Özünü oyundankənar vəziyyətə salanlar — Mürtəza Bünyadlı
Medeniyyet
Oxunub: 426
9 dek 2019 | 18:18
Özünü oyundankənar vəziyyətə salanlar — Mürtəza Bünyadlı


Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə start verilməsi ilə ölkənin ictimai-siyasi həyatında bir canlanma müşahidə olunmaqdadır. Artıq seçkidə iştirak etmək istəyən siyasi qüvvələr, birliklər və müstəqil şəxslər seçkiyə hazırlaşır. Hətta bir çoxları namizədliklərini irəli sürməklə bağlı Dairə Seçki Komissiyalarına müraciət ediblər. Bəzi siyasi partiyalar isə partiya olaraq qatılmaq niyyətində olduğundan bu günlərdə Mərkəzi Seçki Komissiyasına müraciət edəcəklər və işlərini bu istiqamətdə qurub hazırlıqlarını görürlər. Ancaq ənənəvi müxalifətin radikal qanadı olan AXCP və Milli Şura seçkilərdə iştiraka tərəddüd edir. Özünü Azərbaycanın aparıcı və ya “ana müxalifəti” hesab edən bu kəsimi daha çox boykota köklənib.
Baxmayaraq ki, siyasi partiyanın əsas məramı seçkilərdə iştirak etməklə öz siyasi iddiasını təmin etməkdən ibarətdir. Demokratik, sivil mübarizə yolu ilə hakimiyyətə gəlişini və yaxud da qanunverici orqanda uğur əldə etməyin yeganə yolu seçkidən keçir. Qeyri-demokratik və qeyri-sivil metodlar, inqilablar isə qəbuledilməzdir. Biz son iki onillikdə qeyri-sivil, qeyri-demokratik və yaxudda rəngli inqilablar adı altında ölkələrdə baş verən hakimiyyət dəyişikliklərinin xalqlara və dövlətlərə necə baha başa gəldiyinin şahidi olmaqdayıq. Görürük ki, həmin ölkələrdə xaos, böhranlar dava hələ də davam etməkdədir. Odur ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Bunun üçün də yetərli siyasi gücə malik olmalısan.
AXCP və Milli Şura seçkinin guya demokratik olmayacağını bəhanə edib, daha çox boykot taktikasına meyllənməsinin bir adı var - uğursuzluğunu bu taktika ilə ört-basdır etmək. Ancaq ilk olaraq onu qeyd etmək lazımdır ki, hansısa siyasi qüvvə özünü ölkənin aparıcı qüvvəsi hesab edirsə, deməli, həmin qüvvənin ictimai-siyasi proseslərə yetərincə təsiretmə imkanına malik olmalıdır. Lakin bu gün Azərbaycanda uzun illərdir ki, real ictimai-siyasi proseslərə təsir gücünə malik yeganə siyasi qüvvə varsa, o da hakim Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan müxalifəti uzun illərdir ki, ölkədəki ictimai-siyasi proseslərə təsir imkan və mexanizmlərini itiriblər. Bunun da əsas səbəbi müxalifət düşərgəsinin düzgün taktika seçib mübarizə apara bilməməsidir. Müxalifətin son 20 ildən artıq müddətdə yürütdüyü səhv taktika nəticəsində hər zaman uğursuzluğa düçar olub. Biz bu gün də bu taktikanı müşahidə etməliyik. Amma müxalifətin seçkini boykot etməsi onun iflası, gücüzlüyü, uğrusuzluğunu bu başdan boynuna almaq deməkdir.
Ümumiyyətlə, bir məsələni xatırlamaq yerinə düşər ki, Azərbaycanda boykot taktikası mümkün deyil, Bunun üçün nə siyasi, nə də ki, hüquqi mexanizmlər mövcud deyil. Boykot taktikası o zaman effektiv ola bilər ki, seçki qanunvericiliyinə görə, seçkidə seçicinin 50 faizindən çox və ya hansısa digər konkret seçici iştirakını göstərən rəqəm göstərilsin. Azərbaycanın mövcud seçki qanunvericiliyinə əsasən belə bir tələb yoxdur. Yəni seçkinin baş tutması üçün neçə faiz seçicinin iştirakı nəzərdə tutulmur. Seçki qanunvericiliyinə görə, seçkidə iştirak edib daha çox səs toplayan şəxs deputat seçilir. Sadəcə, əgər seçkidə iki namizəd eyni səs toplayıbsa, o zaman DSK 2 həftə ərzində təkrar seçki keçirir və təkrar seçkidə daha çox səs toplayan şəxs deputat olur. Yəni, qanunvericilik və hüquqi cəhətdən seçkinin boykot edilməsi qeyri-mümkündür.
İkinci variant kimi siyasi gücdən istifadə edib, seçkini boykot etməyə gəlincə bu proses də elə asan deyil. Əgər müxalifətin belə gücü varsa, elə seçkidə iştirak edəb uğur əldə etməsi, boykotdan daha asandır. Çünki boykot mexanizmi daha çox insan və digər resurlar tələb edir. Müxalifətin isə belə bir gücü olmadığından, aktiv boykot taktikasını da qeyri- mümkün edir.
Aktiv boykotu mümkünsüz edən ikinci əsas digər amil isə Azərbaycanda parlament seçkisinin proporsional seçki sistemi ilə deyil, mojaritar sistem əsasında keçirilməsidir. Çünki bu sistemdə siyasi partiyalar iştirak etsə də, daha çox fərdi iştiraka üstünlük verilir. Belə olan halda seçkini boykot edən partiyanın təmsilçisi təmsil etdiyi təşkilatın qərarına uymayaraq seçkidə iştirakda qərarlı ola bilər. Bu da yuxarıda qeyd etdiyimiz kimi boykot taktikasını imkansız edir.
Burada passiv boykotdan söhbət gedə bilər ki, bu da ancaq siyasi qüvvənin uğur qazana bilməyəcəyini əvvəlcədən bildiyindən bir bəhanə ilə belə taktikaya üstünlük verir. AXCP seçkini boykot taktikasını seçərsə, bu həmin qüvvənin seçkidə məğlubiyyətini, iflasını hansıa formada sığortalaması deməkdir. Hətta passiv boykot belə effekt verə bilməyəcək. Çünki əksər müxalifət qüvvələrinin iştirak etdiyi seçkini passiv boykot etmək heç bir nəticə vermir. Bu əksinə boykot taktikası seçən qüvvənin iflasının sürtələndirilməsinə və oyundankənar vəziyyətə düşməsinə gətirib çıxarır. Belə demək mümkünsə, hansı siyasi qüvvə özünü bu seçkidən kənarda qoyacaqsa, nəticə etibarə ilə ən çox itirən və uduzan da həmin partiya olacaq.
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO