Habil Vəliyevin şeirləri
Medeniyyet
Oxunub: 4 934
22 sen 2015 | 18:41
Habil Vəliyevin şeirləri
























Habil Vəliyevin şeirləri

Bir ana layla deyir
Bir az duzlu göz yaşı, bir az nisgil, bir az da,
Çəkdiyi acıları qatıbdı sözlərinə.
Ovcunu göz yaşları döyəcləyir durmadan,
Bir ana layla deyir boş qalan dizlərinə.
Qəfil yadına düşür, axı əli yaş idi,
“Gör mən necə anayam, balama soyuq dəyir”.
Nə körpə qığıltısı, nə də bir səs, yenə də
Qaysaq qoymuş dizləri gözünə oyaq dəyir.
Buz kəsmiş barmaqları sığallayır havanı,
Xəyalı qanadlanır, cismin unudur yerdə.
Anasız buraxdığı körpəsinə səslənir,
Süzülür dodağından laylalar pərdə-pərdə:
- Laylay balam, yat balam,
Yuxuna bal qat balam.
Mən ümidi itirdim,
Sən arzuna çat balam.
- Qurbandı var balama,
Ağ quzular balama,
Ay külək əs, laylamı.
Götür apar balama.
- Balam sular sonası,
Ona qurban anası,
Övladından uzaqda,
Ağı olar laylası.
Sonra susur, can verir dodağında laylası,
Içində məzar qazır, yaşatdığı pənaha.
Kipriyindən asılan damlaya “niyə” yazıb,
Ağlayır, göz yaşını ünvanlayır Allaha.
Balınc edib başının altına ağrısını,
Üzərinə örtdüyü yorğan da qüssə, kədər.
Bir ana layla deyib dizlərinə gözləyir,
Ya balası gələcək, ya da Allahdan xəbər.
Müəllif: Dr. Habil Vəliyev

***
MƏNİM NAĞILIMDAN NƏ ÇIXAR QARDAŞ...
Qəlbimə yatası bir yalan danış.
Səninçün ən yaxın sirdaşa dönüm.
Ağlıma batası bir yalan danış,
Əgər inanmasam qoy daşa dönüm.
KƏMALƏDDİN QƏDİM
FƏLƏK KAMANIMIN TELİNİ QIRIB,
HA DİLƏ TUTARAM SUSAR, İNLƏMƏZ,
MƏNİM NAĞILIMDAN NƏ ÇIXAR QARDAŞ,
BÖYÜKLƏR İNANMAZ, UŞAQ DİNLƏMƏZ.
AXI KİMDƏN DEYİM, KİM QALIBDI Kİ,
GÖYŞƏK FATİMƏDƏN? O BAXTSIZ QARI...
ŞAHZADƏ GÖZLƏDİ ÖLƏNƏ QƏDƏR,
ÇARIQ DA TAPMADI GEYİNSİN BARI.
YA LEYLİ? HANI O MÜQƏDDƏS SEVGİ?
BİR KƏRƏ SİLDİMİ YAŞLI GÖZÜNÜ?
MƏCNUN SƏHRALARDA ÜMİD TAPMADI,
AXIR O DÜNYAYA TUTDU ÜZÜNÜ.
BU DA MƏLİKMƏMMƏD, SON YARASINA,
ELƏ DUZ BASDILAR ÖZÜNDƏ BİTDİ.
YA DA ÖMRÜ BOYU AĞAC DİBİNDƏ
YATDI, ALMA NƏDİR, TORPAQ DA GETDİ.
BİR DƏ YALAN İDİ NAĞIILAR, YALAN,
BƏZƏN LƏNƏT OLUR BİR ÖMÜR, BİR BAXT,
GÖZÜ KƏLLƏSİNƏ QALXIR YAZIĞIN,
ADINI TƏPƏGÖZ QOYULAR O VAXT.
MƏNİM NAĞILIMDAN NƏ ÇIXAR QARDAŞ,
ALMA GÖZLƏYİRƏM HƏLƏ UŞAQ TƏK.
YALAN DANIŞMAYIM BU GECƏ VAXTI,
DOĞRSUN O BİLİR, BİR GÜN DEYƏCƏK.
MÜƏLLİF: DR. HABİL VƏLİYEV

***
Toxunma...
Yaman islanmısan göz yaşlarında,
Çətin ki yanasan mənim oduma,
Tüstün gözlərimə dolub kor edir,
Artıq təsəllin də çatmır dadıma.
Sözlərin bir ovuc çır-çırpı kimi,
Nöqtəsi düşməmiş cümlən od alır.
Dilinin ucundan külü sovrulur.
Hopur dodağında qarası qalır.
Ocağım qəlbimdə közərir hələ,
Başını sinəmə sıxsam söndürər.
Elə bil qar yağır baxışlarından,
Birdən gözlərinə baxsam söndürər.
Məndən uzaq dayan qurbanın olum,
Səbrim də tükənib... Çətin dayanım...
Sən mənim oduma yana bilmədin,
Barı öz-özümün dərdinə yanım...
Müəllif: Dr. Habil Vəliyev

***
Ayrılığın qoxusu
Yenə ayaqlarım çəkib gətirdi,
Dünən küçənizdən keçib getmişəm.
Yəqin eşitmişdin, mən bu şəhərdən,
Sevgin ölən gündən köçüb getmişəm.
Sevdiyin ətirdi, yenə burnuma
Tanış ayrılığın qoxusu gəldi,
Yadından çıxmayıb bu qoca çinar?
Altında bəxtimin yuxusu gəldi.
Çox dedim az oxşa, dinləmədin ki,
O yatan yatıbdı, oyana bilmir.
Yaşımı qovmuşdum, bir az tələssin,
Indi elə qaçır, dayana bilmir.
Mən öz taleyimi oyuncaq etdim,
Fələk də səninlə oynadı, güldü.
Körpə sevgimizi yaddan çıxardın,
Düşüb kipriyindən əlimdə öldü.
Ovcumda məzara qoyduğun eşqə,
Soyuq barmaqların baş daşı oldu.
O böyük sevgidən mənə çatan pay,
Taleyin ömürlük qarğışı oldu.
Öz alın yazımdan silib adını
Toz basmış köhnə bir dəftrə yazdım.
Yəqin küçənizdən keçməsəydim heç
Sənin ətrini də xatırlamazdım.
Səkilər hələ də ayrılıq qoxur.
Baxma ki yaz-payiz yuyur yağışlar.
Bu şəhər səninlə günaha batıb,
Bəlkə də, nə vaxtsa Allah bağışlar.
Müəllif:Dr. Habil Vəliyev

***
AYNANIN İKİ ÜZÜ
AYNANIN İKİ ÜZÜ, NƏ QƏRİBƏ DUYĞUDUR,
HƏLƏ XƏZAN YAŞAYIR ÖMRÜNÜN YAZ ÇAĞINDA.
BİRİ ƏLİNDƏN TUTUB SOYUQ BİR ƏLCƏK KİMİ,
BİRİSİ DƏ QIFIL TƏK ASILIB AYAĞINDA.
NƏ İRƏLİ GETMƏYƏ AYAQLARI APARIR,
NƏ DƏ GERİ DÖNMƏYƏ, QARŞISIN SÖZ KƏSİBDİ.
AĞLINDAN ÜRƏYİNƏ GEDƏN BÜTÜN YOLLARI,
UNUTMAQ İSTƏDİYİ BAŞQA BİR QIZ KƏSİBDİ,
İÇİNDƏ YER TAPMAYAN BİR SEVGİ, ÖLÜM KİMİ
ÖZÜNƏ MƏSKƏN SEÇİB GÖZLƏ QAŞ ARASINDA,
NƏ AĞLI YOLA GƏLİR, NƏ ÜRƏYİ ƏL ÇƏKİR,
ƏZİLİR OXŞADIĞI İKİ DAŞ ARASINDA,
DAYANIBDI ÖMRÜNÜN İNDİ YOL AYRICINDA,
ÜRƏYİNDƏ ÖZGƏSİ, DODAĞINDA BAŞQA AD,
NEYLƏSİN? QİSMƏTİNİN AÇDIĞI SÜFRƏSİNDƏ
BİR ŞİRİN ÖLÜM QALIB, BİR DƏ Kİ ACI HƏYAT.
MÜƏLLİF: DR. HABİL VƏLİYEV

***
MAAŞ HAQQINDA BALLADA
ELƏ KI MAAŞDAN SÖHBƏT AÇILIR,
TİTRƏYİR ƏLLƏRİM, DOLAŞIR DİLİM.
DÜNYA GÖZLƏRİMDƏ YAŞIL BOYANIR,
ÖZÜM DƏ BİLMİRƏM AĞLAYIM, GÜLÜM.
DÜNYANIN ƏN GÖZƏL RƏSM ƏSƏRİDİR,
BİR BAX YÜZLÜKDƏKİ OLAN VÜQARA.
KÜLƏYİ YANINDAN KEÇƏNDƏ BELƏ,
SƏNİ XƏYALLARIN APARIR HARA.
BURDA FƏRQİ YOXDUR KASIB, VARLININ.
HƏR KƏS BİR AY ONUN HƏSRƏTİN ÇƏKİR.
ADAM TANIYIRAM BEZİB CİSMİNDƏN,
BANKOMAT OLMAĞIN XİFFƏTİN ÇƏKİR.
ELƏ Kİ VAXT ÇATIR, HESABA KÖÇÜR,
ƏVVƏL ƏLLƏRİNƏ İSTİSİ QALXIR.
SONRA ALOV DÜŞÜR YANIR CİBLƏRİN,
BAŞINDAN BORCLARIN TÜSTÜSÜ QALXIR.
SEVİNCİN ÜZÜNDƏ DONUR, BİR AZCA
DƏMİR APARATLA ÇƏNƏ VURURSAN.
ƏLİN DİZLƏRİNDƏN DOLANIB GƏLİR,
MƏRSİYƏ SÖYLƏYİB SİNƏ VURURSAN:
RUHUM ÇILPAQ, BƏDƏNİM OY,
MƏNİ VİRAN EDƏNİM OY,
CİBİMDƏ BİR GÜN GÖRMƏDİ,
QƏFİL GƏLİB GEDƏNİM OY,
YANIRSAN TÜSTÜN QALIR,
NAMƏRDSƏN, QƏSDİN QALIR,
AY MANATIM ƏLİMDƏ,
HƏLƏ DƏ İSTİN QALIR.
AĞLIMDAN ATAMMADIM,
GECƏLƏR YATAMMADIM,
BİR VAXT MİRZƏ KƏPƏNƏK,
MƏN SƏNİ TUTAMMADIM.
SİNƏSİ DAĞLI QALSIN,
QARALI, AĞLI QALSIN,
BİZİ BANKLAR AYIRDI,
QAPISI BAĞLI QALSIN.
CİBİM BURDA CAN VERİR,
KİM MƏNƏ AMAN VERİR?
ƏLİMDƏN APARDILAR,
KREDİTİM QAN VERİR.
BİR ADDIM ARALI BAXIB GÖRÜRSƏN,
QARŞINDA SIRAYLA BANKLAR DÜZÜLÜR.
SİZİ AYIRIRLAR BİR GÜN KEÇMƏMİŞ,
CİBİN KÜSKÜN DÜŞÜR, AĞZI BÜZÜLÜR.
SONRA HAMI GEDİR, BİRCƏ O QALIR,
BAXMAYIB NƏ YAYA, NƏ QARLI QIŞA.
BASIRSAN BAĞRINA PIŞILDAYIRSAN:
PUL GƏLDİ GEDƏRDİ, BORCUM SƏN YAŞA.
MÜƏLLİF: SİZİN DOKTOR
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu