Müstəqilliyimizi təhlükədən qurtaran tarixi missiya
Medeniyyet
Oxunub: 609
26 mar 2021 | 12:35
Müstəqilliyimizi təhlükədən qurtaran tarixi missiya




1995-ci ilin mart hadisələrindən bizi 26 il ayırır. Bu 26 ildə xalqımız Novruz bayramını qeyd etməyə hazırlaşanda istər-istəməz bu hadisələr yenidən xatırlanır. Təbii ki, həmin hadisələrin isti-isti araşdırması ilə 26 ildən sonrakı analizlərində yeni tarixi faktlar ortaya çıxır və daha aydın, daha tutarlı dəlillərə əsaslanıb fikir yürütmək imkanı yaranır.

Əslində həmin il həyata keçirilməyə cəhd göstərilən dövlət çevrilişi planı 1994-cü ilin oktyabrında baş verənlərin davamını xatırladırdı. Daxili İşlər Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri ölkəni vətəndaş müharibəsinə sürükləyir, hakimiyyəti silah gücünə ələ keçirmək istəyirdilər. Lakin “iqtidar-xalq” birliyi, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti, Vətənə, millətə olan hədsiz məhəbbəti ikinci dəfə də dövlət çevrilişinə cəhdin qarşısını aldı, müstəqilliyimizi qoruya bildi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin ortalarından etibarən həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ölkədə sabitlik təmin olunsa da, respublikaya rəhbərlik etməyə can atan hakimiyyət hərisləri öz məkrli niyyətlərindən hələ də əl çəkməmişdilər. Xaricdəki düşmən qüvvələrin planlarını gerçəkləşdirmək üçün Mahir və Rövşən Cavadov qardaşları Xüsusi Təyinatlı Polis Dəstəsindən istifadə edib müxtəlif cinayətlər törədərək dövlət qurumlarına hücumlar təşkil etdilər.

Öz bədniyyətli əməllərini 1995-ci il martın 13-də Qazax şəhərində həyata keçirməyə başladılar. Müxtəlif markalı odlu silahlar, döyüş sursatı ilə silahlanaraq hərbi texnikadan istifadə etməklə Qazax rayon polis şöbəsinin, icra hakimiyyətinin binalarını, rabitə qovşağını zəbt etdilər. Ağstafa şəhərində də həmin hərəkətlər həyata keçiriləndə dövlət çevrilişinə rəhbərlik edən Rövşən Cavadov birbaşa DİN-in nəzdində olan XTPD-nin bazasından hakimiyyətə ultimatumlar verirdi. Hətta bəyanatlarının birində: “Biz hakimiyyətə gələcəyik. Ölkə rəhbərliyində mənim yerim isə Dövlət Şurası yaradıldıqdan sonra kollegial surətdə müəyyənləşdiriləcək”.

Mart hadisələrini isə bir silahli qiyam kimi adlandırmaq daha düzgün olardı. Ölkə rəhbərinin çağırışlarına məhəl qoymayan, dövlətə tabe olmaqdan boyun qaçıran, özü də dövlətin himayəsi ilə yaradılan silahlı dəstə artıq qiyamçı dəstəyə çevrilərək nəyin bahasına olursa olsun, silah gücünə, günahsız insanları qətlə yetirmək, onların qanı üstündən hakimiyyətə yiyələnmək istəklərindən əl götürmürdülər.

Qan bahasına qazanılmış müstəqilliyimiz təhlükə altına düşmüşdü, ölkə təzədən fəlakətlə üz-üzə qalmışdı. Ulu öndər Heydər Əliyev dəfələrlə Cavadov qardaşlarını qan tökməməyə, silahlı qarşıdurmaya getməməyə çağırsa da, onlar hakimiyyəti ələ almaq inadından əl çəkmədilər. Cavadov qardaşlarının ataları Bəxtiyar Cavadovla söhbət aparan Heydər Əliyev oğlanlarını bu yoldan çəkindirmək üçün onu övladlarına ağsaqqal tövsiyəsi verməyə çağırdı. Lakin onlar öz doğma atalarını belə saya salmadılar.

Ümummilli lider martın 15-də Azərbaycan televiziya və radiosu ilə xalqa müraciət etdi. Dövlətçiliyin və müstəqilliyimizin əleyhinə yönəlmiş bu qiyamın mahiyyətini açıb göstərdi. Xalq öz rəhbərinin bircə çağırışı ilə izdihama çevrlib cinayətkar əməllərə son qoyulmasını tələb etdi. H.Əliyev silahlı dəstənin üzvlərini düzgün yola dəvət etməklə onların təhlükəsizliyinə təminat veriləcəyini vəd etdi: “...Mən hər bir vətəndaşın hüququnun keşiyindəyəm və hər bir vətəndaşa qayğı göstərməliyəm. Xalq mənə etimad göstərdiyinə görə mən bu vəzifəni öhdəmə götürmüşəm. Bu mənim borcumdur və bu borcu yerinə yetirmək üçün mən hər şeyə gedirəm. Ona görə də əgər bu gün də onlar çirkin əməllərindən əl çəksələr, silahları yerə qoysalar, şübhəsiz ki, cinayətkarların bir qismini bağışlayacağam. Bunları da bağışlayacağam. Yəni mən, – baxmayaraq ki, çox kəskin vəziyyət yaranıb, ictimaiyyət Rövşən Cavadova və onun ətrafında olan o quldurlara çox nifrət edir – yenə də bu addımı atıram”.

Öz xalqına arxalanan Heydər Əliyevin nüfuzu, xalqın dəstəyi, cəsarəti, qətiyyəti ilə, nəhayət bu quldur dəstəsi darmadağın edildi. Dövlət çevrilişinə cəhdin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı. Azərbaycanın bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi missiyasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Xalqın ulu öndərə, dövlətə, hakimiyyət orqanlarına inamı, etibarı daha da artdı. Günahkarlar cəzalandırıldı. Lakin 1995-ci il martın 16-dan 17-nə keçən gecə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək istəyən silahlı dəstənin günahı ucbatından 22 hərbçi həyatla vaxtından əvvəl vidalaşmalı oldu. Onlardan biri də Salyan rayonunun yetirməsi Nazim Abbas oğlu Babayev idi. Nazim Babayev Salyan rayonunun Qaraçala qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilmiş, Respublika Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Hər il salyanlılar rayon mərkəzində inşa edilmiş “Şəhidlərin Xatirə Kompleksi”ndə qəhrəmanın büstünü ziyarət edir, önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anırlar.

Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasında ən nüfuzlu yerlərdən birini tutur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Ölkəmizin müstəqil dövlət kimi beynəlxalq aləmdəki əlaqələri getdikcə möhkəmlənir. Bütün dünya Azarbaycan xalqının, onun Ali Baş Komandanının, müzəffər Azərbaycan Ordusunun 44 günlük zəfər salnaməsindən danışır. 30 il düşmən tapdağı altında inləyən torpaqlarımızın işğaldan azad edilməsi, xəritəmizin bütövləşməsi bütün dünyaya bəyan etdi ki, belə güclü dövlət var, belə güclü dövlətin “dəmir yumruğ”a malik güclü rəhbəri, komandanı var, belə güclü komandanın başçılıq etdiyi rəşadətli ordusu var. Bir də xalqımızın, dövlətimizin müstəqillik yolunda əbədi, dönməz iradəsi var.

Leyla Nəsirova,

Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...