Sabahdan etibarən İTV-də Aprel döyüşlərindən bəhs edən “4 gün” serialının nümayişi başlayır
Medeniyyet
Oxunub: 928
31 mar 2020 | 23:44
Sabahdan etibarən İTV-də Aprel döyüşlərindən bəhs edən “4 gün” serialının nümayişi başlayır


Batur Emin Akyel: Başda Aprel döyüşlərinin şəhidləri olmaqla bütün şəhidlərə olan borcumuzun bir hissəsini bu serial vasitəsilə ödəyə bilmək imkanımız olduğu üçün çox şadam

Sabahdan etibarən İctimai TV-də 2016-cı ilin Aprel döyüşlərindən bəhs edən serialın nümayişi başlayır. Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən “4 gün” adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılıb.
Bunu “Yeni Azerbaycan”a filmin rejissoru Batur Emin Akyel deyib.
“Məlum olduğu kimi 2016-cı ilin Aprel döyüşləri tarixə Azərbaycan əsgərlərinin şücaəti, Azərbaycan Ordusunun qələbəsi ilə düşüb. Lakin ermənilər hər məsələdə olduğu kimi, bu məsələdə də manipulyasiya etməyə cəhd göstərirlər. Məhz bu məqsədlə də, yəni, həmin döyüşlər barədə beynəlxalq ictimaiyyətə yanlış məlumat ötürmək üçün ermənilər hətta bir-iki film də çəkiblər. Biz də belə qərara gəldik ki, 2016-cı ilin Aprel döyüşləri haqqında əsl həqiqətlərdən, bu döyüşlərin gercək qəhrəmanlarından bəhs edən bir film çəkək” deyən Batur Emin Akyel İTV-nin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə layihəsi olan “4 gün” serialının çəkilişi ilə bağlı Aprel döyüşlərində iştirak etmiş bir çox hərbçilərlə söhbətlər aparıldığını, bu məsələdə xüsusi olaraq generallar Hikmət Həsənovun və Mayis Bərxudarovun böyük dəstək verdiklərini deyib.
Serialın gələcəkdə Türkiyə başda olmaqla bir sıra xarici ölkədə nümayiş etdirilə biləcəyini söyləyən rejissorun sözlərinə görə, çəkilişlər üçün Türkiyədən də texniki heyətin dəvət olunduğu filmin bütün aktyorları azərbaycanlılardır:”Serialın texniki və aktyor heyəti gecə-gündüz bilmədən tam məsuliyyətlə çalışdı. Təbii ki, zəhmətimizə dəyərli tamaşaçılar qiymət verəcək. Amma başda Aprel döyüşlərinin şəhidləri olmaqla bütün şəhidlərə olan borcumuzun bir hissəsini bu serial vasitəsilə ödəyə bilmək imkanımız olduğu üçün şəxsən mən öz adıma çox şadam”.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi