Bu gün iki şəhid jurnalist - Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür

Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun - Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.
Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb.
Novator fikirlərə malik Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi də tanınır.
Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.
1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işləyib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.
Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyinə görə o, “215 kl” studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı olub.
Çingizin reportajları birbaşa cəbhədən olduğuna görə, “215 kl” studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb.
Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.
Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bildi.
Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı haqqında ilk film idi.
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.
O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Onun Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi.
O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə ötən ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub. O torpaqlarımızda törədilən erməni vandalizmini dünya ictimaiyyətinə çatdırarkən şəhid olub. Səkkiz ay idi ki, orada peşə fəaliyyət ilə məşğul idi.
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” medalı ilə də təltif edilib.

Dünən, 12:01
Yeni baş nazir Trampla danışıqlar üçün ŞƏRT QOYDU
Dünən, 11:53
Ər-Riyaddakı Rusiya-ABŞ görüşü gizli keçiriləcək – Jurnalistlər uzaqlaşdırıldı
Dünən, 11:12
"3-cü Dünya müharibəsinin qarşısını aldıq"
Dünən, 11:07
DİN-ə müraciət etmək asanlaşır - Video
Dünən, 10:35
CHP prezidentliyə namizədinin adını açıqladı
Dünən, 10:29
İlin ən güclü maqnit qasırğası başladı
Dünən, 10:22
Sərhədə PUA ilə narkotik atıldı - Video
Dünən, 10:09
Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub
Dünən, 10:03
Məşhur şirkətin avtomobillərini artıq insanabənzər robotlar yığır
Dünən, 09:58
“Dərin dövlət”i etirazları təşkil etməkdə ittiham etdi
Dünən, 09:00
Ərdoğan-Tramp gizli anlaşmasının önəmli detalları: Türkiyə və ABŞ yeni dünya düzənini qurur
22-03-2025, 11:09
Prezident tapşırdı - Qırğızıstana 10 “KamAZ” göndərildi
22-03-2025, 10:55
DİN vətəndaşlara müraciət etdi: Tanışınız, dostunuzun adından mesaj gələ bilər
22-03-2025, 10:50
Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı
22-03-2025, 10:42
İmamoğlunun təqsirləndirildiyi maliyyə cinayətləri ilə bağlı istintaq tərəfindən hazırlanan hesabatın təfərrüatları məlum olub
22-03-2025, 10:35
Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
22-03-2025, 10:30
Azərbaycan millisi 2025-ci ildəki ilk oyununda Haiti ilə qarşılaşacaq
22-03-2025, 10:25
ƏHALİNİN NƏZƏRİNƏ: Bakıda gələn aydan böyük SÖKÜNTÜ BAŞLAYIR
22-03-2025, 10:21
Bu yerlərə qar yağır - FAKTİKİ HAVA
22-03-2025, 10:16
Paşinyandan Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupu ilə bağlı AÇIQLAMALAR
22-03-2025, 10:11
Qar uçqununa düşmüş hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib
21-03-2025, 18:17
Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək
21-03-2025, 17:50
İtkin hərbçilərimizin nəşləri tapıldı
21-03-2025, 11:52
Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutuldu
21-03-2025, 10:37
Bu gün Beynəlxalq Novruz günüdür
21-03-2025, 10:32
Fazil Mustafaya sui-qəsdə görə həbs edilən Səricanovun oğlu da TUTULDU - DTX-dan əməliyyat
21-03-2025, 10:25
Gürcüstan millisi Ermənistanı DARMADAĞIN ETDİ