Məşhur aparıcıların efirdəki səhvləri – FAKTLAR
Medeniyyet
Oxunub: 1 606
11 dek 2015 | 10:33
Məşhur aparıcıların efirdəki səhvləri – FAKTLAR









MTRŞ konfrans keçirdi

Bu gün Milli Teleradio Şurasında ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.

Hesabatda ədəbi dil qaydalarını pozan aparıcıların siyahısı təqdim olunub.

Monitorinq zamanı qeydə alınmış bəzi norma pozuntularını təqdim edirik:

ATV

Xəbər proqramları

Orfoepik normanın pozulması

“Hava” – Kəmalə Piriyeva (nitqi sürətli olduğu üçün bəzi sözlərin əvvəli və ya sonun aydın tələffüz etmir) – 09.09.2015 – 14:31:45 – Bakı və Abşeron yamasının havasına (yarımadasının havasına) gəlincə, Sumqayıtda havanın temperaturu gündüz +35, gecə isə +24 dərəcə olacaq.

“ATV Səhər” – Turan İbrahimov – 28.09.2015 – 08:50:15 – Muasir (müasir) dövrdə, muasir (müasir) dünyada bang (bank) sistemləri elə bir şəbəkələr qurublar, elə bir sistemlər qurublar ki, banklara, ən azından, banklara borcu olmayan insanlar çox azdır.

Vurğu ilə bağlı səhvlər

“Nanəli” – Nanə Ağamalıyeva – 04.10.2015 – 22:02:00 – Və ekran qarşısında bizi izləyən tamaşaçılar, təbii ki, veriliş başlamazdan öncə mən, sadəcə olaraq, verilişin qı′saca (qısaca′) məzmunu haqqında tanış etmək istəyirəm sizi.

Qeyri-xəbər proqramları

Orfoepik normanın pozulması

“Həkimsən” – İlhamə Bədəlova – 09.09.2015 – 14:43:15 – Bir var bir yerdə oturasan, internet vasitəsilə məlumatlanasan, bi (bir ) də var iki ölkə arasında və eyni zamanda, praktika da böyük rol oynayır, üstəgəl böyük bir təcrübə var burada.

“Xeyrə qarşı” – İlqar Mikayıloğlu – 21.09.2015 – 22:30:34 – Səər-səər (səhər-səhər) işə necə gəldün(gəldin)?

“Xeyrə qarşı” – İlqar Mikayıloğlu – 21.09.2015 – 22:32:49 – İgirmi (iyirmi), maksimum on, otuz maat(manat).

“Öz aramızda” – Zaur Baxşəliyev – 28.09.2015 – 16:35:06 – Bu studiyaya müraciət eləyənlərin böyük(böyüx´) əksəriyyəti etinasızlıqdan, diqqətsizlikdən, Qasım müəllim, siz təsəvvür eləyin, siz özünüz nə qədər seyr eləmisiniz ki, studiyamıza gələn insanlar olur ki, hansı ki, eşitmə qüsurlu nə qədər insanlar var.

“Öz aramızda” – Zaur Baxşəliyev – 28.09.2015 – 18:45:17 – Biz davam eliyirik (eliyirix´).

Qadına görə” – Vüsalə Əlizadə – 16.10.2015 – 12:11:43 – Səhər tezdən evdən çıxır, ta sübdənnən(sübhdən), axşama kimi iş başındadır.

“Ondan sonra” – Yusif Ağayev – 28.10.2015 – 10:21:17 – Yox, mənim bu Yusif balam, Yusif nəvəm, o,dimey (deməy) olar ki, mən, hətta mənə elə gəlir ki, o əgər mənim uşaqlığımı görmey (görməy) istəyən getsin Yusifə baxsın.

XƏZƏR TV

Xəbər proqramları

Varvarizm

“Xəzər Xəbər” – Nəcəf Həsənov – 02.09.2015 – 21:29:14 – Almaniya kansleri Angela Merkellə bağlısensasion (sensasiyalı) iddialar hələ 2 il əvvəl yayılmağa başlasa da, bir sıra gərb mətbu orqanlarıiddiaları yenidən aktuallaşdırıb.

Qeyri-xəbər proqramları

Orfoepik normanın pozulması

“Hər şey daxil” – Sevil və Sevinc – 29.09.2015 – 10:31:55 – Yəni ki bəylərimiz almasa da, xanımlarımız özü gedib sevə-sevə alacey (alacaxlar).

“Yeri gəlmişkən” – Sevil və Sevinc – 29.09.2015 – 10:31:55 – Yəni ki bəylərimiz almasa da, xanımlarımız özü gedib sevə-sevə alacey (alacaxlar).

Varvarizm

“Ay Zaur” – Zaur Kamal – 12.09.2015 – 22:56:33 – Şərqiyyə xanım, o vaxt qazanmırdımı kamançanınşotuna (hesabına) nəsə?

SPACE TV


Xəbər proqramları

Orfoepik normanın pozulması

“Hər gün” – Elvin Basqallı – 07.09.2015 – 13:03:03 – Türkiyədən xəbərlər gəlməydə (gəlməx´də) davam edir və “Hər gün”, informasiya proqramı olaraq, Türkiyədə baş verən bütün hadisələri izləyir və bütün buraxılışlarımız boyu qardaş ölkədə davam edən prosesləri sizin nəzərinizə çatdıracayıx(çatdıracıyıx).

Qeyri-xəbər proqramları

Orfoepik normanın pozulması

“Görüş yeri” – Elçin Əlibəyli – 20.10.2015 – 11:06:48 – Nadir, əslində, biz niyə sizi dəvət elədik? Çünki həqiqətən, mən deyirəm, ba bu sözü burada, hamının qarşısında deyirəm ki, Nadir, həqiqətən, artıq bir 10 ildir ki, mən rəsmən bu rəqəmi deyə bilərəm, 10 ildir ki, çox fərqli bir performansları ilə seçilir.

Morfoloji normanın pozulması

“Görüş yeri” – Tural Ozan – 07.09.2015 – 11:20:26 – Çünki toy etmək istəyirsinizsə, təbii ki, sizin dəvaxtınız (vaxtınızda) məhdudiyyət var.

LİDER TV


Xəbər proqramları

Orfoepik normanın pozulması

“Səda” – Elvin Güloğlanoğlu – 13.10.2015 – 19:32:27 – ... aşmaması üçün dayağlar (dayaxlar) qurulur.

Qeyri-xəbər proqramları

Orfoepik normanın pozulması

“Həyat tərzi” – Lamiyyə Ələkbərqızı – 01.09.2015 – 15:57:41 – Avqust ayının yirmisində(iyirmisində)...

“Solo” – Murad Arif – 12.10.2015 – 18:00:27 – ... bugünkü qonağlarımı (qonaxlarımı) çox sevirsiniz.

Solo” – Murad Arif – 12.10.2015- 18:05:46 – Sizin uzağdan (uzaxdan) qonağınız var.

ANS TV

Xəbər proqramları

Orfoepik normanın pozulması

“Xəbərçi” – Xanım Yadigarlı – 18.10.2015 – 15:10:03 – ...açığlama (açıxlama) verərək bəyan ediblər ki, ...

Qeyri-xəbər proqramları

Orfoepik normanın pozulması

“Günə baxan” – Elgiz Əkbər – 15.10.2015 – 10:03:41 – … məlumt verəceyik (verəciyix′).

Vurğu ilə bağlı səhvlər

“Sən tək deyilsən” – Xoşqədəm Hidayətqızı – 09.09.2015 – 16:33:02 – Mən sa'dəcə (sadəcə') onu demək istəyirəm ki, ...
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı