“Evdə qalaq, bilgi alaq” – QHT Şurası və Real TV birgə kampaniyaya başlayır
Medeniyyet
Oxunub: 682
7 apr 2020 | 17:16
“Evdə qalaq, bilgi alaq” – QHT Şurası və Real TV birgə kampaniyaya başlayır


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Real TV ilə birlikdə aprelin 7-dən etibarən “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başlayır.

Bu barədə QHT Şurasından məlumat verilib. Xəbərdə qeyd edilir ki, kampaniya çərçivəsində günaşırı olaraq QHT rəhbərlərinin və tanınmış şəxslərin iştirakı ilə müxtəlif mövzularda ictimai müzakirələr təşkil olunacaq: “İlkin olaraq 10 istiqamət üzrə müzakirələrin mövzuları (siyahı əlavə olunur) müəyyən olunub. Digər mövzular isə QHT-lərin və vətəndaşların istək və təklifləri əsasında formalaşdırılacaq. İctimai müzakirələrin moderatoru və qonaqları barədə öncədən məlumat veriləcək. QHT rəhbərlərindən maraqlı ideya və təkliflər gözləyirik.

İlk ictimai müzakirə aprelin 7-si saat 15:00-da “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevin moderatorluğu ilə “Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyətlə bağlı məlumatlandırma” mövzusunda keçiriləcək. Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova, Addım Gənclərin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Kamil Həmidov və “Gənc psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruc canlı yayımda mövzu ilə əlaqədar çıxış edəcək həmçinin, vətəndaşların suallarını cavablandıracaqlar.

(https://us04web.zoom.us/j/343587800?fbclid=IwAR2plAuzD wiDN1LopPWmL5T1_0oxaSDQ1sBnzLBFVTXeGgGHsTZDLGHvSo)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Evdə qalaq, bilgi alaq”onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasının İş Planı

1. 07.04.2020 15:00 Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma
2. 09.04.2020 15:00 Koronavirusla bağlı tibbi maarifləndirmə
3. 11.04.2020 15:00 Post koronavirusun dünya düzəninin dəyişməsinə təsiri
4. 13.04.2020 15:00 4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar
5. 15.04.2020 15:00 Sosial şəbəkələr başlıca kommunikasiya vasitəsi kimi özünü nə qədər doğrultdu?
6. 17.04.2020 15:00 Şuranın maliyyə dəstəyi ilə hazırlanmış filmlərin yaradıcı heyətləri ilə görüş və müzakirələr
7. 20.04.2020 15:00 Şuranın maliyyə dəstəyi ilə hazırlanmış kitabların müəllifləri ilə görüş və müzakirələr
8. 22.04.2020 15:00 Mədəniyyət və incəsənət xadimləri ilə görüşün təşkili
9. 24.04.2020 15:00 Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş
10. 27.04.2020 15:00 Azərbaycanın milli mətbəxinin tarixi haqqında müzakirələr.”
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi