Özünün,ailəsinin sağlamlığından çox onlara-xəstələrə can yandırıb.
Rəhimə xanım həmdə bir vətənpərvər vətəndaş kimi,qürurlu bir həkim kimi-2-ci Qarabağ müharibəsində-44-günlük müharibə dövründə qəhrəman əsgərlərimizlə,mərd-igid zabitlərimizlə odun-alovun içində çiyin-çiyinə dayanıb. Yaralı igidlərimizə ən zəruri tibbi yardımlarını göstərib. Öz həyatını təhlükə altına qoyaraq neçə-neçə şərəfli ordumuzun ərənlərinə həyat verib. Bu böyük şücaətdir. Sizin kimi həkimlərimizlə qürur duyuruq çox hörmətli Rəhimə xanım.
Rəhimə xanım həm də əsl ziyalı kimi,bu ölkənin ən layiqli vətəndaşı kimi hər zaman Dövlətə-Dövlətçiliyə,Xalqa-Millətə,Tibb Elminə fəxarətlə xidmət edib və etməkdədir. Ümummilli liderimiz Ulu Öndərin ideyalarına,onun siyasi kursuna sədaqətlə xidmət edərək öz əməli işində bunu subuta yetirib. Şükürlər olsun ki,bu tendesiya bu gündə uğurla davam edir. Bizdə bu yolda Rəhimə xanıma sağlam can sağlığı,ailə səadəti,xoşbəxt günlər və işlərinizdə uğurlar,nailiyyətlər arzu edirik.
Hörmətlə:Hüseynova Vüsalə.


Şərəfli ömür yolu
Dünən, 11:24
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Dünən, 11:17
Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Dünən, 11:09
Moskvanı vuracaq Ukrayna raketinin yeni görüntüləri: “Flamingo” 3000 km məsafə qət edir
Dünən, 10:55
Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq
Dünən, 10:39
Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
Dünən, 10:31
“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
Dünən, 09:52
Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf
Dünən, 09:46
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb - Qrup cədvəli
5-12-2025, 16:00
Avropa Ukraynanın ABŞ-dan aydın təhlükəsizlik zəmanəti almadan sülhə razılaşmağını istəmir
5-12-2025, 14:10
Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
5-12-2025, 14:05
Horovluya daha 16 ailə köçürüldü
5-12-2025, 13:37
İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
5-12-2025, 12:39
Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
5-12-2025, 12:27
Yanğında ölən ana və uşaqların FOTOSU
5-12-2025, 11:30
Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
5-12-2025, 10:58
Hakan Fidan: Avropada yeni sistem yaranacaq
5-12-2025, 10:51
Tulin və tələbəsi saxlanıldı
5-12-2025, 10:19
Brüsseldən İrəvana şərt: “Rusiyaya qarşı cəbhəyə keç...”
5-12-2025, 10:04
Tramp Qəzzada sülh planının ikinci mərhələsini elan edəcək
5-12-2025, 09:55
Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq
5-12-2025, 09:39
İlham Əliyev onlara müraciət etdi
5-12-2025, 09:32
Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
5-12-2025, 09:00
Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar
4-12-2025, 16:00
Lavrovun uzunmüddətli yoxluğu xəstəliklə bağlıdır — Kreml gizlədir
4-12-2025, 15:30
Paşinyan “təmizləmə əməliyyatı” aparır-baş nazirin repressiya aparatına Qərb göz yumur...
4-12-2025, 14:22
Avropa İttifaqında korrupsiya skandalları: “şəffaflıq” mifinin iflası
4-12-2025, 14:21
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL