“Süqut” yoxsa “Vüsalı hicrana dönən bəylər” ?

Dəyərli oxucum,əvvəlcədən onu deyim ki, yazıda sizlərlə hər hansı statistik və ya xronoloji məlumatları bölüşmək fikrim yoxdur. Tarixi faktlarla zəngin video materialı yazımın sondunda istifadənizə verəcəyəm.
Mövzumuzun başlığını seçərkən xeyli düşünməli oldum. Amma, hər 2 başlığın heç birindən vaz keçə bilmədim. Çünki bu yazımızda daha bir, bəlkədə şanlı tariximizin birinci səhifəsinin qara sonluğuna nəzər yetirməli olacağıq.
Nə az, nə çox, düz 100 il bundan öncə, bu anlardaca, şanlı tarix səhifəmiz olan Azərbaycan Xalq Cümhuriyyəti adlı bir varlıq öz varlığı ilə yoxluğu arasında ölüm-dirim savaşını aparmaqda idi. Bu anlardaca, “ bu bəylərin ”, bütün həyatlarını və ruhlarını xərcləyərək qurduqları məmləkətin- hələ 2 yaşı tamam olmamış "körpələrinin" varlığına öz əlləri ilə son qoymağa vadar ediləcəyi bir an yaşanırdı.
Axı kim öz qurduğunu uçurardı ?
Əlbəttə ki, ” vüsalı hicrana dönmüş bu bəylərdən ” başqa heç kim. Axı, kimin ağlına gələrdi ki, 23 ay əvvəl böyük ruh yüksəkliyi ilə qurduqları, bir tikəsinə belə kəm baxmadıqları, uğrunda bütün məşəqqətlərə dözməyə hazır olduqları, işıqlı gələcəyini qurmaq üçün çətin günlərdə özlərinə düşəcək əmək haqqından belə, imtina edərək, daha çox ehtiyaclılarına bağışladıqları bu varlığı bir zaman gələcək ki, öz əlləri ilə elə beşiyindəcə məhv edəcəklər. O, varlıq ki, Birinci Cahan Müharibəsi adlı fırtınanın təzəcə başa çatdığı bir tarixi şəraitdə, millətimin adını- Azərbaycan adını ilk dəfə tarixə yazdı. Dünya miqyasında millətimin varlığını sübut edərək, dünya xalqları siyahısına əlavə etdirən bu varlıq indi, can verməkdədir.
Axı, M.Ə.Rəsulzadə haradan biləydi ki, tarixin üzü dönük çıxacaq. Onun milləti önündə, adı kimi əminliklə söylədiyi “Bir kərə yüksələn bayraq, bir daha enməz ” şüarı 23 ay sonra boş vəddən başqa bir şey olmayacaq.
Axı, haradan biləydi ki, uğrunda canlarını belə, fəda etməyə hazır olduqları bu vətəndə onlar “ vətən xaini ” damğası alacaqlar.
Axı haradan biləydi ki, özü və silahdaşları bu vətəndən didərgin düşəcəklər. Axı haradan biləydi ki, özləri kimi, ruhları da, bu vətənin həsrətini kənardan çəkəcək.
“Azərbaycan Demokratik Respublikası” adlı körpəsinin beşiyini düşmənə- Sovet Rusiyasına təhvil verərkən, əsl həqiqətin millətinə də, ayan olsun deyə, son iclasın açıq keçirilməsini, parlamentin qapılarının insanların üzünə açıq olmasını belə, istədi bu bəylər.
Ancaq, nə fayda... Artıq gec idi. Bəli, çox gec. İş-işdən keçmişdi.
23 ay əvvəl vüsala qovuşduqlarını zənn edən bu bəylərin hicran çağı artıq qapının astanasında idi...
Başınız sağ olsun bəylər!
Başın sağ olsun millət...
İndi isə deyirəm:Rahat uyuyun, bəylər!
Axı, tarix sizin qisasınızı, düz 71 il sonra, özü-özündən aldı. Sizlərin millətiniz önündə qaldırdığınız “ Bir kərə yüksələn” bayraq axı ,yenidən səmalarda azad bir quş kimi süzür və ya dalğalanır .
Özü də, təkcə vətənimin üzərində yox... Sizin görmək istədiyiniz səmalarda da...
Hazırladı: Xəbərçi.İnfo xəbər portalının bölgə müxbiri Xəyal Əliyev
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi