MÜDAFİƏ ETMƏK MİSSİYASI
Yaşasaydı, bu gün 69 yaşı tamam olacaydı...
Boğazındakı qan izləri olan bu şəkil özünün təklifi ilə çəkilməyib. Humanist xarakterli Eldəniz bəyin xahişi ilə çəkilib. İbrahim bəy heç zaman yazıq görünməyi sevməzdi. Onun güclü də olmaq kimi ultraiddiası yox idi. O, yalnız ədalətli olmaq və eləcə də görünmək istəyirdi. Bu onun öz obrazı idi. Missiya seçdiyi obrazı. Türk tarixindən gələn, sufizmdən süzülən və həqiqəti siyasətdə axtaran ictimai xadim idi.
Biz bəzən milli mübarizə adlı “ağacın” çiçəklərindən danışırıq, amma köklərindən söz açmırıq. Milli müstəqlliyin ölkəmizə qazandırdığı üstünlüklərlə fəxr edirik, amma onu bizə qazandıranları yada salmırıq. Millətimizin müstəqllik “ağacının” köklərindən idi İbrahim İbrahimli. Müstəlliyik Aktına imza atan 41 nəfərin içərisində imzası var idi. Təkcə imza atmadı, səsin duyurmadı. Sonradan müstəqil dövlətin necə demokratik etmənin yürüşünə çıxdı. Fiziki ömrün ona verdiyi son gününə qədər bu yolunda yolçusu oldu. Yol insanı idi, İbrahim bəy! Öz yolu olan idi. Heç vaxt yoldan çıxmadı. Onun qədər hansı sayda yolunu belə sabitqədəmliklə yürüyən oldu?!
Bir yaddaşınızda axtarış aparın...
İbrahim bəyin siyasət insanı olmasına baxmayarq mən hər zaman ona yüksək keyfiyyətli mənəviyyat insanı kimi baxırdım. Həqiqətən mənəviyyat insanın əldə etdiyi mənəvi zənginlikdir. Buna bütün növ zənginliklər daxildir. Mənəvi zənginlik heç bir zənginliyə qarşı deyil və əslində bütün növ kasıblığa qarşı şıxır. O, bu mənada zənginliyin əlyehinə deyildi, sadəcə gəlir “piroqunun” bunca ədalətsiz paylanmasına qarşı idi. Məhz bu mənada İbrahim bəy daha çox kasıbların dostu sayılırdı.
İbrahim bəyin siyasi mübarizəsində bir sözlə assosasiya edən söz desəm, birinci yerdə “güzəştsiz” ifadəsin xatırladaram. Onun güzəştsiz insan obrazına yüzlərlə faktlar var. Çağdaş filosoflardan sayılan Oşonun “Qızıl külçələr” əsərində güzəştlə bağlı bir məqam var: “Heç vaxt güzəştə getməyin. Güzəştə getmək mənim xarakterimə ziddir. Ətrafımızda o qədər güzəştə gedən bədbəxt adamlar var ki, onlar güzəşt etdikləri üçün özlərini bağışlaya bilmirlər. Onlar bilirlər ki, güzəştə getməyə cəsarət ediblər, amma bununla qorxaqlıqların sübut ediblər. Onlar öz nəzərlərində uğursuzluğa düçar olublar, şəxsi ləyaqət hissini itiriblər. Bax, güzəştə getmək buna gətirib çıxarır.” İbrahim bəy, belə fikirləri özünə həyat kredosu seçdiyi üçün fərqli olmaq istəmədi və fərqli ola bilmədi. Bu da onun ləyaqətlə yaşaya bildiyi nümunəvi bir həyat hekayəsi oldu.
İbrahim bəy dara düşənin yanında olmağı missiya seçən ideologiya adamı idi. Məhbus həyatı yaşayanalara xüsusi həssaslığı ilə seçilirdi. Fuad Qəhrəmanlı, Seymur Həzi, Leyla Yunus və digər siyasi məhbuslara haqqında ədəbi-psixoloji portretləri onun qədər sanballı interpretasiya edən görmədim. Fədakarlıq edənlərə siyasi sərmayə qoyurdu. Özü də bunu heç bir qarşılıq güdmədən, minnətdarlıq gözləmədən edirdi. Çünki onun fitrətində təmənnasızlıq var idi. Ona görə təmənnalı çevrələrdə özünü görmürdü və özü oradan uzaq dururdu. Bu onun özünəməxsus xarakteri idi.
Təslimiyyət sözü onun leksikonunda ola bilməzdi. Siyasi mübarizəsində deyil, orqanizmasında zaman-zaman baş qaldıran çeşidli xəstəlikləri qrip əhəmiyyətli xəstəlik kimi çiynində daşıyırdı. Ürəyində yükə çevirmirdi. Məhbus həyatı yaşadığı zamanlarda hipatit xəstəliyinə yoluxmuşdu. Müalicəsi üçün beynəlxalq təşkilatlar xaricdə dəstəyini ifadə etsədə orada qalmasına razılıq verməmişdi. Amma məhdud imkanları ilə təkbaşına onun öhdəsindən gəlməyə çalışırdı. Bir dəfə də olmuş-olsa xəstəliyi ilə bağlı şikayətin heç duymadım. Çətinliklərindən bəhs etmədi. Belə mətanətli və mərd xüsusiyyəti ilə sızlamadan yaşadı. Şəhərin mərkəzindəki mənzilini satıb neft buruqlarını öz əhatəsinə cəmləyən Balaxanın küçəsi-məhəlləsi olmayan ucqar bir yerinə köçdü, amma bunu “hava təmizliyi” kimi adi qərarla bağladı. Hər dəfə onu evindən götürmək üçün gedəndə yol labrinti məni hövsələdən çıxarırdı. Tozlu-torpaqlı küçələrdən evinə tərəf istiqamət alanda səliqəli geyimdə üstünə toz qondurmayan bəyi görürdüm. Bu zaman ciyərimdə Balaxanın neft qoxusunu günəşin sübh zamanlarındakı aydın havası ilə əvəzləndirirdi.
Azərbaycanın böyük siyasətində onunla olduğun yaxınlıq məsafəsini heç kimlə müqayisə edə bilmirəm. Bütün mövzularda həmsöhbət olmağı bacaran insan idi. Bu qədər populyarlıq fonunda ifrat səviyyədə sadəlik nümunəsin yarada bilmişdi. Əgər hər hansı bir təsadüf nəticəsində gecə saatlarında onunla söhbət etmək üçün çay içmək mesajını yazanda belə ona diqqətsiz qaldığın xatırmadım. Qarşısındakı insanı utandıracaq qədər sadəlik edirdi.
Mən bəzi məsləhətlərimi onunla edirdim. Onun rəyinə çox hörmətlə yanaşırdım. Qərarlarımda fikrini nəzərə almağa çalışırdım. Çünki emosiya ilə reaksiya vermirdi. Böyük həyat təcrübəsi var idi. Keçməkeşli həyat yaşamışdı. Həyat labrintlərinin dolanbaclarından çox uğurla çıxmaq özkeçmişi var idi.
Ədəbi prosesləri çox yaxından təqib edirdi. Yeni ədəbi əsərləri müzakirə edərdik. Ədəbiyyata yenəcə gələn müəllifləri çox yaxından tanıyırdı. Bəzi ilə dostluq, yaxınlıq əlaqələri var idi.
Hər dəfə müxalif siyasi düşərgədən “yarpaq tökümü” başlayanda onun motivlərinin detallarını belə qərəzsiz müzakirə edərdik. Mənim söylədiyim səbəblər içərisində insanların monoton həyat tərzindən tutmuş mübarizədə “tənəffüs” almaq fürsətinin olmamasına qədər bir neçəsin göstərirdim. “Çörək kəsmənin” əsiri olmamaqla əslində insanları süfrə arxasındakı səmimi ortamda qəlb boşaltması yaxşı ənənədir. Biz bunu İbrahim bəylə tez-tez edirdik. İbrahim bəy, həm yüksək süfrə mədəniyyəti, estetik zövqü olan insan idi. “Köhnə Bakı”da şərabın dadından, Novxanıdakı “Balıqçı”nın farelindən, Sumqayıt bulvarındakı “Yede”nin püyrəngi çayına qədər fərqli məkanlarda maraq təəsuratlarım qaldı. Hər dəfə “Şərəfə!” deyəndə onu nəzərdə tuturdum.
İndi isə bu nekroloqu onun şərəfinə yazmalı oldum...
Məmməd Talıblı.
Bu gün, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Bu gün, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Bu gün, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Bu gün, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Bu gün, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Bu gün, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Bu gün, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi