Dəstamaz infeksiyadan qorumur, spirt isə… – Hacı Şahin

Dəstəmazın insanı infeksiyadan qoruması yanlış fikirdir. Dəstəmaz bir ibadətdir və namaz qılmaq üçün alınır.
Bu sözləri Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin İTV-nin efirində yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib. İlahiyyatçı bildirib ki, hər bir insan öz sağlamlığına görə Allah qarşısında məsuliyyət daşıyır:
“Quranda açıq şəkildə buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar düşünür ki, Allah məni qoruyar, ölüm nə zaman gələcəksə, o zaman da öləcəyəm. Ancaq bu, tamamilə yanlış fikirdir. Çünki insan alın yazısına məhkum bir varlıq deyil. İnsan öz davranışları nəticəsində müəyyən cəzalara məhkum olur. Təbii ki, insan ağılsız bir hərəkət edirsə, ağılsız şəkildə davranırsa və düşünürsə ki, Allah məni qoruyacaq, səhv edir. Burada vurğulanmalı məsələ belədir ki, əgər bir insan özünün və yaxınlarının həyatı üçün təhlükə yaradırsa, o, Allah dərgahında qatil sayılır. Əgər bir insan özünü qorumayıb xəstəliyi yayırsa, bu xəstəlik də kiminsə ölümünə səbəb olursa, bu, günahdır və bir insanın ölümündə günah qazanmaqdır. Ona görə dinimizin də tələblərinə uyğun olaraq insan mövcud olan təhlükədən qorunmalıdır, əgər qorunmursa, o, qanun qarşısında da, cəmiyyət və Allah qarşısında da məsuliyyət daşımış olur”.
Hacı Şahin bildirib ki, koronavirus infeksiyasının yayılması səbəbilə spirtdən istifadə etməyin dinlə heç bir ziddiyyəti yoxdur:
“Din bununla bağlı hər hansısa bir qadağa tətbiq etmir. Spirtdən dezinfeksiya məqsədilə istifadə etmək spitli içki qəbul etmək demək deyil. Spirtdən dezinfeksiya məqsədilə istifadə etmək dinimizdə heç bir şəkildə qadağan edilməyib, bunu tam məsuliyyətimlə deyirəm. Bu gün Azərbaycanda koronavirusla bağlı tətbiq edilən qanun və qaydalar dinimizlə təzad təşkil etmir. Bütün kütləvi tədbirlərin qadağan edildiyi, təxirə salındığı bir zamanda bir qrup şəxsin bir yerə yığılaraq ibadətlə məşğul olması da düzgün deyil və bu elan edilən qaydaların pozulmasıdır”. (axar.az)
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi