Elza Seyidcahan: “Məni taxta ilə döyürdülər, qadının alt paltarından da bülleten çıxdı” – VİDEO
Medeniyyet
Oxunub: 702
17 fev 2020 | 14:18
Elza Seyidcahan: “Məni taxta ilə döyürdülər, qadının alt paltarından da bülleten çıxdı” – VİDEO


«Məni və bacımı taxta parçası ilə döydülər. Mənə əl qaldıran şəxs özü mənim tanışımdır. Bizə hücum edənlər indi «bizi bağışlayın» deyə xəbər göndərirlər. Toplu bülleten atanda gördük. Hətta qadının alt paltarından belə bülleten çıxdı. Videoya da çəkmişik»

Bu sözləri əməkdar artist Elza Seyidcahan Space TV-də yayımlanan Amil Xəlilə “Olar Olmaz” verilişinə müsahibəsində deyib.

Teleaparıcıya ilk dəfə baş verənlərdən danışan Elza Seyidcahan bundan sonra seçkilərə qoşulmayacağını da qeyd edib. «Bu gün anamdan və ailəmdən üzr istəyirəm. Məni bağışlasınlar. Eybi yox qoy seçilənlər Milli Məclisdə əyləşsinlər. Mən onsuz da ömürlük millət vəkili kimi doğulmuşam.»

Əməkdar artist seçki ərəfələrində ona qarşı təxribatlardan da söz açıb. «Mənim adımdan şeirlər yazdılar. Guya ki, mən seçkilərə aid şeir yazıram.Əsla belə şey olmayıb.

Amil Xəlil Elza Seyidcahanın evindən də görüntülər yayımlayıb. Bir otağın içində həm uşaq otağının, həm də yataq otağının olmasına toxunan aparıcı bu barədə əməkdar artistə sual ünvanlayıb. Cavab isə çoxlarını təəccübləndirib.

«Amil mən hələ 2015-ci ildə seçkilərə xərclədiyim pulları geri qaytara bilməmişəm. Hələ də borcum var. Allah şahidimdir ki, bu il də nə qədər pul xərclədim. Qərargah yaratdım. Bəli, mənim maşınım da bankdadır. Borcum çoxdur. Bu evə də şükür. Ağlamamışam deyə heç kim bilməyib. Yanımda qızım, əri, uşaqları, bacılarım qalır. Əsas odur ki,canımız sağlamdır» deyə Seyidcahan bildirib.

Qeyd edək ki, bu gün 12:20 də onun daha bir açıqlamasının yayımlanacağı gözlənilir. Xatırladaq ki, 9 fevral növbədənkənar parlament seçkilərinə nəmizədliyini irəli sürən Elza Seyidcahan seçki günü döyüldüyünü bildirmişdir.



(azxeber.com)
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi