Qazi ata, şəhid oğul haqda Kəşfiyyatçılar filmi çəkiləcək
ATESH.Az saytının verdiyi məlumata əsasən;
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək “Kəşfiyyatçılar” filminin çəkilməsi adlı layihənin icrasını “Vətənpərvərləri” Maarifləndirilməsi İctimai Birliyi həyata keçirəcək. Layihədə əsasən ata və oğulların döyüş yolu işıqlandırılacaq. 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşləri zamanı və bundan sonra Azərbaycanın bütün rayon, şəhər və kəndlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrinin qarşısında izdiham var idi. Qəlbləri vətən sevgisi ilə döyünən igidlər erməni işğalçılarına layiqli və birdəfəlik cavab vermək üçün könüllü olaraq ordu sıralarına yazılırdı. Bunların sırasında filmin qəhramanı 20 yaşlı Mirağa Əliyev də var idi. Mirağa artıq bilirdi ki, müharibə nə deməkdir. Kinolardan, kitablardan yox, atası Musanın söhbətlərindən.
Atası Musa Əliyev Birinci Qarabağ müharibəsində könüllü olaraq kəşfiyyat tağımında döyüşmüşdü, bir çox əməliyyatlarda iştirak etmişdi və nəticədə qazi adını qazanmışdı. 21 sentyabr 2020-ci ildə bir neçə günlük hərbi təlim toplantısına çağırılan Mirağa Əliyev də 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində ilk gündən baş kəşfiyyatçı olaraq ön cəbhədə kəşfiyyatçı tağımında vuruşurdu. Füzulinin və Cəbrayılın alınmasında böyük şücaətləri olub. Füzulinin və Cəbrayılın keçilməz yollarını, erməninin keçilməz postlarını qəhrəmanlıqla keçiblər. Düşmənin arxa cəbhəsinə dəfələrlə keçərək mühüm məlumatlar əldə etmişdir. Döyüş yoldaşlarını mühasirədən xilas etmişdir. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə hər iki ayağından qəlpə yarası alsa da, döyüşə davam etmişdir. Çoxlu canlı erməni qüvvələrini məhv etmişdir. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 29 sentyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən snayperlə açılan atəş nəticəsində ürəyindən vurularaq şəhid olmuşdur.
30 sentyabr 2020-ci ildə doğulduğu Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Mirağa Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Mirağa Əliyev evin tək oğlu idi.
Layihənin icra müddəti 3 aydır. Mirağanımn və Musanın döulub böyüdükləri Ağcabədi rayonun Xocavənd kəndində “Kəşfiyyatçılar” filmin təqdimat tədbiri keçiriləcək, filmə aid diskləe iştirakçılara paylanılacaqdır. Artıq layihə rəhbəri ilə Dövlət Dəstəyi Agentliyi arasında müqavilə imzalanıb layihəyə start verilib. Əmək müqavilələri bağlanmışdır. Filmin icrası üçün hazırlıq işlərinə başlanılmışdır.
Layihənin uğurla həyata keçiriləcəyinə əminik.
“Vətənpərvərləri” Maarifləndirmə İctimai Birliyinin sədri,
layihə rəhbəri Q. Növruzov.
ATESH,AZ
Bu gün, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Bu gün, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Bu gün, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Bu gün, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Bu gün, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Bu gün, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Bu gün, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi