Vətənin başlanğıc nöqtəsi — Azərbaycan sərhədçilərinin keçdiyi şərəfli yola nəzər
Medeniyyet
Oxunub: 511
16 dek 2019 | 17:20
Vətənin başlanğıc nöqtəsi — Azərbaycan sərhədçilərinin keçdiyi şərəfli yola nəzər


Təsadüfən deyilmir ki, Vətən sərhəddən başlayır. Əgər bir dövlətin sərhəddi etibarlı əllərdədirsə, gözlənilən istənilən təhlükəni dəf etmək zamanında mümkün olacaq. Əminliklə demək olar ki, bu gün Azərbaycan dövlət sərhədlərinin etibarlı müdafiəsi, gözlənilən təhdidlərin aradan qaldırılması üçün ciddi işlər görülür. Dövlət sərhəddinin müdafiəsinin etibarlı şəkildə qurulması ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasətin əsas prioritetini təşkil edir. Bu siyasətin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun siyasəti nəticəsində həm dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin etmək mümkün olub.
Azərbaycanın sərhəd mühafizəsinin tarixi çox qədim olsa da, sərhəd mühafizəsi ilə bağlı ilk rəsmi sənəd isə 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Demokratik Cümhuriyyəti dövründə hazırlanıb. Belə ki, 1919-cu il avqustun 18-də «Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında» qanun qəbul olunub. Lakin 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olduqdan sonra Azərbaycan sərhədləri SSRİ sərhədçiləri tərəfindən qorunmağa başlanıb. Sovet dövründə Azərbaycanın İran və Türkiyə ilə sərhədləri sərhədçilər tərəfindən qorunub.

1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra ilk görülən işlərdən biri sərhədlərin mühafizəsi olub. Bu məqsədlə 1991-ci il dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi təsis edilib və ölkəmizin sərhədlərini milli qüvvələrimiz qorumağa başlayıb. Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradılmasına baxmayaraq, Azərbaycan sərhədlərini hələ də Rus sərhədçiləri mühafizə edirdi. Rus hərbçiləri 1993-cü il martın sonu - aprelin əvvəllərində Azərbaycanı tərk etdikdən sonra Azərbaycan sərhədçiləri dövlət sərhədlərində tam nəzarəti ələ keçirməyə başlayıb. Bu proses heç də asan başa gəlməyib. Həmin dövrdə Azərbaycan Respublikasının Sərhəd Qoşunları ciddi problemlərlə üzləşmişdi. Belə ki, İran və Türkiyə ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğular dağıdılmış, hərbi texnika və digər maddi-texniki vasitələr yararsız hala salınmışdı. Növbəti ciddi məsələ Azərbaycanın Ermənistan, Gürcüstan, Rusiya ilə quru sərhədlərinin, Türkmənistan və Qazaxıstanla dəniz sərhədləri olmaması idi. Bu isə həddən artıq ağır və mürəkkəb bir proses olmaqla yanaşı, vaxt tələb edən bir proses idi. Bura ixtisaslı kadrların çatışmazlığını və Ermənistanın Azərbaycana təcavüzünün davam etməsini əlavə etsək, o zaman vəziyyətin nə qədər mürəkkəb olduğunu müəyyən etmək olar. Ermənistan Azərbaycanla İran sərhəddində yerləşən rayonlarını işğal etməsi nəticəsində dövlət sərhədinin 132 kilometr sahəsinə nəzarət etmək hələ də qeyri-mümkündür.

Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan dövlət sərhəddinə nəzarəti həyata keçirmək üçün lazımı işlər görürdü. Odur ki, Azərbaycanın müstəqilliyinin ilk illərində dövlət sərhədinin mühafizəsi əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilərək, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri uyğunlaşdırılmış binalarda, vaqonlarda yerləşdirilirdi.

Ancaq o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan dahi öndər Heydər Əliyevin iradəsi, qətiyyəti və nüfuzu sayəsində yalnız muxtar respublikadakı sərhəd infrastrukturları qorunub saxlanıldı və sovet sərhədçiləri hərbi texnika və vasitələri bütünlüklə təhvil verərək ölkəni tərk etdilər.
Məhz Ulu öndərin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1992-ci ilin avqust ayının 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırıldı. Dövlət Sərhəd Xidmətinin yaradılmasına qədər bütün proseslər Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın ləyaqət və cəsarət simvoluna çevrilən Ulu Öndər müstəqil dövlətimizin sərhədlərinin qorunması, Sərhəd Qoşunlarının yaradılaraq formalaşdırılması proseslərini daim nəzarətdə saxlayaraq, bu sahənin müasir tələblər səviyyəsinə qaldırılması üçün müvafiq qərarlar verib. Nəticədə Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya sübut edilmiş, dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılıb.

Bu illərdə Dahi Öndər Heydər Əliyevin dövlət sərhədlərinin mühafizəsinə göstərdiyi diqqət, Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb edirdi. Dövlət sərhədinin müasir dövrün tələblərinə uyğun qurulması məqsədi ilə Ulu Öndər H.Əliyev 2002-ci il avqustun 31-də xüsusi bir sərəncam imzaladı. Bu sərəncama əsasən Dövlət Sərhəd Xidməti (DSX) yaradıldı. Bu sərəncam dövlət sərhədlərinin daha etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb edən sənəd olmaqla yanaşı, dövlət sərhədinin mühafizəsində yeni bir mərhələ hesab olunurdu. O dövrdə Dövlət Sərhəd Xidmətinin yaradılmasını zəruri edən amillər mövcud idi. Belə ki, Azərbaycanın sərhədləri yaxınlığında gedən mürəkkəb və ziddiyyətli proseslər milli təhlükəsizliyimizə ciddi təhdidlər yaradırdı. Əfqanıstanda, İraqda, Gürcüstanda və Dağıstanda ciddi gərginlik ocaqlarının mövcudluğu, rəqib xüsusi xidmət orqanlarının bu vəziyyətdən istifadə etmək cəhdləri ilə xarakterizə olunan əməliyyat şəraiti ölkəmizin sərhədlərinin daha mükəmməl şəkildə qorunmasını tələb edirdi. Digər tərəfdən İpək yolu və Şimal-Cənub kimi transkontinental nəqliyyat dəhlizlərinin, Şərqdən Qərbə doğru narkotrafik və qanunsuz miqrasiya kanallarının fəaliyyəti üçün ən əlverişli yolların ölkəmizin ərazisindən keçməsi müxtəlif transmilli kriminal təşkilatları mövcud şəraitdən öz məqsədləri üçün istifadə etməyə cəhd etməsi DSX-nın yaranmasını tələb edirdi.

Azərbaycan sərhədlərinin mühafizəsinin gucləndirilməsini vacib edən səbəblər sırasında 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasının üzvü olmağımızı, Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi zərurətinin mövcudluğunu, dövlətin gündən-günə artan iqtisadi qüdrətinin mühafizəsi və daxili bazarın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılmasının mühüm əhəmiyyət kəsb etməsini, ölkə sərhədlərinin tam mühafizə altına alınması məqsədilə zəruri maddi-texniki bazanın yaradılmasını xüsusi qeyd etmək olar.
Bütün bunlar Ulu öndər tərəfindən zərgər dəqiqliyi ilə ölçüb-biçilərək atıldı.
Hazırda DSX milli təhlükəsizliyimizi və dövlət müstəqilliyimizi qorumaqla paralel olaraq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli enerji layihələrinin, neft-qaz kəmərlərinin, nəyliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin etməklə paralel olaraq beynəlxalq terrorizmə, qanunsuz miqrasiyaya, silah-sursatın və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Bu müddət ərzində DSX dövlət sərhəddində effektiv nəzarəti həyata keçirmək, sərhəd nəzarətinin səviyyəsinin daha da yüksəldilməsi, ən müasir texnika, vasitə və avadanlıqlarla təchiz olunmasına, sərhədçilərin peşəkarlıq səviyyəsinin artırılmasına, xidməti-döyüş fəaliyyətinin gücləndirilməsinə, sosial problemlərin həllinə xüsusi fikir verilməsinə, sərhəd mühafizəsi işinin təkmilləşdirilərək dünya standartları səviyyəsinə qaldırılmasına, dünyanın qabaqcıl dövlətlərinin müvafiq qurumları ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasına diqqət yetirib və bu işdə ciddi uğurlar əldə edib. Dövlət Sərhəd Xidməti bu vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu gün fəxrlə demək olar ki, ölkəmizin hüdudlarının mühafizəsi istiqamətində böyük uğurlar qazanılmış, sərhədlərin qorunması sistemi xeyli təkmilləşdirilib və mühüm keyfiyyət dəyişikliklərinə nail olunub.

Həyata keçirilən bu məqsədli və uzaqgörən siyasət nəticəsində DSX-nın peşəkar kadr korpusu formalaşdırılıb, hər an döyüş hazırlığı səviyyəsində olan qoşunu, ən müasir döyüş texnikasına, helikopterlərə, artileriya qurğularına, raketlər, zenit-raket sisteminə, zirehli texnikalara malikdir.

Bu gün DSX Azərbaycanın Ermənistanla sərhədlərini nəzarət etməkdədir. Bu məqsədlə 2018-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhədinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi barədə qərar qəbul edilib. Qərarın icrası ilə bağlı olaraq “Qazax” əlahiddə sərhəd diviziyası yaradılıb. DSX-nin Ermənistanla sərhədləri nəzarətə götürülməsi nəticəsində Qazax istiqamətində sərhəd döyüş məntəqələrində döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

Azərbaycan sərhədçiləri Azərbaycan Silahlı Qüvvələrinin digər qoşun növləri ilə yanaşı, torpaqlarımızın işğaldan azad olunması istiqamətində gücünü səfərbər edib. Ermənistanla sərhəddə döyüş mövqelərinin irəli çəkilməsi, düşmə nəzarət altında olan ərazilərdə həyatın yenidən canlandırılması onu deməyə əsas verir ki, yaxın gələcədkə Azərbaycan sərhədçisi Ermənistnal bütün sərhəd bpyunca dövlət sərhəddini nəzarəti həyata keçirəcək.
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO