Milli Məclisin yeni mətbuat katibi kimdir? — Dosye
Medeniyyet
Oxunub: 643
5 may 2020 | 18:17
Milli Məclisin yeni mətbuat katibi kimdir? — Dosye


Milli Məclisdə aparılan kadr dəyişiklikləri parlamentin Mətbuat xidmətindən də yan keçməyib.
Modern.az xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bu barədə müvafiq sərəncam imzalayıb.

Parlamentin yeni mətbuat katibinin adı da açıqlanıb. Spikerin digər sərəncamı ilə Elnar Məmmədli Milli Məclisin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, Elnar Məmmədli bu təyinatadək AzTV-də çalışıb. O, Dövlət Televiziyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini tuturdu...

Milli Məclisin yeni mətbuat katibi Elnar Məmmədlinin tərcümeyi- halını təqdim edirik:
Elnar Baləhməd oğlu Məmmədov (Elnar Məmmədli) 26 may 1978-ci ildə Neftçala şəhərində anadan olub. 1985-1995-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbində orta təhsil alıb. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində Beynəlxalq Jurnalistika ixtisası üzrə bakalavr və 1999-2001-ci illərdə isə magistr pilləsində təhsil alıb. 1998-ci ildə Fransa Respublikasının Paris şəhərində yerləşən CİES- Xarici Tələbələrin və Stajçıların Tədris Mərkəzinin tabeliyindəki CİFAP departamentində "Xüsusi jurnalistika” ixtisası kurslarında oxuyub. Daha sonra BBC-nin Bakıda təşkil etdiyi xüsusi televiziya jurnalistikası kurslarını müvəffəqiyyətlə bitirib.

1996-cı ildən AzTV ilə əməkdaşlıq edən Elnar Məmmədli 1998-ci ildə dövlət televiziyasının "Xəbərlər” baş redaksiyasının "Xarici informasiya” şöbəsində redaktor vəzifəsinə işə qəbul olunub. O illərdə "Həftə” analitik-informasiya proqramında şərhçi kimi siyasi, beynəlxalq münasibətlərin müxtəlif istiqamətləri üzrə analitik məzmunlu şərhlər hazırlayıb. Həmin illərdə AzTV-nin xətti ilə ezam olunduğu xarici ölkələrdən reportajlar hazırlayıb. Xüsusi ilə də 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduğu ilk vaxtlarda Strasburqdan hazırladığı reportajlarla tamaşaçıların diqqətini cəlb edib.

2003-cü ildə AzTV-nin Rusiya Federasiyası üzrə bürosunun müdiri vəzifəsinə təyin olunub. 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdirinin müavini vəzifəsinə təyinat alıb. 2011-ci ildə isə o, mərkəzi Fransanın Strasburq şəhərində yerləşməklə Azərbaycan Televiziyasının Qərbi Avropa ölkələri üzrə bürosunun müdiri vəzifəsinə təyin edilib.

2018-ci ildə AzTV-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər” studiyasının direktor müavini vəzifəsinə keçirilib. 2020-ci il fevral ayının 3-də Azərbaycan Televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifəsinə təyin olunub. Son bir ildə tamaşaçılar Elnar Məmmədlini həm də AzTv-nin "Günün nəbzi”, "Əsas məsələ” və "Hədəf” verilişlərinin aparıcısı kimi də televizya ekranlarda görürlər.

Ana dili ilə yanaşı ingilis, fransız, rus və türk dillərində sərbəst bilir.

Ailəlidir, iki övladı var.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi