Heydər Əliyev hüquqi dövlət quruculuğunun banisidir
Medeniyyet
Oxunub: 537
17 may 2023 | 22:18
Heydər Əliyev hüquqi dövlət quruculuğunun banisidir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında bütün cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıyan Sərəncam imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ulu öndərin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri yad edilərək bütün dünya azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda da geniş qeyd olunur. Tarixin ən qüdrətli dövlət və siyasət adamları, dahi şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli lider Heydər Əliyevin zəngin irsi dövlətimizin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Müasir Azərbaycan dövlətçiliyinin tarixinə adını əbədi həkk etmiş bu fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.

Heydər Əliyev hüquqi dövlət quruculuğunun banisidir


XX əsrin sonlarında ictimai-siyasi sahədə gedən proseslər nəticəsində SSRİ-nin dağılması ilə yaranmış əlverişli şərait xalqımıza yenidən müstəqilliyə qovuşmaq, öz milli dövlətini qurmaq imkanını verdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi ilə Azərbaycan öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınlığın hökm sürməsinə səbəb oldu. Getdikcə anarxiya, başıpozuqluğa yuvarlanan Azərbaycan1993-cü il iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. İyunun 4-də Gəncədə başlayan qiyam ölkəni fəlakətə sürükləyirdi. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi və qətiyyətsizliyi üzündən qiyamçılar paytaxt Bakıya hərəkət edirdilər. Belə bir vəziyyətdə iqtidar çarəsiz qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq isə üzünü Heydər Əliyevə tutaraq onu köməyə çağırırdı. Ümummilli lider Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 9-da onun dalınca göndərilmiş xüsusi təyyarə ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev Milli Məclisin 1993-cü il iyunun 15-dəki iclasında proqram xarakterli çıxışında deyirdi: "Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün ictimai və siyasi təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən qurtarmalıyıq".

Beləliklə, Azərbaycan Respublikasında dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə respublika əhalisinin böyük əksəriyyətinin səs verməsi ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Andiçmə mərasimindəki nitqində dahi rəhbərimiz deyirdi: "Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır". Milli qurtuluş yolunun bu əsas istiqaməti Heydər Əliyev qüdrətilə günbəgün, ilbəil möhkəmləndirildi, əbədi və dönməz xarakter aldı.

Təsadüfi deyil ki, ömürdən ötüb keçən hər bir gün tarixə çevrilir. Azərbaycan xalqı müstəqilliyinin bərpa etdiyi bir vaxtdan keçilən yola bir daha nəzər salmaq, tarixin dərslərindən nəticə çıxarmaq lazım gəlir. Keçmişi yada salmaq, tarixi keçmişimizdən ibrət dərsi götürmək bizə, hər şeydən əvvəl, gələcəyimizi düzgün müəyyənləşdirməyə imkan verir. Həqiqətən də, tarixin sınaqlardan çıxmış çoxəsrlik təcrübəsi birmənalı olaraq təsdiqləyir ki, müstəqilliyin qorunub saxlanması onun əldə olunmasından qat-qat çətindir. İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirən şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin taleyi baxımından müstəsna əhəmiyyət kəsb edən 1993-cü il 15 iyun hadisələrinin - Milli Qurtuluş Gününün mahiyyətinə vararkən qəti əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin köməyi ilə reallaşdırmaq olar, əks təqdirdə, fürsət itiriləcək, məhrumiyyətlər və qurbanlar hədər gedəcəkdir. Bu mənada, Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa, Cəvahirləl Nehrunun Hindistan üçün etdiklərini Heydər Əliyev ən çətin məqamlarda Azərbaycan xalqı üçün edib.

Ulu öndərin hakimiyyətə qayıdışından sonra qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rışələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür" prinsipindən çıxış etmiş, hakimiyyətin daim hər bir vətəndaşın maraq və mənafeyini uca tutmasına çalışmışdı.

Ulu öndər Heydər Əliyev 1994-cü ilin oktyabr qiyamı və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasətinə qarşı siyasətin gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz "haqlı adam güclüdür" deyimi bir daha təsdiqləndi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün "ədalət" və "dövlət" məfhumları arasında möhkəm bağlılıq var. "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə",- deyən Heydər Əliyev dövlətçi olmağın ilkin şərtini məhz ədalətli olmaqda görürdü.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamağı zəruri etmişdi. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi bazası yaradılmağa başlandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətlər göstərdi. Hakimiyyətə qayıtdıqdan dərhal sonra insan hüquq və azadlıqları sahəsində ən vacib sayılan insanın yaşamaq hüququnun təmin edilməsi ilə bağlı önəmli addım atdı, Azərbaycanda ölüm hökmünün icrasına moratorium qoydu. 1998-ci il fevralın 10-da isə Ulu Öndərin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv edildi. Bununla bağlı Ümummilli Lider deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bu qərar bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayır.

Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Ulu Öndər hesab edirdi ki, demokratik dəyərləri üstün tutan, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Dahi Öndərin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış Konstitusiya tarixi əhəmiyyətə malik sənəd kimi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət quruculuğunun möhkəm təməlini qoydu.

Ümummilli Liderin 1998-ci il 22 fevral tarixdə imzaladığı "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" Dövlət Proqramı ölkədə həyata keçirilən hüquqi islahatlar sırasında xüsusilə vacib əhəmiyyət daşıyırdı. Eyni zamanda, bu sahədə mühüm institusional islahatlar aparıldı, "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanun qəbul edilərək ölkədə Ombudsman institutu yaradıldı.

Dahi Öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda müstəsna xidmətlərindən biri hüquqi dövlətə xas olan müstəqil məhkəmə hakimiyyətinin yaradılmasıdır. Bununla bağlı Ümummilli Liderin rəhbərliyi ilə ölkədə köklü islahatlar aparılaraq ilk növbədə məhkəmə fəaliyyətini tənzimləyən yeni qanunlar və məcəllələr hazırlanıb qəbul edildi.

İslahatlar nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış məhkəmə sistemi ləğv olunaraq insan hüquqlarının etibarlı təminatına xidmət edən üçpilləli yeni məhkəmə hakimiyyəti bərqərar edildi. Məhkəmə islahatlarının həyata keçirilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Ulu Öndər deyirdi: “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəkliklərə qaldırırıq. Bunun da ən prinsipial hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”.

Həmçinin ölkədə hakim korpusunun formalaşmasında tamamilə yeni üsul və metodlardan istifadə edilmiş və hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təminat verdi. Həmin dövrdə şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu 60 faiz yeniləndi.

Beləliklə, Ümummilli Liderin dühası ilə bərqərar edilmiş yeni məhkəmə sistemi 2000-ci ildən fəaliyyətə başladı. Təməli Dahi Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilərək özünün müasir inkişaf dövrünü yaşayır və ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq təkmilləşir.

Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində inamla irəliləyir və yeni-yeni uğurlara imza atır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan möhtəşəm nailiyyətlər və tarixi qələbələr Heydər Əliyev ideyalarının təntənəsidir. Xalqımızın milli sərvəti olan Heydər Əliyev irsi Azərbaycanın bu günü və gələcəyi üçün yeni imkanlar açır və qəti əminik ki, əbədiyaşar liderin miras qoyduğu zəngin və çoxşaxəli dövlətçilik irsi heç zaman tükənməyəcək və daim öyrənilərək ondan bəhrələniləcək.

Əhməd Rəcəb Nazim oğlu

Füzuli hərbi prokurorunun müavini
ədliyyə mayoru
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı