“Toy müğənnisini təltif edir, amma…“ – Deputatdan nazirə sərt sözlər
Medeniyyet
Oxunub: 386
5 may 2020 | 11:01
“Toy müğənnisini təltif edir, amma…“ – Deputatdan nazirə sərt sözlər


“Sevil Nuriyeva ingilis dilindən 50 romanı dilimizə tərcümə edib. 70-dən artıq Azərbaycan müəllifinin əsərini ingilis dilinə peşəkarlıqla çevirib. Azərbaycanda yüksək peşəkarlığı olan tərcüməçi defisiti var, adam iki qız övladı ilə (bu övladlardan biri də doğuşdan fiziki qüsurludur) 59 yaşında kirayələrdə çürüyür, ölkəmizi intellektual fəaliyyəti ilə dünyada uğurla təmsil edir, kimsənin vecinə deyil”.

“Toy müğənnisini təltif edir, amma…“ – Deputatdan nazirə sərt sözlər


Bu sözləri millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O, həm tanınmış tərcüməçisi Sevil Nuriyevanın (Sevil Gültən) problemini gündəmə gətirdiyini, həm də mədəniyyət siyasətində nöqsanların bəzilərini sadaladığını qeyd edib:

“100-dən artıq ziyalı ölkə prezidentinə onun mənzil probleminin həlli ilə bağlı müraciət edib. Ümid edirəm ki, bu müraciətə yaxın zamanlarda müsbət cavab veriləcək. Ancaq düşündürücü budur ki, niyə indiyədək hər bir toy müğənnisinə (əsl sənət adamına deyil ha!) ev və ya təltif üçün müraciət edən mədəniyyət naziri ölkədə barmaqla sayılacaq bir tərcüməçinin taleyi ilə maraqlanmayıb? Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək?”

Millət vəkilinin sözlərinə görə, eyni şey musiqi məktəbləri ilə də bağlıdır. O, Zabrat qəsəbəsində cəmi bir musiqi məktəbinin olduğunu, onun da yerləşdiyi binanın hər an uça biləcəyini qeyd edib:

“Ərtafdakı 4 böyük qəsəbədə yaşayan insanlar uşaqlarını musiqi təhsili almaq üçün bu məktəbə gətirməlidirlər. Çıxış yolu olaraq düşünüblər ki, məktəbi Maştağada yerləşən Mədəniyyət evinə köçürsünlər. İndi təsəvvür edin, Zabrata gəlməkdə çətinlik çəkən əsasən yoxsul ailələrin uşaqları Balaxanıdan, Zabratdan, Kürdəxanıdan, Məhəmmədidən Maştağaya necə gedib-gələ biləcəkdir? Bu qədər mədəniyyət profilli obyektlər tikilir, çətindirmi ki, övladlarımızın normal musiqi təhsil ala biləcəyi məktəblə təmin edək?”. /BakuPost.az/
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib