Növbəti əfv sərəncamı nə vaxt olacaq? – Komissiya üzvündən zamanla bağlı TƏXMİN
Medeniyyet
Oxunub: 440
11 dek 2019 | 18:17
Növbəti əfv sərəncamı nə vaxt olacaq? – Komissiya üzvündən zamanla bağlı TƏXMİN


Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi hesab edir ki, Azərbaycanda “sistemli” siyasi məhbus problemi var.

Komitə hakimiyyəti qeydiyyata alınmış hallara yenidən baxmağa çağırıb.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı gözlənilirmi?

Turkustan.info bildirir ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında əfv sərəncamının Novruz bayramı ərəfəsində veriləcəyini istisna etməyib:

Növbəti əfv sərəncamı nə vaxt olacaq? – Komissiya üzvündən zamanla bağlı TƏXMİN


“Son 5 ilin təcrübəsinə əsaslansaq, əfv sərəncamı bir qayda olaraq Azərbaycanın milli bayramı olan Novruz bayramında imzalanır. Yalnız 2018-ci ilin may ayında ölkə başçısı tərəfindən Cümhuriyyətimizin 100 illiyi ilə bağlı əfv sərəncamı verilib. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, əfv sərəncamını Novruz bayramında gözləmək ehtimalı daha böyükdür. Əfv Komissiyası üzrə katibliyi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektoru daim işləyir. Onlara hər gün, hər həftə məhkumlar, vəkillər, məhkumların nümayəndələri, millət vəkilləri, Ombudsman, eləcə də milli, beynəlxalq QHT-lər tərəfindən ərizə və müraciətlər daxil olur. Onlar hər bir müraciəri emal edib, hər bir ərizə ilə bağlı müvafiq tədbirləri görürlər. Bütün bu işlər hazır olandan sonra Əfv Komissiyası toplana bilər. Azərbaycan Konstitusiyasına görə əfv etmək Prezidentin səlahiyyəti olduğundan nə zaman verilməsini ölkə başçısı müəyyənləşdirir”.

AŞPA-nın qeyd etdiyi “Azərbaycanda sistemli siyasi məhbus” probleminə toxunan Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan iqtidarı ölkədə siyasi məhbus məsələsinin olmadığı qənaətindədir:

“Bütün hallarda Azərbaycanda əfv və amnistiya institutlarının tətbiqi imkan verir ki, məhkumlar daha tez bir zamanda azadlıqlarına qovuşsunlar. Ötən il bütövlükdə müxtəlif siyahılarda adı olan 52 məhkum əfv olunub. Bu məsələyə bir çox aspektdən qiymətləndirmə verilir. Əsas məsələ odur ki, fərq qoyulmadan istənilən məhkum əfv sərəncamına düşə bilir. Ayrı-seçkilik qoymaq da mümkün deyil. Çünki qanun bunu qadağan edir. Hər bir ərizə fərdi qiymətləndirilir. Bu gün kimin hansı formatda yanaşmasından asılı olmayaraq, əsas məsələ insanların azadlığa qovuşmaq şansının olmasıdır ki, bu, Azərbaycan Respublikası qanunvericiliyi ilə tam olaraq nəzərdə tutulub. Bundan əlavə kimlərsə hesab edirsə ki, onlar barədə məhkəmələrin qərarları ədalətli deyil, onların nəinki daxili müdafiə vasitələrindən, hətta xarici müdafiə vasitələrindən də istifadə etmək, o cümlədən Avropa İnsan Hüquq və Azadlıqları Məhkəməsinə müraciət hüququ var. Azərbaycan həmin məhkəmənin siyahısındadır və bununla bağlı müvafiq qərarlar qəbul olunur. Azərbaycan qanunvericiliyində bütün hüquqi imkanlar var. Mən hüquq müdafiəçisi olaraq çox istərdim ki, bizim həbsxanalarda ümumiyyətlə məhkum olmasın. Təbii ki, həyat və cəmiyyət varsa, qanundankənar hallar da baş verir. Əsas odur ki, qanun onu müdafiə etmək imkanını təmin edə bilsin”.

Alçina Amilqızı
Cebhe.info
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı