Mədəniyyət paytaxtımız Şuşa
Medeniyyet
Oxunub: 1 089
3 sen 2021 | 10:35
Mədəniyyət paytaxtımız Şuşa





Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə işğalçı erməni ordusunu darmadağın etməklə işğal altında olan torpaqlarımız azad olundu. Qarabağın, ümumən Azərbaycanın cənnət guşəsi olan Şuşa şəhəri əsl sahiblərinə qovuşdu. Bu gün Şuşalıların, bütün azərbaycanlıların sevincinin həddi-hüdudu yoxdur. Şuşa Qarabağın tacıdır. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz.

Məlumdur ki, Şuşa qalasının təməlini Qarabağ xanı Pənahəli xan Cavanşir qoymuşdur. Gələn il Şuşanın 270-ci ildönümü təntənəli şəkildə qeyd ediləcəkdir. Erməni işğalçıları işğal altında olan bütün şəhər və rayonları dağıtdıqları kimi Şuşanı da viran qoymuşdular. Bütün abidələr, o cümlədən Vaqifin məqbərəsi, Natəvanın, Üzeyirin, Bülbülün büstləri erməni vəhşiləri tərəfindən gülləbaran edilmiş və dağıdılmışdı. Bülbülün və Ü.Hacıbəylinin ev muzeyləri erməni vəhşiliyinin qurbanına çevrilmişdi. Erməni vandalizminə məruz qalmış abidələrimiz ermənilərin necə barbar, vəhşi bir toplum olduğunu bir daha təsdiq etmişdir.

Necə deyərlər haqq nazilər, ancaq üzülməz. Haqq-ədalət öz yerini tapdı. Biz şanlı ordumuzun qələbəsi sayəsində doğma yurd yerlərimizə qayıtdıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz Şuşa şəhərini mənfur düşməndən azad edərkən keçdikləri cığır-yolun abadlaşdırılması məqsədilə salınan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ölkə rəhbəri tərəfindən Zəfər yolu adlandırılmışdır. Tarixi Qələbəmizin simbolu olan Zəfər yolu Qarabağın azadlığa qovuşduğu yoldur. Zəfər yolu Azərbaycanın 44 günlük müharibədə irtica, terror, şər üzərində qələbəsinin nümayişidir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük Azərbaycan şairi və dövlət xadimi Vaqifin məqbərəsinin açılışı olmuşdur. Bu çox böyük əhəmiyyətli bir hadisə idi. Məqbərənin ucaldılması Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi demək idi. Çünki, ermənilər hər zaman Şuşanı özününkiləşdirməyə cidd-cəhdlə çalışmışlar.

İşğala baxmayaraq Şuşa Azərbaycan ruhunu saxlaya bilmişdi. Ermənilər nə etsələr də Şuşa Azərbaycan şəhəri olmasını özündə qoruyub saxlamışdı. Cənab Prezidentin dediyi kimi: “Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və gəldik. Müzəffər xalq kimi gəldik”.

Yaxın günlərdə ölkə rəhbərinin iştirakı ilə Şuşada Vaqifin məqbərəsinin yenidən bərpasından sonra açılışı həqiqətən görünməmiş tarixi bir hadisə oldu. Qısa vaxt ərzində Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə məqbərənin əvvəlki görkəminə gətirilməsi və eyni zamanda, Vaqif Poeziya Günlərinə start verilməsi xalqımızın hədsiz sevincinə səbəb olmuşdur. Məqbərənin bərpası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir.

Bu günlər Şuşada görülmüş işlər həqiqətən insanı riqqətə gətirir, qəlbini dağa döndərir. Şuşa dirçəlir, Şuşa gözümüzün önündə dünyanın möcüzəsinə çevrilir. Şuşada tarixi abidələrin bərpasına start verilmişdir. 3 məsciddə təmir bərpa işləri gedir, Natəvan bulağı bərpa edilib, dahi şəxsiyyətlərimiz- Natəvanın, Üzeyirin, Bülbülün büstləri mərkəzi meydanda qoyulub. Bülbülün ev muzeyinin açılışı oldu. Çox müfəssəl və gözəl işlənmiş Şuşanın baş planı təsdiq edildi. Şuşada gözəl, yaraşıqlı, müasir üslubda hotellər inşa

edilib, yaşayış kompleksinin təməl daşı qoyuldu. Bütün bunlar Qarabağın vətən olmasıdır. Qarbağın Azərbaycan olmasıdır.

Ölkə Prezidentinin azad olunmuş ərazilərimizə qalib sərkərdə, müzəffər Ali Baş Komandan kimi səfərləri, təməlqoyma mərasimlərində, açılışlarda iştirakı Azərbaycanın istiqbalından, ehtişamından xəbər verir. Azərbaycanın Prezidenti cənab İlham Əliyev mümkün olmayanı mümkün etdi, görünməyəni gerçəkləşdirdi, möcüzə yaratdı, xəyalımıza gəlməyəni həqiqətə çevirdi. Bu gün həqiqətən Qarabağ Azərbaycandır! Şuşa Qarabağın, Azərbaycanın tacı oldu.

Sahib Həsənov,

Salyan rayonu, tarixçi-tədqiqatçı
Bu gün, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Bu gün, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Bu gün, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Bu gün, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Bu gün, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Bu gün, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Bu gün, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi