Ağsu rayonunda 2 fevral – Gənclər Günü qeyd olunub
Medeniyyet
Oxunub: 972
3 fev 2020 | 14:54
 Ağsu rayonunda 2 fevral – Gənclər Günü qeyd olunub


Xeberci.info xəbər verir ki, Ağsu rayonunda 2 fevral – Gənclər Günü təntənəli şəkildə qeyd olunub. Yığıncaq iştirakçıları öncə şəhərin mərkəzində, Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirəzliyeva, gənclər və idman idarəsinin rəisi Azər Kərimli, idarənin baş məsləhətçisi Firəngiz Məmmədova, YAP gənclər təşkilatının sədri Elnur Fərzəlizadə və başqaları Prezident İlham Əliyevin imzaladığı, gənclərin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyəti olan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası haqqında” Sərəncamından danışıb, dövlətin, cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsinin əsrlərboyu xeyirxahlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadan hər bir azərbaycanlı, xüsusilə gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılandığını diqqətə çatdıran çıxışçılar bu humanist təşəbbüsün ağsulu gəncləri də fəallaşdırdığını, gənc könüllülərin sıralarının gündən-günə artdığını diqqətə çatdırıblar.
Çıxışlarda gənclərlə iş sahəsində rayonda həyata keçirilən tədbirlərdən də ətraflı bəhs olunub. Ağsulu gənclərin idman uğurlarından danışılaraq qeyd olunub ki, ötən il idmançılar taekvondo, boks, sərbəst güləş və kikboksinq idman növləri üzrə ölkədaxili yarışlarda 40 qızıl, 21 gümüş və 33 bürünc olmaqla, ümumilikdə, 94 medal qazanıblar. Beynəlxalq yarışlarda isə idmançılar 20 qızıl, 11 gümüş, 14 bürünc medal olmaqla, 45 medal əldə ediblər.
Sonda rayonun ictimai-siyasi, idman həyatında fərqlənən bir qrup gənc mükafatlandırılıb.

 Ağsu rayonunda 2 fevral – Gənclər Günü qeyd olunub Ağsu rayonunda 2 fevral – Gənclər Günü qeyd olunub Ağsu rayonunda 2 fevral – Gənclər Günü qeyd olunub Ağsu rayonunda 2 fevral – Gənclər Günü qeyd olunub
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi