Varlanmaq istəyənlər üçün 10 kitab
Medeniyyet
Oxunub: 647
11 apr 2020 | 20:00
Varlanmaq istəyənlər üçün 10 kitab


Dünyanın bir çox şəhərlərində hazırda koronavirus pandemiyası ilə əlaqədar karantin tətbiq olunur, əməkdaşlar məsafəli iş rejiminə keçirilir, insanlarda əlavə boş vaxt yaranır ki, bunu da fayda ilə, məsələn, kitab oxumaqla keçirmək olar.

“Personal Finance Insider”in mütəxəssisləri şəxsi maliyyə üzrə ən yaxşı kitabların siyahısını hazırlayıblar:

“Zənginliyə doğru asan yol”, C.L.Kollinz

Bu kitab maliyyə müstəqilliyinə nail olmağa imkan verən praktiki vəsaitdir. Kollinz kitabında qənaət və maliyyə sahəsində uğur əldə etmək üçün kifayət qədər sadə yollar təklif edir.

“Mən sizə necə varlanmağı öyrədəcəyəm”, Ramit Sethi

Kitab oxuculara şəxsi maliyyəni altı həftə ərzində sahmana salmağa kömək edən əsl master-klasdır. O, ilk növbədə 20-35 yaş arasında olan şəxslər üçün nəzərdə tutulub.

“Düşün və varlan”, Napoleon Hill

Kitab ilk dəfə 1937-ci ildə nəşr olunsa da, indiyədək aktuallığını saxlayır. Əsər həyatın, demək olar, bütün sahələrində uğur qazanmağa kömək edir.

“Müflis olmuş millenial” (Broke Millennial), Erin Louri

Erin Louri kitabında pulu müxtəlif məqsədlər üçün necə yığmaqdan yazır. Əsərin əsas ideyası ondan ibarətdir ki, hər məqsəd üçün ayrıca hesab açmaq və ora pul qoymaq lazımdır.

“Anan və atandan daha erkən pensiyaya çıx” (Retire Before Mom and Dad), Rob Berqer
Rob Berqer şəxsi maliyyə məsələləri üzrə məsləhətçidir. O, öz kitabında əsas gəlir mənbəyi əmək haqqı olan adi insanların maliyyə müstəqilliyini necə əldə edə biləcəyi barədə danışır.

“Avtomatik milyoner”, Devid Bax

Devid Baxın bu kitabı maliyyə təhlükəsizliyi üçün real vəsaitdir. Bax avtomatik qənaət etməyin zəruriliyi barədə ətraflı məlumat verərək bildirir ki, bu halda insanlar özlərini bir növ təhlükəsizlik balışı ilə təmin etmiş olurlar.

“Qadın səndən çox qazananda”, Farnuş Torabi

İran əsilli amerikalı jurnalist Farnuş Torabi artıq bir neçə ildir ki, maliyyə savadlılığı haqqında kitablar yazır, oxuculara sərmayə qoyuluşu və şəxsi maliyyənin idarə olunması məsələlərini araşdırmağa kömək edir.

“Qadın və Pul” (Woman&Money) Syuzi Orman

Syuzi Orman karyerasına başlayan gənclər üçün məsləhətlər vermək üzrə ixtisaslaşmış maliyyə konsultantıdır. Orman şəxsi maliyyəyə həsr olunmuş bir neçə kitabın müəllifidir.

“Maliyyə pəhrizi”, Çelsi Faqan və Louren Ver Heyc

Bu kitab maliyyəni düzgün bölməkdən, eləcə də qənaət etməyə və bu zaman həyat keyfiyyətini pisləşdirməməyə imkan verən “maliyyə pəhrizinə” necə oturmaqdan danışır.

“Pul kisəsi, yoxsa həyat”, Viki Robin

Viki Robin kitabında oxucuya maliyyə müstəqilliyini necə əldə etməyi öyrədir. Bundan əlavə, o, kisənizdə nə qədər pul olmağından asılı olmayaraq maddi cəhətdən yaxşı həyat sürmək barədə danışır.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi