Murovdağda şəhid olan 19 yaşlı qəhrəman - FOTOLAR

On doqquz yaşlı Nurağa Tağıyev Vətən müharibəsinin 14-cü günü Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
AZƏRTAC xəbər verir ki, şəhid Nurağa Davud oğlu Tağıyev 2001-ci il aprelin 20-də Xaçmaz şəhərində dünyaya göz açıb. Ailənin sonbeşiyi, evin tək oğul övladı idi. Nurağa orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Murovdağ istiqamətindəki döyüş mövqelərinin düşməndən azad olunmasında fəal iştirak edib.
“2019-cu ilin aprel ayında hərbi xidmətə yola saldıq. Goranboyda xidmət edirdi. İdmana həvəsi vardı. Cüdo ilə məşğul olub. Mehriban, hamı ilə dil tapan uşaq idi. Hərbi xidməti başa vurduqdan sonra hüquq mühafizə orqanlarında işləmək arzusunda idi. Sentyabrın 27-də danışanda bildirdi ki, döyüşlərə qatılıb. Telefonla danışanda ürəkli, mərdi-mərdanə danışırdı. Deyirdi, “Hər şey yaxşıdır. Ermənilər dovşan kimi qaçırlar. Məndən arxayın olun”. Oktyabrın 10-da səhər saatlarında sonuncu dəfə danışdıq. Günorta isə şəhid olması xəbərini aldıq”, - deyə Nurağanın atası Davud Tağıyev söyləyib.
Qəhrəman döyüşçü oktyabrın 10-u Murovdağ istiqamətində döyüşlərdə ağır yaralanıb. Yanında mərmi partlaması nəticəsində yaralanan Nurağa hospitala çatdırılanadək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Yeganə Tağıyeva deyib: “Nurağa cəsur, ağıllı oğul idi. Müharibə vaxtı telefonla danışırdıq. Mənə deyirdi ki, ana ağlama. Hətta bir dəfə telefonla danışanda güclü atəş səsləri gəldi. Narahat olduq. Nurağa gülə-gülə dedi ki, narahat olmayın atan bizik. Bizi çox arxayın etmişdi. Bilirdik müharibənin içindədir. Amma elə danışırdı ki, elə bil heç döyüşlərdə deyil. Çox arzuları vardı. Bacısının övladı dünyaya gəlmişdi. Onu görmək istəyirdi. Sonuncu dəfə şəhid olan günü səhər danışmışdıq. Nurağa özündən muğayat ol, dedim... Oğlumla fəxr edirəm! Şəhid anası olmaq çox şərəflidir”.
Nurağa Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçəyə şəhidin adı verilib. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.







Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi