Mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü
Medeniyyet
Oxunub: 961
3 sen 2021 | 10:36
Mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü




Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı onun milli ədəbiyyata, tarixə, mədəniyyətə böyük marağının təzahürü idi. Məhz bu səfər çərçivəsində Ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilirdi.

Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib. Bildiyimiz kimi, Prezident İlham Əliyev 2021-ci il 30 avqust tarixində Şuşa şəhərinə səfər edib. Səfər zamanı edilən açılışlar və təməli qoyulan layihələrə ümumi planda baxanda görürük ki, Şuşa təkcə sözdə deyil, reallıqda da zəngin Azərbaycan mədəniyyətinin beşiyi, eləcə də mərkəzidir. Budəfəki səfərin ən yaddaqalan hadisələrindən biri, heç şübhəsiz, 39 ildən sonra Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpa edilməsidir.

Şuşa işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin ilk göstərişlərindən biri məhz Vaqifin abidəsinin və məqbərəsinin bərpası ilə bağlı oldu. Qısa zamanda abidə və muzey-məqbərə kompleksi bərpa edildi. Dövlətimizin başçısı Vaqif Poeziya Günlərinin açılışı zamanı çıxışında bu məsələlərdən bəhs edərək deyib: “Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik”.

Sevindirici hal odur ki, Şuşada olarkən dövlət başçısına şəhərin baş planı təqdim edildi. Bu isə o deməkdir ki, bərpa və yenidənqurma işləri əvvəlkindən də sürətli davam etdiriləcək. Tezliklə torpaq həsrətini uzun illər köksündə gəzdirən şuşalılar öz doğma, tarixi yurd yerlərinə qayıdacaq, keçmiş və müasir mədəniyyətlərin vəhdəti olan Şuşaya qovuşacaqlar. Planları hazır olan və artıq dövlət başçısı tərəfindən təməli qoyulan yaşayış massivində yerləşən məhəllələr də tarixi orijinallığını itirmədən, müasir standartlara uyğun layihələndirilib.

Azərbaycan Prezidentinin Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında vurğuladığı məqamlar Şuşa şəhərinin hər bir azərbaycanlı üçün nə qədər dərin mənəvi əhəmiyyətə malik olduğunu göstərir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, gələn il 270 illiyi qeyd ediləcək Şuşa şəhəri daha gözəl bərpa olunaraq dirçəlir, əvvəlki şöhrətini özünə qaytarır.

Müharibədən sonra dövlətimizin başçısının birbaşa nəzarəti ilə Qarabağda aparılan tikinti-quruculuq işləri göz önündədir. Bütün bu işlər Prezidentimizin möhkəm qətiyyəti, əzmi, dövlətimizin gücü, qüdrəti sayəsində görülür.

Sübhan Xəlilov,

Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi
Bu gün, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Bu gün, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Bu gün, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Bu gün, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Bu gün, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Bu gün, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Bu gün, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi