Flora Kərimova erməni dostları haqda: «Onları satmaram…»

“Mən sadiq insanam. Dostlarımı heç vaxt unutmuram. Boka erməni olsa da, Azərbaycanda yediyi çörəyi tapdalamadı, yaşadığı ölkəni pisləmədi. Böyüdüyü mühiti, dostları çirkaba batırmadı. Bu baxımdan ona çox böyük hörmətim var”
Bu sözləri Azərbaycanın xalq artisti Flora Kərimova Bakı ermənisi Boka (əsl adı Boris Arkadyeviç Davidyandandır-red.) haqda fikirlərini azvision.az-a bölüşərkən deyib.
Bokanın sənətinə hörmət etdiyini deyən F.Kərimova azərbaycanlılara və ermənilərə öz tövsiyələrini verib:“Özümüzünkülərə də, ermənilərə də bir tövsiyəm var, heç vaxt iki şeyi qarışdırmayın. Yırtıcıların hərəkəti ilə insanın hərəkətini ayırın, hamısına bir gözlə baxmayın. Biz yırtıcını insandan ayırmalıyıq. Nə olursa olsun, Azərbaycan dediyimiz məkanın üstündən xətt çəkmək olmaz və əgər Boka bunu etmirsə, qorxmursa, ona «çox sağ ol» deyirəm”.
Xanım müğənni Boka Bakıya gələrsə, onu evində qonaq etməyə hazır olduğunu deyib: “Onun anası, yaxınları Bakıda dəfn olunublar. Bilirəm ki, onun da ürəyindən onların qəbirlərini ziyarət etmək keçir. Boka Bakıya gələrsə, onunla görüşərəm, evimə qonaq edərəm. Onunla ana və atasının qəbrini də ziyarət edərəm. Çünki peşəsindən, sənətindən əvvəl, mən Bokanı bir insan kimi bəyənirəm”.
Xalq artisti daha sonra Bakı ermənilərindən söz açaraq onlar arasında dostlarının olduğunu bildirib: “O illəri yada salmaq mənə ağırdır. Heç vaxt çörək kəsdiyim dostlarıma xəyanət etməmişəm. Onlar arasında rəfiqələrim, mənim mahnımı sevən insanlar olub. Moskvaya köçəndə, mənə zəng edib hönkür-hönkür ağlayırdılar ki, şəkərbura, paxlava bişirmişik, şam yandırıb oturmuşuq… Mən dərd xətrinə dostlarımdan imtina edən deyiləm. Onları satmaram. Məni kim necə başa düşür, düşsün. İnsan əvvəlcə insan olmalıdır. Düşmənimə düşmənəm. Ancaq dostuma dostam, bunları ayıra bilirəm”.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı