Aygün Kazımova ölkəni tərk etdi, Natəvan ismarıc yolladı – QALMAQAL
Medeniyyet
Oxunub: 1 400
15 okt 2015 | 09:01
Aygün Kazımova ölkəni tərk etdi, Natəvan ismarıc yolladı – QALMAQAL




















Müğənni Natəvan Həbibinin xalq artisti Aygün Kazımova haqda 30 il Azərbaycandan çıxa bilməyəcəyi xəbəri yalan çıxıb

Publika.az xəbər verir ki, Aygün Kazımova gecə saatlarında Azərbaycanı tərk edərək İstanbuldakı evinə uçub. Sosial şəbəkədə təyyarədən şəklini paylaşan xalq artisti “Salamat qalın” sözlərini yazıb.
Bununla bağlı açıqlamasında müğənni Aygün Kazımova barəsində çıxarılan qərara da münasibət bildirib:
“O, yenə də özünü reklam edir. Mənə savadsız demişdi, indi, görünür, kimdir savadsız! Yenə də yalan informasiya yaymaqla məşğuldurlar. Bəs 30 il Azərbaycandan çıxa bilməyəcəkdim? Onların 30 ili heç 3 gün də olmadı”.
Xatırladaq ki, xalq artisti Aygün Kazımova ölkədən çıxmasına qoyulmuş qadağaya görə Apellyasiya Məhkəməsinə müraciət edib.
Xalq artistinin ölkəni tərk etməsinə Natəvan Həbibinin vəkili Fərid Həsənov münasibət bildirib. Onun sözlərinə görə, xalq artisti məhkəmənin çıxardığı qadağa ilə razı deyil. F.Həsənov açıqlamasında bildirib ki, Aygün Kazımova məhkəmə qətnaməsinin icrasını yubatmaq üçün ölkədən çıxmasına qoyulmuş qadağanın ləğv olunması üçün apellyasiya məhkəməsinə şikayət ərizəsi verib. Lakin bu şikayət qətnamənin icrasının məcburiyyətinə təsir etmir. Hətta apellyasiya şikayətinin verilməsi xalq artistinin məhkəmə qətnaməsini qərəzli icra etməkdən yayındığını sübut edir.
F.Həsənov “Aygün Kazımova məhkəmə qərarının 10 gün müddətində qüvvəyə minməməsindən istifadə edərək apellyasiya şikayəti verib. Xalq artisti o qədər tələsib ki, hüquqi proseduru pozaraq birbaşa apellyasiya instansiyasına müraciət edib. Lakin belə hərəkətlər məhkəmə qərarının icrasına mane ola bilməz” – deyə bildirib.
Müğənni Natəvan Həbibi müğənniyə sosial şəbəkə vasitəsilə ismarıc göndərib:
“Eşitdim ki, hələ ki qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən tez-bazar uçan var. Unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu, heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişər, nə də sizin Natəvan. İstəyirsən Afrikaya get, istəyirsən Marsa. Yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabe olmalıdır”.
Natəvanın ismarıcına xalq artisinin qızı İlqarə Kazımova da biganə qalmayıb və şəxsi “Instagram” səhifəsində bu sözləri yazıb: “Bu gün anamı İstanbula yola saldım. Yol öncəsi çox güldük”.
Bundan başqa İlqarə şərhində “Əzizim, xatırla. Sən heç kimsən” sözlərini qeyd edib.
Xatırladaq ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir etməkdə, işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edərək məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, Aygün Kazımova Natəvan Həbibinin milliyətcə erməni olduğu barədə yaydığı yalan məlumat və işlətdiyi təhqiramiz ifadələrə görə ondan üzr istəməlidir. Əks halda ölkəni tərk edə bilməz.
Onu da qeyd edək ki, Aygün Kazımova üzr istəməsə də, təkzib verib.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik