Ağsu rayonunda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub

Xeberci.info xəbər verir ki, Ağsu rayonunda Xalq artisti Əlibaba Məmmədovun 90 illiyi münasibətilə uşaq musiqi məktəbinin təşkilatçılığı, rayon icra hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə musiqisevərlərə geniş konsert proqramı təqdim olunub. Şəhər mədəniyyət sarayında təşkil olunan konsertdə yüzlərlə tamaşaçı iştirak edib.
Uşaq musiqi məktəbinin xanəndəlik şöbəsinin müdiri və müəllimi, Əlibaba Məmmədovun yetirməsi Kamil Ağayev böyük sənətkarın həyat və yaradıcılığı barədə danışıb. Vurğulayıb ki, 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində dünyaya göz açan Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb. Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkar özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti ilə xalqın sevgisini qazanıb.
K.Ağayev “Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına diqqəti cəlb edərək, bu Sərəncamın dövlət başçısının Azərbaycan mədəniyyətinə, tanınmış sənət adamlarına diqqət və qayğısının nümunəsi kimi dəyərləndirib, bunun üçün Prezidentə musiqiçilər adından minnətdarlığını bildirib.




Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi