Aybəniz Haşımovadan duyğulu mesaj — Sən doğrudan böyüdün, qızım?
Medeniyyet
Oxunub: 489
1 fev 2020 | 09:44
Aybəniz Haşımovadan duyğulu mesaj — Sən doğrudan böyüdün, qızım?


Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın sabah qız toyu olacaq.
"Ötən həftənin bazar günü fitnes müəllimi Kənan Əliyevlə nikaha girən Aynişanla bağlı anası sosial media hesabında səmimi və duyğusal paylaşım edib.

“Bu da ömrümün son, ən böyük imtahanı. Səni sevdiyinin mənzilinə yola salıram, qızım. Bilmirəm ürək sözlərimi, arzularımı haradan başlayıb, harada bitirim. Titrəyən əllərim hərflərin əlində bahar yelinə bənzəyir. Özüm isə donmuşam. Nə baş verir? Sən doğrudan böyüdün, qızım? Yoxsa mən qocalmışam? Əllərim niyə belə əsməyə başladı? Yoxsa səni 28 il qucağımdan, bağrımın başından qoparıb...
Nə yaman çətinmiş sən demə... Həyatın ən çətin imtahanı buymuş. Hər səhər yuxudan oyadanda, ayaqlarının altında ölməsəm, ürəyim rahat olmurdu balam. Sənin doğum günün, doğum günümə çevrilən balam. Ən böyük sevgilim. Bilirsən? Sən mənim ürəyimdə məskən quranda ürəyimdə dedim: “Sən mənimsən, mənim”

Səni bütün günü sevdim. Əlini sevdim, üzünü sevdim, gözlərini, o bapbalaca vuran ürəyini sevdim. Hal-hazırda bu sətrləri göz yaşlarımda boğularaq yazıram. Amma qurban olum, sən ağlama. Sən heç vaxt ağlama. Sənin gözlərindən sevinc yaşları axsın. Bilirsən niyə kövrəldim? Çünki bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi. Şükür bu günə. Allah sayəndə Kənan kimi dəyərli bir oğul bəxş etdi mənə. Şükür ki, igidin əmanətini igidə əmanət edirəm. Kənan, balama yaxşı bax, oğlum. O, mənim varım-yoxum, bircə balamdır. Allah sizi xoşbəxt etsin”.

Qeyd edək ki, cütlüyün oğlan toyu fevralın səkkizində paytaxt restoranların birində baş tutacaq. Bir çox sənət adamlarının və məşhur simaların iştirak edəcəyi hər iki məclis mediaya qapalı keçiriləcək. (oxu.az)
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib