Polad Bülbüloğlu əsgər paltarını geyindi, 75 illiyini səngərdə qeyd etdi

Görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Xalq artisti Polad Bülbüloğlu, qızı Leyla, oğlu, gənc dirijor Murtuza, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, general-mayor Mais Bərxudarov, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin başçıları əvvəlcə N saylı hərbi hissəyə gəliblər. Qonaqlar hərbi hissədə əsgər və zabitlərin xidməti ilə maraqlanıb, ideoloji otaq, yataqxana, ərzaq anbarı, yeməkxana ilə tanış olub, əsgərlərlə birgə nahar ediblər.
Əsgərlər qarşısında çıxış edən Polad Bülbüloğlu onlara xidmətlərində uğurlar arzulayıb, qələbənin bizim olacağına inamını ifadə edib. Onu “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən P.Bülbüloğlu deyib: "Bu, mənim üçün çox böyük bir mükafatdır. Ömrümün sonunadək çalışacağam ki, bu ordenə layiq olum".
Xalq artistinə hərbi hissənin xatirə hədiyyəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Lələtəpə fatehləri" kitabı təqdim olunub. Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının çıxışları maraqla qarşılanıb. Polad Bülbüloğlu əsgərlərlə həmsöhbət olub, onlarla birgə rəqs edib.
Hərbi hissədə olarkən jurnalistlərə müsahibə verən Polad Bülbüloğlu deyib: “Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görünür. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlərkeçirək. Xarı Bülbül festivalını yenidən təşkil edək”.
75 illik yubileyini cəbhə bölgəsində qeyd etməsindən danışan Polad Bülbüloğlu deyib: “Biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Dünən Prezidentimiz mənə "Heydər Əliyev" ordenini təqdim etdi, ünvanıma çox gözəl sözlər dedi. Mən də fürsətdən istifadə edərək işimə, yaradıcılığıma qiymət verdiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da “Instagram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”.
Həmin gün Beyləqan Olimpiya İdman Kompleksində Polad Bülbüloğlunun “Gəl, ey səhərim!” adlı konserti olub. Əvvəlcə Xalq artistinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinlədiyi mahnıları səslənib. Gecədə Polad Bülbüloğlunun oğlu Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin "Rapsodiya"sı təqdim olunub.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi