"Bu iki nəfəri mədəniyyət naziri postuna namizəd görürəm" — Afaq Bəşirqızı Prezidentə MÜRACİƏT ETDİ - EKSKLÜZİV

Xalq artisti Afaq Bəşirqızı son günlər mədəniyyət sahəsində baş verən hadisələrlə bağlı "Ölkə.Az"-a eksklüziv açıqlama verib. Sənətkar bildirib ki, baş verənlər ona çox pis təsir edib:
"Son günlər mədəniyyət sahəsində, Mədəniyyət Nazirliyində baş verən hadisələr mənə də çox pis təsir etdi, mütəəssir oldum. Nə Bəşir Səfəroğlu dönəmində - hərçənd ki, o vaxt uşaq olsam da, eşitdiyim hadisələr yadımda qalardı - nə də ondan sonrakı dövrdə belə şey olmamışdı. Gərək belə olmayaydı. Azərbaycanda "qızıl dişlər" çoxalıb, "qızıl əllər"ə isə möhtaclığımız var. "Qızıl əllər" yoxdur. Və o qızıl, təcrübəli əllər olmadığına görə biz o "qızıl dişlər"i ləğv edə bilmirik".
Sənətkar Ağstafaya yeni icra başçısı təyin olunan Seymur Orucovun çıxışına da toxunub:
"Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar. Elə bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə - Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır - 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox".
Afaq Bəşirqızı mədəniyyət naziri kimi görmək istədiyi şəxs barədə bunları deyib:
"Mədəniyyət sahəsinə təyin olunan adam mütləq mədəniyyəti, onun içini bilməli, mədəniyyət xadimlərini tanımalı, musiqi, teatr kimi sahələrə bələd olmalıdır. Beynəlxalq əlaqələr də çox vacibdir. Azərbaycan mətbəxinin, musiqi alətlərinin, dünyaya tanıdılmasında bu şöbənin böyük rolu olmalıdır. Mənim 65 yaşım var, ağbirçəyəm və hər halda həmin şöbədə çalışanlara övladım kimi müraciət etməyə haqqım var. O uşaqlara təşəkkürümü bildirirəm və halal olsun deyirəm. Kino və teatr sahəsi bərbad vəziyyətdədir. Ora elə insan təyin edilməlidir ki, ətrafına dəyərli mütəxəssislər yığa bilsin. Hansı ki o mütəxəssislər çox böyük zərbə ilə dağıdılıblar, pərən-pərən salınıblar. Bəziləri lazımsız yerlərdə oturdulublar. Bir konsepsiya yazılmalı və o konsepsiya ilə hərəkət edilməlidir.
Cənab prezident, Sizdən çox xahiş edirəm, bura kiminsə bacısı oğlunu, qohumunu göndərməyin. Amanın bir günüdür!
Bəlkə, ora atası fəhlə, anası kolxozçu təyin edilə bilər. Amma balası gözəl mütəxəssisdirsə, niyə də təyin olunmasın? Gözəl mütəxəssislər var ki, şadlıq saraylarında ofisiant işləyirlər.
Soruşular bilər ki, siz bu posta kimi namizəd görürsünüz. Mən Afaq Bəşirqızıyam və sözümü yüz ölçüb bir biçən adamam. Bizim incəsənət sahəmizdə fərqlənən sahələr, məsələn teatr, musiqi ansamblları var. Onları yaşadan mütəxəssislər də öz yerində. Lakin onların hamısı nazir postuna layiq deyillər. Belə insanların nazir təyin olunması onların yaradıcılığının qarşısını alar. Mənim özümün bir fikrim var və bu, illərin təcrübəsidir. Sumqayıt teatrında15 il işləmişəm və o teatr heç vaxt bina görməyib. Mən 1989-cu ildə Bakıya - Musiqili Teatra Polad Bülbüloğlunun köçürməsiylə dəvət olunandan sonra da orayla sıx əlaqə saxlayırdım. Vaqif Əliyevin Sumqayıta icra başçısına təyin olunandan sonra onun teatra insanlara göstərdiyi misilsiz xidmət də yadımdadır. Aktyorların evlə təmin olunması, fəxri adlar və sair bunları danmaq olmaz. Amma halbuki o teatrda işlədiyim 15 il ərzində cəmi 3 nəfər - mən, Hicran Mehbalıyev və Valeh Kərimov fəxri ad almışdıq. Amma Vaqif müəllim şəhərə rəhbər təyin olunandan sonra teatra evlər verildi, bina verildi və bütün bunlar Vaqif Əliyevin zəhməti idi. Mən bu postda Vaqif Əliyevi və Qənirə Paşayevanı görərdim. Qənirə Paşayevanın da işgüzarlığı, insanlara olan münasibəti göz önündədir".
Afaq Bəşirqızı bildirib ki, mədəniyyət sahəsinə rəhbərlik edən qeyri-ixtisas sahibləri də uzaqlaşdırılmalıdır:
"Ora kiminsə qohumu qoyulsa, o, qeyri-ixtiyari hansısa mafiozları yığacaq və onlar da bu sahəni sağacaqlar. Birinci növbədə bioloqlar, tarixçilər, fizika riyaziyyat mütəxəssisləri mütləq yığışdırılmalıdır və ora mütəxəssislər cəlb oilunmalı və yeni konsepsiya qurulmalıdır. Bu, mənium fikrimdir. Və siz bilirsiniz ki, mədəniyyət qurumlarından biriylə çox böyük mübarizə aparıram. Və bu mübarizədə düşmən qazanmışam, nankorluq görmüşəm. Öz sabahımı, adımı, təqaüdümü fikirləşməmişəm. Amma özünü, adını, təqaüdünü, yeni tikilən binada evini düşünənlər mənə düşmən kəsiliblər. Onlar bilmirlər ki, mən qayayam, süni göldə yaradılan günbəz deyiləm. Öz ambissiyama görə sabahını satan vicdansız deyiləm. Cənab Prezident, mən sizi çox sevirəm, hər zaman da sevəcəyəm. Siz ön cəbhədəsiniz, arxa cəbhədə isə mənim kimi vicdanlı insanlar var və biz sizin yanınızdayıq".
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi