Həyatın dəryasında batan Hüseyn Dərya — Bu gün onun ad günüdür

Bəlkə də sonuncu yazımdır kim bilir,
Odur ki, hələlik, sözümüz bu qədər...
Bu insan öz həyat yolunu sanki başqaları üçün yaşadı. Öz doğruları, yanlışları ilə qısa bir ömür sürən Hüseyn Dərya. Bu gün onun ad günüdür.
Muradov Hüseyn Cahangir oğlu 1975-ci il 29 iyunda Bakının Bakıxanov qəsəbəsində dünyaya göz açıb. Beş övladlı ailənin sonbeşiyi olan Hüseyn ilk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Hüseynin tələbəlik illəri Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən, təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanır. Dörd il 4 ay hərbi xidmət keçdikdən sonra Bakıya-evinə qayıdır.
Hərbi xidmətdən qayıtdıqdan sonra isə Dərya təxəllüsü ilə rep ifaçısı kimi öz musiqi karyerasına başlayır. Musiqi təhsilinin olmamasına baxmayaraq, mahnılarını özü bəstələyirdi. Hüseynin bəstələdiyi repləri, özünəməxsus xırıltılı səsi qısa müddətdə onu populyarlığın zirvəsinə qaldırır. O zamanlar onun bəstələdiyi bütün replər insanlar tərəfindən sevilərək, dillər əzbərinə çevrilir. Muğamla repi sintez edən, repə ikinci nəfəs verən Hüseyn Dərya insanların qəlbini fəth etməyi bacarırdı.
Bir günün içində tanınan, söylədiyi hər bir sətri dillər əzbərinə çevrilən Hüseyn bir müddət keçdikdən sonra narkotik maddə aludəçisi olur. Bu isə onun qısa zamanda zirvədən enməsinə səbəb olur. Dərya səhnədən uzaqlaşır. Özünə qapanıq olan bu insan həyatının bu çətin günlərini çox ağır keçirir. Bir müddət məhbusluq həyatı yaşayan repçiyə bir zamanlar onu sevən pərəstişkarları, dostları biganə olurlar. Hər kəs ondan üz çevirir.
Bütün bunlara baxmayaraq, özündə güc tapan Dərya həyatında yeni, təmiz bir səhifə açmaq istəyir. Özündə güc tapıb yenidən mahnılar bəstələməyə başlayır. Lakin bu dəfə də həyat ona qucaq açmaq istəmir. O, 15 mart 2014-cü ildə avtomobil qəzasına düşərək, bu dünyadan əbədi olaraq köç edir.
Hüseyn Dərya iki dəfə ailəli olub. Onun Aişə adlı qızı və Cahangir adlı oğlu var.
Müsahibələrinin birində Dərya deyirdi:
“Bilirsiz, mən öləcəyimə sevinən insanam ”.
Bəlkə də o, həyatı boyu xoşbəxt olacağı bir dünya axtarışında idi...
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi