"Az-Granata"da təlim və mükafatlandırma görüşü keçirilib
Regionun ən böyük şirə və şərab istehsalçılarından biri olan “Az-Granata” MMC-nin satış və marketinq departamentinin təşəbbüsü ilə şirkətə məxsus ölkə üzrə 70 firma mağazalarının müdirləri ilə təlim və mükafatlandırma məqsədli görüş keçirilib.
Xeberci.info Redaktor.az-a istinadən xəbər verir ki, 28 fevral tarixində “Landmark Hotel”-in konfrans zalında təşkil edilən görüşdə “Az-Granata” şirkətinin satış və logistika mərkəzinin rəhbəri Rafiq Vəliyev tərəfindən təlim keçirilib. Təlimin əsas məqsədi davamlı inkişaf edən “Az-Granata” şirkətinin bütün xidmət sahələrində olduğu kimi firma mağazalarında da göstərilən xidmətlərin təkminləşdirilməsi olmuşdur. Daha sonra 2019-cu ilin yekunlarına dair satış hesabatlarına əsasən böyük həcmli satışlar etmiş bir neçə mağaza müdirlərinə müxtəlif mükafatlar verilmişdir.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumatda qeyd edilir ki, firma mağazası açmaq və mağazaların sayını durmadan artırmaq böyük məsuliyyət tələb edir. Bu məsuliyyət ondan ibarətdir ki, istehsalçı olaraq istehsal etdiyin hər bir məhsulun keyfiyyətinə mütləq əmin olmalısan. Bu əminlik olmadığı halda çox sayda mağaza açmaq, onları işlək vəziyyətdə saxlamaq mümkün olmaz.
Həmçinin firma mağazalarının fəaliyyətinin istehsalçı şirkətə və istehlakçıya müsbət tövhələri var.
“Az-Granata” firma mağazalarının hər birində ən azı 2 insan işlə təmin edilmiş olur ki, bu da mağazaların olmasının və artmasının ən xeyirli tərəfidir.
Firma mağazalarının hər biri şirkətin həmin bölgədə nümayəndəsi, siması bir sözlə desək reklamıdır. “Az-Granata” məhsullarının qısa zamanda istehlakçılar tərəfindən tanınmasında “Az-Granata” firma mağazalarının rolu böyükdür.
“Az-Granata” istehsalı olan məhsulları “Az-Granata” firma mağazalarından alan istehlakçıların heç bir halda saxta malla qarşılaşması mümkün deyil. Ona görə ki, “Az-Granata” firma mağazalarında olan məhsullar yanlız “Az-Granata” şirə və şərab emalı zavodunda istehsal edilərək qablaşdırılan məhsullardır.
Bundan başqa, “Az-Granata” firma mağazalarında satılan məhsullar yalnız şirkətin təyin etdiyi qiymətlərlə istehlakçılara təqdim edilir.
Firma mağazalarının fəaliyyətlərinin digər bir üstün cəhət odur ki, istehlakçıya maraqlandığı hər bir məhsul haqqında satıcı dolğun və dəqiq informasiya verə bilir.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi